Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Stressi aradan qaldıran mistik yoqa təlimi haqqında maraqlı məlumatlar
Stressi aradan qaldıran mistik yoqa təlimi haqqında maraqlı məlumatlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 833
Səs ver:
- Yoqanın yaranma tarixi qədim dövrlərə gedib çıxır, yoxsa müasir dövrün məhsuludur?
- Yoqa dünən yaranan təlim deyil. O, bəşəriyyətin başlanğıcından bəri tətbiq olunmaqdadır. Yoqanın vətəni Hindistan hesab olunsa da, onun yaranması on min illiklərə qədər gedib çıxır. Hətta qədim dövrə aid olan arxeoloji qazıntılar zamanı  yoqa üslubunda oturan insan fiqurları, aşkar olunub, bəzi əlyazmalarda isə meditasiya ilə məşğul olan və yoqa pozalarında olan fiqurlar təsvir olunub.
 
İlk başlarda yoqa təlimi ustaddan şagirdə şifahi ötürülürdü. Bu isə yoqa təliminin geniş yayılmasına şərait yaratmırdı.
 
Ən qədim dövrə aid olan Hind yazılarında Vedalarda, Bxaqavat- Gita və sairlərdə yoqa haqqında məlumatlar var. Yoqa  hind dini-fəlsəfi Sankya  məktəbinə çox yaxın olan bir təlimdir.
 
E.ə. II əsrdə yaşamış qədim hind müdriki Patancali yoqa təliminin orijinalını sadələşdirib və sistemləşdirib kitab halına gətirib. Onun "Yoqa-sutra" əsərində klassik yoqanın fəlsəfi, praktik cəhətdən həyata keçirilməsi və s. haqqında ətraflı məlumat verilir.
 
- Yoqa sözünün mənası nədir?
- Yoqa sözünün ən azı 20 cürə mənası var. Yoqa sözü öz mənşəyini sanskrit dilindəki "yuq" sözündən götürüb ki, o da tərcümədə vəhdət, əlaqə, harmoniya mənasını verir.
 
- Yoqanın neçə mərhələsi var?
- Ümumilikdə yoqanın mərhələ və sistemləri var. Yoqa sistemi 8 mərhələyə bölünür. Yoqanın bu mərhələlərinin hamısından uğurla keçənlər daxili harmoniyaya çatmağı bacarırlar.
 
Yoqanın sistemləri aşağıdakı kimidir:
 
Yama - müsbət yönlərin inkişaf etdirilməsi
Niyama - mənfi yönlərin aradan qaldırılması
Asana- fiziki duruşlar
Pranayama - nəfəs və enerji texnikaları
Pratyahara - bioenerji və çakra texnikaları
Dharana - konsentrasiya texnikaları
Dhyana - Meditasyiya texnikaları
Samadhi - süpermeditasiya texnikaları
 
- Yoqanın əsas məqsədi nədən ibarətdir?
- Yoqanın bugünkü əsas məqsədi psixoloji, fizioloji sağlamlıq,  təbiətlə harmoniya yarada bilmək hesab olunur. Bundan əlavə, yoqa insanlarla pozitiv ünsiyyət qurmağa, şəxsiyyət kimi yetişməyə, ruhi kamilliyə çatmağa kömək edir. O cümlədən yoqa təlimi gerçək reallığı dərk etməyə yardım edir. Buna isə fiziki təbiətini və şüuru dəyişdirməklə nail olmaq olar.
 
Həm də yoqayla, meditasiyayla məşğul olan insan həm cavan və gözəl qalır, həm də psixoloqa və həkimə ehtiyacı daha az  olur.                                      
 
- Yoqa ilə nə qədər məşğul olmaq lazımdır?
- Yoqanın 3, 6 aylıq, 1 və 3 illik kursları var. Bu kurslar yoqa ilə məşğul olmaq istəyənlərin hansı problemlərdən dolayı gəldiyindən asılıdır. Onların sağlamlıq problemləri nəzərə alınaraq müalicə kursu yazılır.
 
- Ruhi kamilliyə çatmaq üçün yoqa ilə nə qədər məşğul olmaq lazımdır?
- Kamillik anlayışının həddi yoxdur. Kamillik sonsuzluq deməkdir. Kimə nisbətən mən hələ tələbə, kiməsə görə kamil sayıla bilərəm. Həyatda da reallığı müqayisə nəticəsində qazanırıq. Bunun üçün daim öyrənməli, yeni şeylər kəşf etməli və ömrünü sərf etməlisən.
 
Amma idrakı inkişaf etdirmək, sağlamlıq, rahatlıq üçün 6 ay da bəs edir. İnsanlar bu həzzi alandan sonra niyə bu sağlamlıqdan kənar gəzsin ki.
 
- Yoqa hansı sağlamlıq problemlərinə müsbət təsir göstərir?
- Onurğanın daha sağlam olması, yaxud psixoloji rahatlıq üçün müraciət edənlər var.  Ürək-qan damar xəstəliklərinin müalicəsində də yoqa ilə məşğul olmaqla müsbət nəticəyə daha tez nail olmaq mümkündür. Yoqa təlimində olan nəfəs texnikaları isə ağciyər, bronxları yaxşılaşdırmaq üçün təklif edilir.
 
Yoqa ilə məşğul olmaq istəyən sağlam insanlara isə ən azı bir il təhsil almaq tövsiyə olunur.
 
- Həkimlər yoqanın müsbət nəticələri ilə razılaşırlar?
- Əlbəttə. Həkimlərin məsləhəti ilə onurğanın daha sağlam və sürətli inkişafına təkan üçün işlədiyim xəstələr olub. Psixoloqlar isə psixoloji problemləri olan xəstələrin beyninin rahatlığı üçün, əsəbləri sakitləşdirmək, yaxud hansısa psixi və fiziki problemləri həll etmək üçün yoqaterapiyanı məsləhət görürlər.   
 
Bəzən insan gündəlik qayğılarına, müxtəlif problemlər üzündən o qədər stress keçirir ki, neqativ fikirləri beynindən ata bilmir. Yoqada müxtəlif terapevtik və psixoloji təsir gücünə malik məşqlər var. Bu məşqlər problemlə mübarizə aparmaq və stressi aradan qaldırmaqda olduqca effektlidir. Həm də emosional vəziyyəti yaxşılaşdırır.
 
- Yoqa ilə arıqlamaq mümkündür?
- Yoqanın sağlam arıqlamağa xeyri çoxdur. Yoqa ilə məşğul olan insanın tədricən qidalanma rejimi müsbət tərəfə doğru dəyişir. Yoqa insana düzgün həyat tərzi və standartları aşılayır. Buna dəqiq əməl etdikdə boya uyğun olan çəkini əldə etmək olar.
 
Yoqa ilə məşğul olan insan orqanizmindən asılı olaraq, 3 və 6 aya arzuladığı çəkiyə nail ola bilər. Bəzən 1 aya mümkün olan xəstələr də olub.
 
- Yoqa ilə məşğul olan hər kəs vegeterian olur?
- Məcbur deyil, ola da bilər, olmaya da bilər. Baxır, hansı məqsədlə yanaşırsan. Hər bir mərhələdə yoqa öz məqsədlərini irəli sürür. Buna görə də yoqanın hər mərhələsində qidaya müxtəlif münasibət var.
 
Yoqlar hesab edirlər ki, təmiz və düzgün qida ilə orqanizmin fizioloji və psixiki funksiyalarına müsbət təsir etmək olar. Yoqanın pəhrizi zəruri məqsədə uyğun olmalıdır. Çünki qidaların bəzi növləri ümumi əhvalı yaxşılaşdırır, bəziləri insanın işləmək qabiliyyətini gücləndirir, bəziləri isə iqlimə və ya sağlamlıq şəraitinə uyğunlaşdırılır.
 
Məsələn, kriya­yoqa mərhələsində gigiyena üsulları ilə və pəhrizin dəyişməyi ilə insan özünü saflaşdırır.
 
Hatha­yoqa mərhələsində insan qida psixikanın tənzimçisi rolu oynayır.
Yoqa ilə məşğul olanlara yoqlar orqanizmi təmizləmək məqsədilə, əsasən, qələvi reaksiyalı qidadan istifadə etməyi məsləhət görür. Əvvəlcə qida rasionunda meyvə və tərəvəzlərin payını artırmaq lazımdır, çünki xəstəliklərin əsas səbəbi orqanizmdə turşuluğun artması və qələvi ehtiyatların tükənməsi ilə bağlıdır.
 
- Yoqa qrup yoxsa fərdi şəkildə məşğul olanda daha yaxşı nəticələr verir?
- Bu, tələbənin, pasiyentin fizioloji, psixoloji durumundan asılıdır. Fərdi və qrup şəkilində də özünəməxsus effektləri var.
 
- Hansı hallarda individual olaraq məşğul olmaq lazımdır?
- Psixoloji cəhətdən sosial fobiyası olan insanların yoqa ilə fərdi şəkildə məşğul olması daha məqsədəuyğun hesab olunur. Həmin insanı əvvəlcə fərdi hazırlaşdırıb  zamanla  qrupa uyğunlaşdırırıq.
 
- Yoqanın plateslə əsas fərqi nədir?
- Onların hər ikisi bir-birinə fizioloji cəhətdən mahiyyətcə yaxındır, həm də oxşardır. Amma yoqanın üstün cəhəti ondadır ki, psixoloji cəhətdən yaxşı təsir göstərir, energetik harmoniya yaradır, insanın emosional vəziyyətini, aurasını düzəldir. Buna isə plateslə nail olmaq mümkün deyil. Həm də yoqaya ikitərəfli yanaşma mövcuddur: rahat və templi. Bu da pasiyentin psixoloji və fizioloji durumundan asılıdır.
 
- Yoqa ilə məşğul olanda istənilən musiqini dinləmək olar?
- Əgər həmin mahnıda rahatlıq tapırsınızsa, olar. Amma peşəkar tərəfdən baxsaq, yoqa ilə məşğul olanda istənilən musiqini dinləmək olmaz. Daha əla nəticəyə çatmaq üçün xüsusi olaraq seçilmiş musiqilərlə başlamaq lazımdır. Hansı ki, insanın hipofizinə yaxşı təsir edir, insan beynində pozitiv dalğalar və sakitlik yaradır. Eyni zamanda insan beynini aktiv və idraklı edən, təkan verən musiqidən istifadə olunur. Bunlar isə meditativ melodiyalar adlanır. Belə musiqi sədaları altında meditasiya ilə məşğul olmaq çox yüksək psixoloji rahatlığa gətirib çıxarır. Qeyd edim ki, məşq prosesində, müəyyən mərhələlərdən sonra musiqiləri dəyişmək lazımdır. Yəni, daim eyni musiqini dinləyərək meditasiya etmək də olmaz. Bir də nəzarətsiz və pərakəndə şəkildə yoqa ilə məşğul olanda yaxşı effekt vermir. Bu, insan beynində ocaqların, hallusinasiyaların yaranmasına gətirib çıxara bilər. Bu kimi halların qarşısını almaq üçün yoqa ilə mütəxəssis nəzarəti altında məşğul olmaq lazımdır.
 
- Bəs yoqa ilə açıq təbiətdə, yoxsa otaqda məşğul olmaq daha müsbət nəticə verir?
- Əgər otaqda təbiəti xatırladacaq ab-hava yaradılırsa, o zaman hər iki halda faydalıdır. Həm də təbiətdə yoqa ilə ilin istənilən fəsillərində məşğul olmaq mümkün deyil. Yoqa ilə məşğul olduğunuz yer sakit, hüzurlu, gözəl iyli, təbiət harmoniyasına uyğun olmalıdır. O cümlədən, beyni rahatlaşdıran musiqi də böyük əhəmiyyətə malikdir.
 
Yoqa ilə təbiətdə məşğul olan zaman musiqiyə ehtiyac olmaya bilər. Çünki təbiətdə səslərin özü elə melodiyalardır. Əslində, təbiəti dinləmək və meditasiya etmək ən yüksək harmoniyaya çatmaq deməkdir.


Şərhlər:
Baxılıb: 833
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz