Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Arıqlamaq üçün idman qaçışı
Arıqlamaq üçün idman qaçışı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1441
Səs ver:
Gəzərək hərəkət etməklə artıq çəkidən qurtulub çox gözəl bir vücüda sahib olmaq mümkündür.
İdman növləri arasında ən çox yağ əridən idman qaçışı(jogging,coqqinq) və ya addımlama hesab olunur.
Həkim Michael Spitzbartın (Maykl Spitsbart) hazırladığı 4 həftəlik gəzişmə proqramı artıq çəkidən ən qısa müddətdə necə qurtulmanın yolları açıqlanır:

1. Həftə:
Əvvəlcə gəzişmə texnikasını öyrənmək üçün özünüzü buna vərdiş etdirməyə hazırlayın.
İlk gün 10 dəqiqə boyu rahat addımlarla gəzinin.(1 dəqiqədə təxminən 125 addım)
O biri günlər yarım saata çatana qədər gəzmə müddətini hər gün 4 dəqiqə artırın.
Əgər nəbzinizlə bağlı bir problem yoxsa, gəzişməyə ilk gündən etibarən 30 dəqiqə ilə başlaya bilərsiniz.
Gəzinti üçün mümkün olduqca düz bir yer seçin.Misal üçün, bir park ve ya deniz kənarı ola bilər.

QEYD: Gəzişmə sırasında şüurlu olaraq diafraqmdan dərin-dərin nəfəs alın və verin.(3-4 addımda nəfəs alıb,növbeti 3-4 addımda nəfəs verin.)
İtirilən kalori: 30 dəqiqədə 150-200 Kalori

2.Həftə:
Bu həftədə gəzişmə müddətini bir qədər artıracaqsınız.
İlk iki gün 40 dəqiqə,üçüncü və dördüncü gün isə 50 dəqiqə.Həftənin qalan 3 gününü isə 1 saat gəzişməyə cəsarət edin.
Bu həftədə nəbzinizin 110 olması yetərlidir.Nəbz ölçən saatlardan istifadə daha yaxşı olar.
Əgər yanınızda saat olmasa özünüz də nəbzinizi ölçə bilərsiniz.Bunun üçün gəzişmə sona çatanda hərəkətsiz dayanın və 15 saniyə ərzində nəbzinizi ölçün.Saydığınız rəqəmi 4-ə vurun.
İtirilən kalori: 60 dəqiqədə 400-500 Kalori

3.Həftə
İlk gün yavaş addımlarla gəzintiyə başlayıb,birdən-birə sürəti artırın.(dəqiqədə 140-160 addım).Sonra 5 dəqiqə boyu yenidən normal gəzişməyə dönün.Gəzişmənizin davamlılığı bu cür olsun: 3 dəqiqə sürətli-5 dəqiqə yavaş,4 dəqiqə sürətli-5 dəqiqə yavaş,5 dəqiqə sürətli-15 dəqiqə yavaş.Bu templə təxminən 1 saat boyunca gəzin.
İtirilən kalori: 60 dəqiqədə 550-700 Kalori

4.Həftə:
Bu həftədə 5 dəqiqə normal sürətlə başlayıb,50 dəqiqə sürətli addımlarla,son 5 dəqiqədə isə yavaş addımlarla gəzinin.(dəqiqədə 140 addım)
 
İtirilən kalori: 60 dəqiqədə 700-1000 Kalori


Şərhlər:
Baxılıb: 1441
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz