Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sürətli gəzişi sınayın
Sürətli gəzişi sınayın
Göndərən: Nazlı_qız
Şərhlər: 7
Baxılıb: 883
Səs ver:
Pul xərcləmədən, idman zalında saatlarla əziyyət çəkmədən artıq kilolardan azad olmaq istəyənlər, sürətli gəzişi sınaqdan keçirin.

Sürətli gəziş qan dövranını yaxşılaşdırır və onu tənzimləyir. Ürək əzələləri daxil olmaqla bütün əzələləri gücləndirir, damarlarda tıxac əmələ gəlmə və ürək infarktı riskini azaldır. Sürətli gəziş maddələr mübadiləsini sürətləndirir, mədə-bağırsaq sisteminin işini yaxşılaşdırır: qəbzlik, bağırsaq spazmları və qaz kimi problemləri aradan qaldırır. Bu sadə idman növü zehni fəaliyyəti və ağciyərin fəaliyyətini gücləndirir, yuxunu normallaşdırır və yaşlanma prosesini zəiflədir.

Sürətli gəzişlə məşğul olduğunuz zaman yüngül paltar və rahat ayaqqabı geyinin. Hansı idmanı etməyinizdən asılı olmayaraq başlanğıcda isinmə və sonda dartınma hərəkətlərini etməyi unutmayın. Beləliklə, əzələ qıcolması və ağrıların qarşısını almış olacaqsınız.

Gəzişə aşağı sürətlə başlamaq, tədricən sürəti artırmaq və sonda yenidən aşağı sürətlə bitirmək lazımdır. Artıq çəkidən qurtulmaq istəyənlər həftənin 4-5 günü (bir gün dincəlmək vacibdir) gündə ən azı 40 dəqiqə gəzməlidirlər. Gəzməyə boş mədə və ya çox yüngül yedikdən yarım saat sonra çıxmaq lazımdır. Yeriyərkən beli düz tutmaq vacibdir, çox böyük addımlar atmaq lazım deyil. Gəzərkən qarın əzələləri içəri salınmalıdır. Rutin yeriməyə bədən zamanla öyrəşir və reaksiya vermir. Ona görə də gəzişin müddətini və sürətini artırmaq lazımdır.

Qeyd
• Şəkərli diabet, yüksək təzyiq və digər xroniki xəstəliklərdən əziyyət çəkənlər sürətli gəzişlə məşğul olmaqdan əvvəl həkimlə məsləhətləşməlidir.

• Çox isti havada gəzmək olmaz.

• Ağır yeməkdən sonra sürətli gəzmək olmaz; ürək-damar və arterial təzyiq problemləriniz varsa, aşağı sürətlə gəzin.

• Arıqlamaq üçün sürətli gəzərkən bədəni sarımaq olmaz.

• Gəzişdən əvvəl və sonra su içmək lazımdır.


Şərhlər: 7
Baxılıb: 883
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
gezmek, qacis coooox faydalidir. artiq cekiden xilas olmaq isteyen qadinlar da bu yolla istediyi cekiye sahib ola biler
20 iyul 2015 15:11
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
lazimlidir her kescin
19 iyul 2015 23:24
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
tatyana
Men hemise edirem,suretli yeris ve qacisi hem xeyirlidir hemde yungulluk getirir
19 iyul 2015 14:21
# 5
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
lale.veliyeva19
gezmek cox xeyirlidir
19 iyul 2015 11:44
# 4
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

Bebiw
Men her seher Gezirem yuruyuw edrem Yaxsi weydi
19 iyul 2015 10:00
# 3
sowu
Dosta_inam
Men yavas-yavas gezirem, herden suretle gezirem suretle gezende tez yorulur axi insan.
19 iyul 2015 08:07
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Suretli gezisde tez yoruluram. Asta asta ve cox mesafe qet edirem.
19 iyul 2015 08:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz