Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevinc və güc hərəkətdədir
Sevinc və güc hərəkətdədir
Göndərən: Nazlı_qız
Şərhlər: 2
Baxılıb: 810
Səs ver:
Fiziki məşğələlər sizi yormamalıdır. Faktiki olaraq, sizin onlara münasibətiniz müvəffəqiyyət qazanmağınızda və ya uğursuzluğa düçar olmağınızda həlledici rol oynayacaq.Sizə zövq verən belə fəaliyyətin seçimi onunla məşğul olmağa və davam etdirməyə kömək edəcək.İdmanın güc və rəqiblə mübarizə tələb etməyən formaları xüsusilə əhəmiyyətlidir.Yarış zamanı gərginlik idmanın verdiyi əhəmiyyəti poza bilər.

Məsələn, mürəkkəb hərəkətlər tələb etməyən qolf oyunu boşalma üçün yaxşı məşğuliyyətdir.Hər halda 2 oyunçu arasında mübarizə yoxdursa,oyun daha əhəmiyyətli olar.Əgər siz həyatınızda ən yaxşı oyunu keçirmək istəyirsinizsə,öz rəqiblərinizlə deyil,oyunun gedişi ilə maraqlanın.Özünüzə qarşı nifrət oyadan hər bir fəaliyyət sağlamlıq üçün az əhəmiyyətlidir.

Sizə zövq verən məşğələlərdə iştirak etmək,yükünə görə eyni olan,lakin mənfi emosiyalar yaradan fəaliyyətdən daha artıq əhəmiyyətli olar.Bunu Loma-Linda universitetinin nəzdində olan, sağlamlıq mərkəzində aparılan maraqlı təcrübələr sübuta yetirmişdir.

Həkim tələbələr arasından bir qrup könüllülər,hər biri eyni miqdarda xolesterin,yağ,zülal,karbohidrat qəbul edərək,pəhriz saxlayırdılar.Sonradan onların hər birinə,sevdikləri fiziki məşğələ proqramı voleybol,tennis, üzgüçülük, qaçış və s.  seçmək təklif edilmişdi.

Hər gün bu adamların qanında xolesterinin miqdarı yoxlanılırdı.Bütün hallarda hamıda 3 gün müddətinə onun miqdarı azalırdı.Həftənin axırında azalma daha çox idi.Sonra fiziki məşğələlər dayandırıldı.

Tezliklə xolesterinin miqdarı əvvəlki səviyyəyə qayıtdı.Bəzi hallarda isə hələ bir qədər də artıq idi.Daha sonra tələbələri heç bir həzz verməyən idman alətlərində yerləşdirdilər.Bu zaman gərginliyə görə yük əvvəlki məşğələlərdə olduğu kimi idi.Ancaq qanın müayinəsi hamını təəccübləndirdi.Çox hallarda xolesterinin miqdarı azalmamışdı.Bəzi hallarda isə hətta artmışdı.

Tələbələr onlara həzz verən idman növlərinə qayıtdıqda,yenə də xolesterinin miqdarı azalmışdı.Bu təcrübə məşğələlərə münasibətin əhəmiyyətli olduğunu göstərir.Mənfi emosiyalar məşğələlərin verdiyi bütün faydanı heçə endirir.Nəticə aydındır.Yerinə yetirdiyiniz məşğələləri sevməyi öyrənin,yaxud da onları sizə həzz verən məşğələlərlə əvəz edin.

Biz adətən məşğələ proqramı fikirləşdikdə-idman oyunlarını,gimnastikanı,ağırlıq qaldırmanı təsəvvürümüzə gətiririk.Lakin sizin proqram praktiki əhəmiyyət daşıyan işlər-bağçılıq,parkların salınması,tikinti və digər əhəmiyyətli məşğələləri də əhatə edə bilər.Fəaliyyətin bu növü əlavə fayda gətirdiyi üçün daha əhəmiyyətlidir.Proqramın faydası çox olduqca,onun reallaşdırılmasından daha çox daxili həzz alacaqsınız.


Şərhlər: 2
Baxılıb: 810
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
idman etdikde insanin ehvali yukselir sevinc hisside artir,esasende at capdiqda silahla atish atdiqda cox musbet aura olur adrenalin artir
17 may 2015 13:23
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Hec idmanla aram yoxdur. Etdiyim idman pilleken cixmaq ve dusmekdir
17 may 2015 10:16
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz