Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Squat ideallıq açarı...
Squat ideallıq açarı...
Şərhlər: 11
Baxılıb: 2502
Səs ver:
Asan görünən squat əslində olduqca çətin və bir o qədər də ağrılıdır

Bədən uzun müddət hərəkətsiz qaldıqda və tənbəlliyə öyrəşdikdə əzələlərin yumşalması, funksiyasını itirməsi baş verir. Ən kiçik ağırlığa belə dözməyən əzələ daha sonra sızıltı şəklində özünü göstərir. İlk dəfə idmanla məşğul olmaq, uzun müddət ağır əşyanı qucaqda saxlamaq, pilləkənləri qalxmaq və bu kimi əzələləri sıxan hərəkətlər daha sonra sızıltıların günlərlə davam etməsi üçün şərait yaradır. Daimi olaraq eyni əzələni işlətmək əzələnin oyanmasına və növbəti dəfə heç bir ağrının hiss olunmamasına səbəb olur. Bunu isə hər insan bacarmır. Əksər insanlar oturaq iş rejimindən və daimi olaraq az hərəkət etməsindən dolayı əzələ tənbəlliyi ilə üz-üzə qalır. Əzələlərin sızıltısından əziyyət çəkən təbəqənin ən çox gənc nəsil olduğunu desək yanılmarıq. İdeal bədən quruluşu yaratmaq istəyinin ani yaranıb anidən də yox olması gənclərin idmanı edib daha sonra yarımçıq saxlamasına səbəb olur. Bu isə əzələlərin aktivləşdirilib daha sonra yenidən tənbəlliyə alışdırılması deməkdir. Belə halda əzələ sızıltılarının da olması təbii haldır. Əslində, bu cür bədəni oyadıb daha sonra yenidən passivləşdirilməsi orqanizm üçün ziyanlıdır. Lakin gözəl bədən quruluşuna sahib olmaq istəyənlər üçün bu ziyan elə də önəmli olmur. Uzun müddət idman edib bədən quruluşunu gözəlləşdirmək heç də asan deyil. Bunun üçün səbr və iradəsi olan insanlar, demək olar ki, aylarla çalışır. Lakin bir sıra idman hərəkətləri var ki, heç bir idman zalına getmədən, ev şəraitində də qısa müddətə nəticə əldə etmək mümkündür. Belə idman hərəkətindən biri də squatdır. Bütün dünyada məşhur olan, sadəcə 5 dəqiqə vaxt tələb edən squat asan idman kimi görünsə də, əslində olduqca çətin və bir o qədər də ağrılıdır. İdman ustası Turabi Quliyev deyir ki, squat birbaşa insanın üzdə olan əzələlərini çalışdıraraq qısa müddətdə gözəçarpan dəyişiklik yaradır. Dünyada məşhurların da ən çox müraciət etdiyi bu üsul ilə tez bir zamanda sallaq bədəni toplamaq mümkündür: "Squat çöməlmə kimi ifadə edilən hərəkət olub bədənə ən faydalı hərəkətlərdən biridir. Sadə və heç bir idman aləti tələb etmədən edilən squat sayəsində istədiyiniz bədənə sahib ola bilərsiz. Güclü ayaq və qarın əzələləri üçün nəzərdə tutulur. İki şəkildə yerinə yetirilir. Sadəcə çöməlmə hərəkətləri şəklində, ya da çöməlmə ilə ağırlıq qaldırma hərəkəti eyni vaxtda edilir". Düzgün edilən squat hərəkəti minimum 2 aya nəticəsini göstərir. İdman hər səhər acqarına edilməli, hamilə və ürəkdə problemi olan insanlar, ümumiyyətlə, bu hərəkət üçün cəhd etməməlidir. İlk baxışdan sadə görünən hərəkət əzələlərə ağır yük salır və hərəkətə başlamazdan əvvəl mütləq bədəndə hər hansı problemin olub-olmamasını bilmək lazımdır. Squat mürəkkəb fitnes növü olub eyni anda bir neçə əzələ qrupunu çalışdırır. Omba hissəni tonlaşdırmaq, bədəni gücləndirmək və kalori yandırmağa kömək edir. Ürək sağlığını da yaxşılaşdırmaq üçün tullanmaq növü məsləhət görülür. Mütəmadi olaraq etmək fiziki sağlamlığı gücləndirməyə kömək edir. Oturaq iş görənlər üçün daha rahat və edilməsi mümkün olan hərəkət hesab olunur. Bu idman hərəkətinin ziyanından danışan ustanın sözlərinə görə, bədənində olan hər hansı bir narahatçılığıa məhəl qoymadan squat etmək vəziyyəti daha da ağırlaşdırır. Squat sadə adi idman hərəkətinin yüklədiyi yükdən daha artığını yükləyir. Buna görə də, tam sağlam olmaq vacibdir: "Squat etmək kişilərdə babasil yaranmasına, qadınlarda uşaqlıq əzələlərinin yüklənməsinə səbəb olur. Buna görə də, birdən- birə 30-40 squat etmək düzgün deyil". Squat zamanı ən çox zədələnən nahiyə beldir. Bu səbəbdən squat edərkən ağırlığın belə düşməməsinə diqqət etmək lazımdır. Düzgün edilməyən squat beldə yaralanmalara, tutulmalara səbəb olar. Squat sadəcə ayaq və ya bel əzələləri üçün faydalı deyil, eyni zamanda bədəndəki bütün əzələləri işlədən bu hərəkət olduqca faydalıdır. İdman etmək insanın əzələ kütləsini möhkəmləndirir və daha baxımlı bədən quruluşu formalaşdırır. "Lakin idmanla məşğul olanların ən çox şikayətləndiyi şey əzələ yandırmaqdır. Əzələ yandırmaq insan əzələsinin əridilməsi və ya itirilməsidir. Elmi-tibbi terminologiyada əzələ yandırmaq deyə bir şey yoxdur. Müəyyən metabolik narahatlıqlar və xroniki xəstəliklər nəticəsində insanlar əzələ kütlələrini itirə bilərlər. Biz bunu əzələ yandırmaq kimi dəyərləndirir və ya adlandırırıq. Əslində isə bu, əzələ yandırmaq yox, əzələ itkisi adlanır. Hər insanın müəyyən bir gücü, qüvvəti, oynaq dayanıqlılığı, glikojen anbar qabiliyyəti (əzələ həcmi), laktik turşu dözümlülüyü və oksigenli tənəffüs tutumu var. Məşq zallarında gördükləri və 3-4 illik idman keçmişi olan yaşıdlarını qısqanıb eyni və hətta eqo təmini üçün daha yüksək ağırlıqlarla məşq edən gənclərin sonda əldə etdikləri nəticə də yalnız əzələ itkisidir". Daha güclü və baxımlı əzələlərə sahib olmaq istəyənlərin real sahib olduqları əzələ inkişaf etməməsi, lif cırılması, əzələ zədələnilməsi və bunların sonu olaraq əzələ itkisi olur. Bu səəbdən squat da daxil ediləcək idman hərəkətləri zamanı ehtiyatlı və tədbirli olmaqda fayda var.


Şərhlər: 11
Baxılıb: 2502
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sucan
Ara sira edirem
20 may 2015 19:58
# 11
Dosta_inam
İdman etmirem arada gezirem bes edir,bu cür idman növünü indi bildim.
20 may 2015 19:14
# 10
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Luna-90
2ci sekilde cox cetin hereketdi elemek olmur
20 may 2015 18:51
# 9
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
cinqosh
Hec vaxt squat nedi onnan etmemisem.ele yerimdece kecinerem.tesekkur.
20 may 2015 14:17
# 8
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
vipbetul
ureke aqırlıq dusur urekı zeıf olanlar bel aqrıları olanlar kesınlıkle mesqul olmamalıdır
20 may 2015 13:52
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Aydan Habili
Maraqlidi ama etməmişəm rəqs oynuyuram çox yeyende
20 may 2015 13:06
# 6
Fialka
Squat idman növündən istifadə etmirəm sadəcə fitneslə məşğul oluram yəni ağırlıq qaldırma və digər ləvazımatlarla idman etmirəm)
20 may 2015 13:01
# 5
Melissa
men edirem amma
20 may 2015 12:16
# 4
emis
bu idmani hec sevmirem olmagina idman edirem arada normal ama bele agir idmanlar yox sadece bedenimin formada qalmagi ucun ve saglamligim ucun.
20 may 2015 12:03
# 3
yarpaq33
Bu idman novunu hec ewitmemiwdim
20 may 2015 11:55
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Men hec idman etmirem cunki idman etmeye sebrim catmir hemde tembellik edirem.
20 may 2015 09:07
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz