Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fitnes nədir və onun əhəmiyyəti
Fitnes nədir və onun əhəmiyyəti
Göndərən: Nazlı_qız
Şərhlər: 7
Baxılıb: 1941
Səs ver:
Fitnes dedikdə, adamın ağılına ilk olaraq bədəni inkişaf etdirmə (Bodybuilding ) gəlir. Fitnes kimi edilən məşqlərin daha ayrı bir məktəb olduğunu və fitnes edənlərin çox fərqli bir idman sahəsi ilə maraqlandığını düşünlər də az deyildir. Halbuki fitnes sözünün mənası "sağlam olma, formada olma" deməkdir. Bu mənada fitnes çox geniş müxtəlifliyə malik olan digər fərqli məşq növləri kimi də xarakterizə edilə bilər. doğrudan da, fitnes istər alətli, istəsə də alətsiz olsun, bədən əzələlərinin tək-tək ya da qruplar şəklində işlədilməsi üçün edilən məşqlər toplusudur.

Fitnes nədir  və  onun əhəmiyyəti
Bədənin fiziki quruluşunun gücləndirilməsini məqsədini qarşıya qoyan fitness məşqləri, adamın seçiminə görə bir çox fərqli şəkildə və məkanda edilə bilər. Qısa olaraq deyə bilərik ki, bütün idman sahələrində istifadə edilən məşqlərin fitness işlərində də istifadə edildiyi deyilə bilər. Fitness etmə ilə bədən inkişaf etdirmə eyni mənaya gəlməməsinə baxmayaraq, insanların bu iki anlayışın eyni olduğunu düşünməsinin ən böyük səbəbi isə, fitness edən insanların bədənlərinin estetik görünməsi və əzələ nisbətlərinin çox olmasıdır. Quruluş məntiqi baxımından baxdıqda fitness ilə bədən inkişaf etdirmə arasında əsas iki fərq olduğu görülür. Fitness bədənin fərqli bölgələrində iştirak edən əzələ qruplarını inkişaf etdirmək və daha estetik görülən bir bədənə sahib olmaq üçün deyil, yalnız bədənin sağlam olması üçün edilir.

Fitnes nədir  və  onun əhəmiyyəti
Alətli və ya da alətsiz vasitələrlə yerinə yetirilən təmrinlər isə əzələlərin nizamlı fasilələrlə kütlə və həcm olaraq inkişaf etdirilməsi məqsədini daşıyır. Fitnesin təməl məqsədi sağlamlıq qazanmaq olduğundan, əzələ qruplarının inkişaf etdirilməsinə istiqamətli hərəkətlərdən başqa, "pedal çevirmə", sürətli tempdə gediş, qaçma, avar çəkmə kimi hərəkətlərlə məşqlər də daxildir. Fitneslə məşğul olan insanların bədən mütənasibliyi, daha incə bir quruluşa sahib olmasının səbəbi də, fitnes məşqlərinin əzələlərin böyüməsinə istiqamətlənməməsidir. Şübhəsiz ki, fitnes zamanı bədəndəki yağ nisbəti azalır və estetik mənada diqqət çəkən bir görünüş qazanılır. Unudulmamalıdır ki, bu vəziyyətin səbəbi adamın bədəninin sağlam hala gəldiyi üçün əzələlərin möhkəmləşməsidir. Fitnes təmrinləri ilə əzələlər həcm olaraq böyüməsə də, həm əzələlər, həm də daxili orqanlar nizamlı bir şəkildə fəaliyyət göstərdiyindən adamın bədənindəki yağ nisbəti azalır və bu səbəblə də fit bir görünüş meydana gəlir.

Fitnes nədir  və  onun əhəmiyyəti
Fitnes eynilə bəzi idman sahələri ilə məşğul olan şəxslərin etdiyi kimi yalnız müəyyən əzələ qruplarının işlədilməsi üçün də edilə bilər. Belə məşqlər insana yüksək səviyyədə kalori sərf etdirən, ona həm fiziki, həm də zehni olaraq da gümrahlıq qazandıran və əzələlərin güclənməsini təmin edən, eləcə də sürətli tənəffüs ilə bədən ritminin artırılmasına istiqamətlənmiş kompleks tədbirlərdir.


Şərhlər: 7
Baxılıb: 1941
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
idmanla mesgul oluram ama 3 gun etmedim basim qarisiq oldu deye axsatdim seherden baslayacam yene idmanin xeyrini gorurem saglamliq cehetden cox yaxsidi insan ozunu yungul hiss edir,idman bas agrilarinida aradam gotururu mende bas agrisi var idi idman edennen biraz azalib hem bedenimi formada saxlamaq ucun edirem hemde,saglamligim ucun tesekkur edirem.
13 may 2015 19:57
# 7
Catwoman666
fitnesle mesgul oluram desem yalan olar mence. amma bir de gorursen ki mama hevese dusur baslayir pilates topuynan guyaaaaa kiiiii idman edir122
10 may 2015 21:48
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Fitnesle mesgul olmuram. Umumiyetle idman cehetden cox tembel insanam
10 may 2015 21:28
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Men arada edirem
10 may 2015 15:00
# 4
SVETA
vipbetul
Fitnes beden ucun faydalidir,butun beden ezeleleri acilir
10 may 2015 13:25
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Luna-90
Fitnese gedirem uje 8 kq ariqlamisam .
10 may 2015 12:33
# 2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Fialka
Evdə daha çox fitneslə məşğul oluram ən uyğunu da budur və bu qədər ətraflı məlumata görə təşəkkür.
10 may 2015 10:55
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz