Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Boyun nahiyəsi üçün fiziki və özünü masaj hərəkətləri
Boyun nahiyəsi üçün fiziki və özünü masaj hərəkətləri
Göndərən: emis
Şərhlər: 6
Baxılıb: 1295
Səs ver:
Boyun və sinə nahiyəsinin dərisini mümkün qədər daha uzun müddət ərzində yaxşı vəziyyətdə saxlamaq üçün oxucularımıza hər gün məhz bu sahəyə aid olan sadə fiziki və özünü masaj hərəkətləri etmələrini tövsiyə edirik.
Bu kompleks hərəkətləri yerinə yetirməmişdən qabaq, dərinizi təmizləməyi unutmayın. Dəri quru olduqda ona bitki yağı və ya krem sürtmək lazımdır. Hərəkət kompleksi başa çatdıqdan sonra, dərini bir daha təmizləyərək onun üzərinə qidalandırıcı krem və ya maska sürtmək olar.
Hər məşğələ hərəkətlərini 6-8 dəfə olmaqla aramla, sərbəst və sakit şəkildə (xüsusən də ilk məşqlərdə) yerinə yetirmək lazımdır. Boyun və sinə nahiyəsi üçün məsləhət görülən hərəkətlər aşağıdakılardır:

1. Oturaq vəziyyətdə və ya ayaq üstə olmaqla, başınızı aramla önə əyərək çənənizi maksimal şəkildə sinənizə yaxınlaşdırın. Sonra başınızı yavaş-yavaş çiyninizə qoyun. Sonra başınızı arxaya əyin, sonra o biri çiyninizə çevirin və yenə də boynunuzu önə əyin. Bu hərəkətləri eyni qaydada olmaqla əks tərəfə də təkrar edin.
2. Başınızı aramla yana çevirin və yuxarıya qaldırın. Eyni hərəkəti əks tərəfə də edin.
3. Barmaqlarınızı birləşdirməklə əllərinizi peysərinizə (başın arxa hissəsi) qoyun. Başınızı önə əyin. Əllərinizin müqavimətinə üstün gəlməklə, kiçik sıçrayıcı hərəkətlərlə başınızı arxaya tərəf əyməyə çalışın.
4. Ayaqlarınızı çiyinlər enində aralı saxlamaqla düz dayanın. Əl barmaqlarınızla çiyinlərinizə təzyiq etməklə, bütün gücünüzlə başınızı yuxarıya doğru dartın. Hərəkət zamanı ayaq barmaqları üzərinə qalxmaq olmaz. Hərəkəti 5 dəfə təkrar edin.
5. Başınızı son həddə qədər arxaya əyərək, üst dodağınızı alt dodağınızla örtün. Sonra tədricən başınızı önə əyərək çənənizi sinənizə toxundurun.
6. Karandaşı (çubuq, saman çöpü) dişlərinizin arasında tutub, havada 1-dən 10-a qədər olan rəqəmləri və ya öz adınızı "yazın”.
7. Hər iki ovucunuza krem çəkib başınızı bir qədər arxaya tərəf əyərək, kremi növbə ilə, gah sağ əlinizlə boyunun sol tərəfinə, gah da sol əlinizlə boyunun sağ tərəfinə çəkin. Bu hərəkətlər əllərin 4 barmaqları ilə (baş barmaqdan başqa) boyunun yan səthindən başlayaraq, aşağıdan yuxarıya tərəf, boyun əsasından çənəyə doğru olmaqla yerinə yetirilir. Bu zaman dərini çox sıxmayın (sürtməyin) və onu dartmayın!
35-40 yaşından etibarən boyun nahiyələrində qırışlar əmələ gəlməyə başlayan qadınlarda, qırış və büküşlərin köndələn istiqamətində olmaqla, 1-2 dəqiqə ərzində kiçik çimdikləmə hərəkətləri yerinə yetirilir. Çimdikləmələr əllərin baş və şəhadət barmaqları ilə boyunun orta hissəsindən yan tərəflərə olmaqla aparılır. Çimdikləmələr kiçik, fasiləli və qeyri-kəskin şəkildə icra edilməlidir.
9. "Dəyirman” - əl barmaqları ilə dairəvi hərəkətlər etməklə, onların arxa səthləri ilə, növbə ilə çənə nahiyəsinə toxunurlar. Bu hərəkət 30 saniyə müddətində icra edilir.
10. Qadınlar 25 yaşından sonra boyun nahiyəsində qırışların əmələ gəlməməsi üçün, hər gün profilaktik olaraq, orta hissəsi azca duz qatılmış soyuq su ilə isladılmış, burulmuş şəkildə olan yumşaq dəsmalla boyun nahiyəsini döyəcləyə bilərlər. Burulmuş dəsmalın isladılmış hissəsini çənə nahiyəsinə yaxınlaşdırdıqdan sonra, onun kənarları kəskin şəkildə yan tərəflərə doğru dartıldıqda buxaq nahiyəsinə yüngül zərbələr dəymiş olur.
Bu hərəkətlərə əlavə olaraq, hər gün ən azı 5 dəqiqə ərzində ağır bir kitabı başınıza qoyub gəzmək də xeyirli hesab edilir. Bu hərəkət çənəaltı sahədə buxağın əmələ gəlməsinin qarşısını alır.


Şərhlər: 6
Baxılıb: 1295
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
elementar hereketlerdir
6 may 2015 15:59
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur k-off
tewekkur yaxwi xeber idi
6 may 2015 12:45
# 5
SVETA
Bestoş
lazimli xeberdir ellerinize sagliq
6 may 2015 12:25
# 4
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Zeynep_Fatih
cox lazimli bir xeberdi.ele oxuyarken idmanlari da eledim.tewekkur)
6 may 2015 11:47
# 3
BARBI
Bezen isde boyunum ve ciynim tutulur dehetli agri verir ozaman bele masajlar edirem
6 may 2015 10:50
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Hələlik lazım olmasada gələcəkdə faydalanmaq olar, təşəkkür.
6 may 2015 10:11
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz