Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İdman haqqında
İdman haqqında
Göndərən: Nazlı_qız
Şərhlər: 20
Baxılıb: 1688
Səs ver:
Mütəxəssislərin fikrincə, zehni yorğunluq, yaddaş zəifliyi qidalanma, həyat tərzi və idmandan da çox asılıdır. Yəni ideal çəkidə olmaq, normal həyat sürmək və idmanla məşğul olmaq dediyimiz amillərin aradan qalxmasında və orqanizmin enerjili olmasında mühüm rola malikdir. Bunun üçün aşağıdakı amillərə diqqət yetirmək lazımdır:

1. İdmanla məşğul olmağın ən vacib səbəblərindən biri ürəyi möhkəmləndirmək, yüksəlmiş qan təzyiqini nəzarətdə saxlamaqdır. Belə ki, idman hərəkətləri qanda olan təhlükəli trombların sorulmasına kömək edir və orqanizmin qocalmasının qarşısını alır.

2.  İnsan aktiv hərəkətlər etdikcə oksigen hər bir hüceyrəyə daxil olur. Bu zaman daxili üzvlərdə tənəffüs aktivləşir, dəri təravətlənir, qan dövranı  yaxşılaşır, dəridə olan  sızanaqlar azalır, reflekslər yüksəlir.

3. İdmanla məşğul olmaq əzələləri tonuslandırır, onlar daha çox elastik və möhkəm, insan özü isə cazibəli, xoşagəlimli olur. Fiziki hazırlıq almış  oynaqlar yüksək amplitudalı hərəkətlər edə bilir. Daimi fəal hərəkət etmək isə  pəhrizin köməyi ilə əldə oluna bilməyən ideal çəkiyə çatmağa və onu saxlamağa kömək edir.

4. Bununla bərabər, idman hərəkətlərinə görə insan iştahını da nəzarətdə saxlayır. Çünki bu zaman beyində endorfin adlı hormon  ifraz olunur ki, bu da  orqanizmi əsl aclıq anına qədər aclıq hissindən və deməli nəzarətsiz qida qəbulundan qoruyur.

5. İdmanla məşğul olmaq insanda ehtiyat qüvvələrini  artıraraq xroniki yorğunluğu aradan qaldırmağa kömək edir. Bu zaman  beyində əlavə oksigen ehtiyatı yaranır  ki, bu da  bütün gün ərzində insanı enerjili edir.

6. Daim hərəkətdə olmaq  öz növbəsində dərin və sakit yuxu əldə olunmasına kömək edir. Çünki bu zaman  endorfinlərin ifrazı stimulyasiya olunur, ki onlar da gün ərzində toplanmış sinir gərginliyindən uzaqlaşmağa kömək edir. Belə ki, insan bütün günü fiziki işləyir, günün sonuna fiziki olaraq qeyri-aktiv insanlardan fərqli olaraq  yorğunluq, boşluq hiss etmir.

İdman gərginliyi insana depressiv vəziyyətdən çıxmağa və yuxusuzluğu dəf etməyə kömək edir. Çünki bu zaman orqanizmdə adrenalin və digər stress əmələ gətirən digər hormonların artıqlığı azalmış olur.

7. İdmanla məşğul olmaq insanda öz gücünə inamı artırır: siz hiss edirsiz ki, əhval-ruhiyyənizi və xarici görünüşünüzü müsbət tərəfə doğru dəyişə  bilərsiniz. Yaşınızdan və fiziki vəziyyətinizdən asılı olmayaraq.

8. Hərəkətlər maddələr mübadiləsini və bağırsaqların peristaltikasını stimulyasiya edir. İdmanla məşğul olanlar üçün siqareti atmaq daha asandır. Məlumdur ki, siqareti atan idmançılar daha böyük işlərin öhdəsindən gələ bilirlər. Belə ki, onların qanında əlavə oksigen toplanır, siqaret çəkənlərdə isə bu, get-gedə azalır.

9. Yaxşı fiziki hazırlıq keçirilmiş ağır xəstəliklərdən, cərrahi əməliyyatlardan tez sağalmağa kömək edir. Çünki güclü əzələlərin oksigeni mənimsəmək  qabiliyyəti daha yüksəkdir. Onlar nə qədər çox oksigen alsalar, orqan və toxumaların funksiyasının bərpası da bir o qədər tez gedər. Bəzi xəstələrə döş qəfəsində keçiriləcək planlı cərrahi əməliyyatdan  əvvəl xüsusi idman hərəkətləri etmək məsləhət görülür.

10. Siz yəqin ki, istirahət etmək və əhval-ruhiyyənizi artırmaq üçün idmanla məşğul olmaq istəyirsiniz. Testlər göstərir ki, məhz bu səbəbdən idmanla məşğul olanlar fiziki  məşğələdən daha çox qüvvə alırlır, nəinki buna özünü məcbur edənlər.


Şərhlər: 20
Baxılıb: 1688
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Menim balam
Seherden Axşama kimi ora qaç bura qaç, yemek bişir, ev yığışdır, paltar ütüle, evi silmek, uşaqlari gezdirmek , uşaqları yedizdirmek, uşaqları yatızdırmaq bir az da özüme vaxt ayırmak vsoda bu menim hem işim Güç'üm hem de idmanımdır.
12 aprel 2015 22:06
# 20
vipbetul
idman saqlamliqdir ruhun qidasidir
12 aprel 2015 16:51
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ALESSANDRA
vaxt olduqca edirem tsk
12 aprel 2015 15:30
# 18
Don't trust anyone ∆
Zeynep_Fatih
Men kefime duwende idman edirem 122
12 aprel 2015 14:00
# 17
EsmaNur
idmani hec sevmirem arada mesgul oluram
12 aprel 2015 13:30
# 16
Tomris Müslümova
cox vacibdi idman elemek az cox edirem ama yasim coxaldiqca daha da ciddi yanasacam bu meseleye
12 aprel 2015 13:29
# 15
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Əvvəllər daima idman edirdim,təəssüf ki,indi ancaq yadıma düşəndə edirəm.Hərtərəfli xeyirli olması da danılmazdı.
12 aprel 2015 13:17
# 14
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
idmani hec sevmirem nede etmirem
12 aprel 2015 12:59
# 13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nur k-off
idmanla mewqul olmaq eladir amma men tenbelem seher saat 12:00 qalxiram
12 aprel 2015 12:58
# 12
SVETA
dilefruz
xebere gore tesekkure edirem men bir ili idiki dayandirmisdim indi yeniden baslamisam butun her yerim agriyir dogrudanda insan cox cazibeli gorunur idmanla bedeni gozel saxlamaq olur
12 aprel 2015 12:44
# 11
Sevgi insani yasadan en xosbext duygudur
Meleknur
men etmirem arada bir herden edende edirem evveller turnikden sallanirdim ki boyum uzanasin deye
12 aprel 2015 11:51
# 10
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
ILAHE_
Idman saglamliqdir.
12 aprel 2015 10:51
# 9
BARBI
Hec idman eden deyilem sadece etdiyim idman ise getmekdir
12 aprel 2015 10:42
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
emis
idman saglamliqdir elbetteki. men seher axsam elimden geldiyi edirem saglamligim ucun hemde formada qaliram. her cur idmani edirem ama birce qol hereketleri olani elemirem kureyi boyudur deye menimde enli kurek qadinnan hec xosum gelmir birde idmandan evvel su icmek lazimdir
12 aprel 2015 10:37
# 7
Bestoş
İdman etmirem coxdandir
12 aprel 2015 10:20
# 6
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Catwoman666
idmani sevirem ve calisiram ki ozum de mesgl olum. qol ezelelerim de bir az boyukdur. yeni ki guclu qizam;)))
12 aprel 2015 09:53
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
xeyalperest
Eslinde cox gozeldi idman etmek adamin fikri dagilir ama bu tenbellik olmuyada
12 aprel 2015 09:00
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Fialka
İdmanın faydaları orqanizmə çoxdu, məndə müntəzəm olmasada idmanla məşğul oluram.
12 aprel 2015 08:49
# 3
Nezka
İdmanla yayda məşğul oluram volybol,üzgüçülük,qaçış və s.
12 aprel 2015 08:27
# 2
İçimi görsən mənə aptek alarsan.
qanadli melek
Idmanla hec aram yoxdu ede bilmirem yoruluram nefesim daralir
12 aprel 2015 08:09
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz