Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fitneslə düzgün məşğul olmağın yolları
Fitneslə düzgün məşğul olmağın yolları
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 1473
Səs ver:
Arıqlamaq üçün əlindən gələni edirsən, amma əla bədən quruluşuna sahib ola bilmirsən? Ola bilsin, bədənin idman hərəkətlərinə tez öyrəşir. Belə ki, bədənini daim formada saxlamaq üçün yeni idman hərəkətləri axtarıb-tapmalısan, - məşqçi Aida Mehdiyeva deyir.

Saatlarla məşq etmək OLMAZ
Aparılan müşahidələr göstərib ki, müəyyən fasilələrlə idman edən insanlar fasiləsiz məşqdə olanlara nisbətən daha tez lazımi nəticə əldə edirlər.

Cəld, lakin gərgin hərəkətlər etmək OLAR
Qısa, lakin cəld hərəkətlər etməyə çalış, - Aida deyir. Adətən, biz 30 dəqiqə ərzində edə biləcəyimiz 80% hərəkətin 60%-ni bir saat ərzində edirik. Bu yolla sən idman zalında vaxtını itirmədən eyni nəticəni əldə edə bilərsən.

Sallağı oturmağa tənbəllik etmək OLMAZ
Sallağı oturmaqla mədəni arıqlatmaq olmur, - məşqçi Aida Mehdiyeva deyir. Bu hərəkətlər piyi əritmir, lakin əzələləri möhkəmləndirir.

Piyi əritmək OLAR
Sallağıoturmadan fərqli olaraq, qaçış, gəzinti, velosipedsürmə piyi əridir və çəkinizin azalmasına kömək edir. Xüsusilə də qaçış baldırların tonusunu qaldırmağa kömək edir, - deyə mütəxəssis bildirir.

Həddindən artıq yoqa hərəkətləri etmək OLMAZ
Yoqanın bir çox vəziyyətlərini almaq üçün vaxt tələb olunur, - yoqa təlimatçısı Oksana Əliyeva deyir. Əvvəlcə bədəniniz hərəkətlərə hazır olmalıdır. Əks halda, nəfəs daralacaq və əzələ sıxılacaq. Bu zaman ürək-damar sistemində problemlər yarana bilər.

Diqqəti tənəffüsə yönəltmək OLAR
Yoqa ilə məşğul olan zaman hərəkətlərdən çox nəfəsinə fikir ver. Dərindən tənəffüs böyük dəyişikliklərə gətirib çıxarır, - deyə Oksana Əliyeva qeyd edir. Bu zaman həm əzələlər rahatlaşır, həm də gərginlik azalır; bu da öz növbəsində məşqləri daha rahat edir.  

Dartılmadan məşqə başlamaq OLMAZ
Üzmə cığırını bir neçə dəfə üzdükdən sonra tezlik zəifləyir. Bu cür ağır məşqlərə başlamazdan əvvəl zəif hərəkətlər et, - deyə Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Akif İsayev vurğulayır.

Fasilə etmək OLAR
Hovuzdakı vaxtını azalt. Bir cığırı o baş-bu başa üzmək üçün iki cür üzmə stilindən istifadə et. Məsələn, brasla gedib, bel üzərində üzməklə qayıda bilərsən. Bu üsul əzələlərin müxtəlif qruplarını hərəkətə gətirir və universal treyninq effektinə malikdir, - deyə İsayev bildirir.  

Müqavimət göstərmək OLMAZ
Yuxarıda qeyd etdiyimiz kimi, qaçış piylərin əridilməsinin effektiv yollarından biri hesab edilir. Lakin elə hallar olur ki, nəticələr özünü doğrultmur. Bu halda, idman hərəkətlərini daha da gərginləşdirmək lazımdır, - deyə Akif müəllim qeyd edir. Əzələlərin çəkisi artdıqca, maddələr mübadiləsi yaxşılaşır və heç bir hərəkət etməsən belə, kalorilər tez bir zamanda azalır. Nəticə!

Məşqləri ağırlaşdırmaq OLAR
Hər idman hərəkətini 20 dəfə təkrar etməklə, əvvəlcə yüngülçəkili ağırlıqlar qaldırın. Həftədə bir dəfə 40 dəqiqəlik idman səni güclü, davamlı edəcək və əzələlərinin tonusu qalxacaq, - deyə akademiyanın müəllimi məsləhət görür.

Gündə idman zalına getmək OLMAZ
Həddindən artıq idman hərəkətləri zədəyə və müxtəlif xəstəliklərə gətirib çıxarır. Bu, cəzbedici səslənə bilər, lakin unutmamalısan ki, ağır hərəkətlər səni tez bir zamanda bezdirə və nəticədə idmandan əl çəkə bilərsən.

İstirahət etmək OLAR
İstirahət bədənin gücünü və əzələləri bərpa edir. Həftədə ən azı iki dəfə istirahət et. Çünki bu yolla sən bədəninin idman hərəkətlərinə yararlılığını artıracaqsan. Sadəcə olaraq, istirahəti şokolad yeməklə keçirmə...


Şərhlər: 13
Baxılıb: 1473
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
leyla_258
arada-sirada edirem mende
29 mart 2015 18:46
# 13
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Qlamurr
İdman həm sağlamlıq üçün,həm də formada qalmaq üçün hər kəsə lazımdı,ancaq əvvəlcə başlıyında yüngül hərəkətlərdən başlamaq lazımdı.
29 mart 2015 16:45
# 12
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
vipbetul
lazimli meslehetlerdi
29 mart 2015 15:19
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Tomris Müslümova
idman hamiya lazimdi istiyisen kok ol istiyirsen ariq....ama hele 20 yasim var velosipet sururem yalniz..heleki
29 mart 2015 13:53
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Idman menlik deyil tez yoruluram
29 mart 2015 12:46
# 9
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
FISTIK
Bu haqda bilirem bir seyi bilmirdim bilmis oldum.
29 mart 2015 11:52
# 8
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
Luna-90
Men fitnese gedirem mesqcim ne deyir onu edirem..2saat mesgul oluram.
29 mart 2015 11:31
# 7
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
emis
mende her seher axsam idmanimi edirem ama tez yoruluram deye az az edirem idman tek ariqlamaq uccun deyil saglamligimiz ucun etmeliyik
29 mart 2015 11:02
# 6
guler19
Fitnes sözünün mənası “uyğun, forma, sağlamlıq, uyğunluq” deməkdir. Fitness bir sıra idman hərəkətlərinin birləşməsindən yaranan idman növüdür.

Məşqul olmamışam amma lazımdır.
29 mart 2015 10:24
# 5
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
aliceWOnDer
İdman etmirəm...amma vaxt olanda esasen yayda obruc oynadıram
29 mart 2015 10:11
# 4
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Dosta_inam
Men adeten keyfsiz olanda idman edirem.evde 5-10-deqiqe edib sonra yatiram.
29 mart 2015 09:24
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Fialka
Hərdən məndə edirəm və qeyd olunan məsləhətlərə əməl edirəm çünki idman edərkən tez sürətli şəkildə başlamaq olmaz çünki əzələ dartılır və günlərlə ağrı verir buna görədə yavaş - yavaş idman etməkdə fayda var.
29 mart 2015 08:50
# 2
BARBI
Hec idman etmeye hevesim yoxdur yalniz etdiyim idman iple tullanmaqdir
29 mart 2015 08:24
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz