Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İdman edərkən diqqətli olun
İdman edərkən diqqətli olun
Göndərən: Nazlı_qız
Şərhlər:
Baxılıb: 1307
Səs ver:
Bir çox insan evində, ya da idman salonunda idman edir.
Ancaq idman sadəcə alətlərin üzərində, ya da yerdə bir neçə hərəkətlər etmək deyil. İdman edərkən diqqət edilməsi gərəkən əsas məqamları topladıq.
İdmana başlamadan saat yarım əvvəl yemək yeməyi dayandırmalı və mədə rahatladılmalıdır.
Şəkərli qidalar yeməyin, onsuz da sizə enerji verməyəcək.
İdmana başlamadan əvvəl yemək yeyəcəksinizsə, proteinli qidalar yeyin.
İdmana başlamadan əvvəl üzünüzdə makiyaj varsa, təmizlənməlidir. Tərlə birgə axmağa başlayan makiyaj pis görünəcək.
Edəcəyiniz idmana uyğun olaraq yanınızda geyimlər olmalıdır. Özəlliklə yanlış ayaqqabı seçimi sağlam olmaq istəyərkən bir fəsadla salondan ayrılmanıza səbəb olar.
İdmana birdən başlamayın. Üzmək, qaçmaq, velosipedə minmək...  Nə olursa olsun idmana başlamadan əvvəl mütləq isinmə hərəkətləri edilməlidir.
Qaçacaqsınızsa, yavaşdan sürətə doğru davam edin. Qaçış aləti üzərində qaçmağa başlamadan əvvəl kənarda qaçaraq isinmə hərəkəti edin.
İdman hərəkətləri arasında sadəcə 2 dəqiqəlik fasilə verin. Təriniz soyumadan idmana davam edin.
İdman salonuna gedirsizsə, məkanın üstünlüklərindən yararlanın. Təcrübəli idman müəllimi seçin. Hər cür məlumatı ondan öyrənin.
Sizin üçün hazırlanan bir proqram varsa, ilk başda çətin olmasına baxmayaraq, buna əməl edin.
İdman salonunda yüksək səsli musiqi xoşunuza getmir, ya diqqətinizi dağıdırsa, öz qulaqcıqlarınızı yanınızda daşıyın.
Musiqi dinləmək idman zamanı motivasiyanı artıracaq. Bayırda qaçarkən ya velosiped sürərkən belə kənar səslərin təsirindən uzaq durmaq üçün musiqi dinləyin. Ritmik idman etmənizə kömək edəcək.
Yalnız idman edərkən sıxılırsızsa, qrup idmanlarına qoşulun.
Əzələ ağrılarını azaltmaq üçün idmandan sonra dərhal duşa qaçmaq yerinə başlayanda olduğu kimi bitirəndə də əsnəmə hərəkətləri edin.
İdmanı müntəzəm etsəniz, faydasını görəcəksiz. Həftədə bir dəfə idman salonuna getmək işə yaramaz. Həftədə 3 dəfə etməyə çalışın.
İdmandan çıxdıqdan sonra ilk 20 dəqiqə ərzində proteinli içki və meyvələr yeyin.
İdman zamanı bol-bol su için. Əgər susuz qalsanız, bədəninizdə kramplar yarana bilər.
Düzgün nəfəs alıb verməyi unutmayın. Nəfəs çatışmazlığı da su çatışmazlığı kimi kramplar yaranmasına səbəb olar.
Bir idman salonunda həftənin 7 gününü keçirmək əzələləri yoracaq. Arada fasilə edib əzələlərinizi dinləndirin.
Fərqli idman hərəkətləri edin.


Şərhlər:
Baxılıb: 1307
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz