loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir hərəkətlə piydən azad olun
Bir hərəkətlə piydən azad olun
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 2256
Səs ver:
Qarın ətrafı piylər bir çox xanımların kabusudur.  Onlardan azad olmaq üçün hər kəs müxtəlif üsullardan istifadə edir. Yeməyini kəsənlər, pəhriz saxlayanlar - bu siyahını yetərincə artırmaq da olar. İdman müəllimləri qarın nahiyəsindəki piyi əritmək üçün istifadə edilən və gözəl təsir edən bir hərəkət barədə məlumat veriblər. Bu hərəkət sayəsində belinizdəki artıq piylərə əlvida deyə bilərsiniz.
 
Bu hərəkət bizim jim dediyimiz adi bir hərəkətdir. Ancaq bir qədər dəyişikliklər olacaq. Bu hərəkəti pilates topunun köməkliyi ilə etmək lazımdır.  Qarın ətrafı piylərdən azad olmaq və gözəl bir bədənə sahib olmaq üçün bu hərəkətdən mütləq istifadə etməlisiniz. Unutmayın ki, formada olmaq insanın özünəinamını artırır və onu həm də müsbət enerji ilə yükləyir.
 
Əvvəlcə jim formasında durun. Yəni üzüüstə yerə paralel şəkildə uzanın və əllərinizi boyun-çiyin bərabərində uzadın.  Ayaqlarınızı pilates topunun üzərinə qoyun və dikəlin. Qollarınız sizi havada tutacaq. Hərəkəti edərkən diqqətli olun ki, beliniz əyilməsin. Belinizi düz tutmağa çalışın.

Ayaqlarınız çiyinlərinizdən və çanaq sümüyünüzdən bir qədər yuxarıda olmalıdır. Bu vəziyyətdə dayanın. Bu vəziyyətdə hərəkətsiz dura bildiyiniz qədər durun.
 
Pilates topu ilə alternativ bir hərəkət etmək istəsəniz, bunu edə bilərsiniz. Kürəyinizi topa dayayın, ayaqlarınızı isə 90 dərəcəli bucaq altında bükün. Bundan sonra əllərinizi başınızın ardında birləşdirin və press etməyə başlayın.  Ancaq diqqətli olun ki, istifadə etdiyiniz pilates topu kürəyinizin eni qədər olsun və kürəyinizin hər bir hissəsini tutsun.


Şərhlər:
Baxılıb: 2256
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz