Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Keysəriyyə kəsiyi əməliyyatı nə zaman tətbiq olunur
Keysəriyyə kəsiyi əməliyyatı nə zaman tətbiq olunur
Göndərən: Antikvar
Şərhlər: 18
Baxılıb: 11275
Səs ver:
Hal hazırda bəzi hamilə qadınlar buna heç bir ciddi səbəb olmadan təbii doğuşdan imtina edərək, keysəriyyə kəsiyi əməliyyatını seçirlər.

Bu çox səhv yanaşmadır.

Bütün digər cərrahiyyə əməliyyatlarında olduğu kimi, qeysəriyyə kəsiyi əməliyyatı da yalnız buna ciddi göstərişlər olduğu halda tətbiq edələ bilər (yəni vaginal doğuş mümkün deyil və ya ana və uşaq üçün təhlükəlidir).

Keysəriyyə kəsiyi əməliyyatı üçün mütləq və nisbi göstərişlər var.

Mütləq göstərişlər arasında:
- Kliniki dar çanaq (qadının canağın dar olması). Bu halda doğuş zamanı uşağın başı ananın çanağından keçə bilmir. Nəzərinizə çatdıraq ki, hamiləlik zamanı bu patologiyanı qadına nəzarət edən ginekoloq bəzi müayinələr və USM zamanı aşkar edə bilər. Əgər siz incə bədən quruluşuna maliksinizsə, bu heç də o demək deyil ki, sizdə bu patologiya var. Mama-ginekoloqların normal və dar çanağın dəqiq meyarları var.

Qadında bu patologiya aşkar olunduqda vaginal doğuş mümkünsüz sayılır və qadına keyseriyye kəsiyi əməliyyatı təyin olunur.

- Əgər qadının doğuş yollarında təbii doğuşa mane olan hər hansı maneələr (uşaqlıq boynuna yaxın yerləşən mioma, şiş və s.) varsa. Belə maneələr USM zamanı aşkar olunur və həkim bunlara əsaslanaraq qeysəriyyə kəsiyi əməliyyatını təyin edir.

- Uşağa doğuş yollarından keçmək üçün mane olan ananın çanaq sümüklərinin deformasiyaları.

- Uşaqlığın yırtılması riski də qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Belə vəziyyət ilk doğuş qeysəriyyə kəsiyi əməliyyatının köməyi ilə həyata keçirdikdə növbəti doğuş zamanı inkişaf edə bilər. Keyseriyyə əməliyyatından sonra uşaqlığın üzərində çapıq qalır. Bu çapığın normal sağalması zamanı növbəti hamiləlikdə uşaqlığın yırtılması riski olmur. Lakin bəzən çapıq normal sağalmır və bu halda belə risk əmələ gəlir. USM-də çapığın eni 3 mm-dən az təyin olunur, onun qıraqları düz olmur. Mama-ginekoloq hamiləlik zamanı çapığın vəziyyətini USM vasitəsilə bir neçə dəfə qiymətləndirir və uşaqlığın yırtılması riski aşkar etdikdə keysəriyyə kəsiyi haqqında qərar verir.

- Ciftin uşaqlıq boynuna yaxın yerdə yerləşməsi və ciftin vaxtından tez qopması da keysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş sayılır.

Normada cift uşaqlığın ön və ya arxa divarında yerləşməlidir. Lakin bəzən cift uşaqlıq boynuna yaxın yerdə yerləşir ki, bu zaman uşaqlıqdan çıxış uşaq üçün bağlı olur. Bu vəziyyət keysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Bu vəziyyət hamiləliyin əvvəlindən USM zamanı təyin olunur və əməliyyat əksər hallarda hamiləliyin 38-ci həftəsində keçirilir. Bəzən qadında qanlı ifrazatlar olduqda (bu ciftin qopmasına işarə edir) əməliyyat daha tez keçirilə bilər.

Cift normada uşaqlığın divarından uşaq doğulduqdan sonra aralanır. Lakin bəzən müxtəlif səbəblərə görə cift doğuşdan qabaq uşaqlığın divarından qopmağa başlayır.

Bu vəziyyət qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstəriş sayılır. Məsələ burasındadır ki, ananın bətnində olan uşaq oksigeni ananın qanından alır. Ciftin qopması dölün nəfəsalmasını mümkünsüz edir və bu halda təcili qeysəriyyə kəsiyi əməliyyatını təyin olunur.

Bundan əlavə ciftin qopması ananın həyatı üçün də təhlükə yaradır ki, bu zaman güclü qanaxma inkişaf edir.

Sadaladığımız hallar qeysəriyyə kəsiyi əməliyyatı üçün mütləq göstərişlər sayılır. Mütləq

göstərişlərdən əlavə nisbi göstərişlər də var.

Nisbi göstərişlər o deməkdir ki, fiziki olaraq vaginal doğuş mümkündür, lakin belə doğuş ananın və ya körpənin sağlamlığı və hətta həyatı üçün təhlükəlidir.

Belə nisbi göstərişləri arasında:

- Qadında olan ürək-damar sistemi, böyrəklər, sinir sistemi xəstəlikləri və patologiyaları, göz dibində dəyişikliklərlə müşayiət olunan yüksək dərəcəli miopiya (yaxınıgörmə), şəkərli diabet (ağır formada), istənilən xərçəng xəstəlikləri və bəzi digər xəstəliklər.

- Anada cinsiyyət yollarının xroniki xəstəlikləri (məsələn, genital herpes). Bu halda vaginal doğuş zamanı xəstəlik anadan uşağa keçə bilər.

- Bəzi hamiləlik ağırlaşmaları, ilk növbədə hestoz. Hestoz yalnız hamiləlik zamanı inkişaf edən və qadın orqanizminin ürək-damar və sinir sistemində ağır pozulmaları yaradan vəziyyətdir. Hestoz həm ana, həm də uşaq üçün təhlükəlidir.

- Doğuş fəaliyyətinin zəif olması. Bu zaman doğuş çox uzun çəkir, uşaq doğulmağa "tələsmir", dərman preparatların istifadəsi lazım olan nəticə vermir. Bu halda körpənin vəziyyəti pişləşdikdə (ürək döyünməsi zəifləyir və s.), təcili qeysəriyyə kəsiyi əməliyyatı tətbiq oluna bilər.

- Qadının yaşı qeysəriyyə kəsiyi üçün göstəriş sayılmır. Lakin əgər qadının yaşı 35-dən çoxdursa və eyni zamanda qadında hər hansı patologiya varsa, bu halda qeysəriyyə kəsiyi əməliyyatı tətbiq oluna bilər.

- Dölün ana bətnində köndələn yerləşməsi və ya sağrı gəlişi.

- Dölün çox iri (4 kq-dan yuxarı) olması və anada patologiyanın olması.

- Dölün hipoksiyası (oksigen çatışmazlığı). Dölün kəskin hipoksiyası doğuş zamanı inkişaf edir. Bu zaman dölün ürək döyüntüsü kəskin zəifləyir və bərpa olunmur. Bu halda qeysəriyyə kəsiyi əməliyyatı üşaq üçün daha təhlükəsiz sayılır.

- Bəzən eyni qadında bir neçə belə nisbi göstərişlər olur (məsələn, iri döl + dölün sağrı gəlişi; uşaqlığın üzərində çapıq + ananın yaşı və s.).

Hər bir konkret halda doğuşun üsulu ilə (vaginal doğuş və ya qeysəriyyə kəsiyi əməliyyatı) bağlı olan qərar həkim verməlidir.


Şərhlər: 18
Baxılıb: 11275
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
nasya
Men 2 kesr olmusam isdirem qizim olsun qorxuram emeliyatdan
23 sentyabr 2016 23:32
# 18
Rahila
Evveller keserin doguwdan yaxwi oldugunu fikirlewirdim. Indi duwunuremki eyer keser bele yaxwi weydise niye xarici olkelerde keser emeliyyati en axirinci variant kimi gorunur. Orda icaze yoxdurki bir prablemin olmasin ve sen keser olasan. Doguw risk dawiyirsa buna icaze verirler. Bizdeki hekimlerin coxu pul derdinden lazim oldu olmadi kesib dogruyurlar gadinlari. Xanimlarinsa bezileri melumatsizligdan keseri secir. Bilmirlerki tebii doguw anaya ve uwaga nece xeyirdi. Ananin bedeni zererli maddelerden temizlenir doguw zamani. Sudu tez gelir. Uwag havayla temasa asta asta girir. Eyer ciyerlerinde su varsa canagdan kecende sixilib cixir. Keserde ise bele hal baw verende hekim mudaxilesi lazimdi. Yeni gisasi Allah bu usulu secib dogru bilib bizimcun. Mecbur galmadigda keser olmag sadece agilsizligdir.
12 yanvar 2016 02:23
# 17
Ürekden sevenler Ayrılmazlar , Ayrılanlar yalnız Gözle sevenlerdir. 
Hz.Mehemmed Peyğember (c.c).
Nisa
Keyser emeliyati hardan rahat olub ki bezileri deyir ki analar keflerinden gedir keysere.Bunu deyen insanlarda dusunce yoxdur ay millet emelyat deyirsinizee aqzinizda evcik oynamaq yoxe.Keyser olmusam ayaqimda problemim olub deyene.Inan mene evde ikinci usaq deyende qorxudan deli oluram ki yene emelyat yene narkoz.Kas ele doqa bilerdim bir sutka sancidan sonra bilerdimki rahatlasacam.Keyser olan seraser bir hefde zulum cekir bunuda deyinde.Bas aqri,emelyat yerin aqrisi ne bilimeee neler.Emelyat otaqina giren aqilli insan emelyat otaqinin vahimesin biler duyar nece aqir yuk altina girdiyini basa duser.Ay bacilar ana olmaq her sekilde ezyetlidir.Ister normal doqusla ister keyserle.Ferziyelere uyub fikirlesmeyin ki bezileri doqus sancisinin derdinden qacir keysere.Bele sey yoxdur olsa bele o keysere giren sonraki ezyetleri gorub inanmiram ikinci defe urekden keyser arzulayar.
12 yanvar 2016 02:03
# 16
Seher
Men 4 ay evvel keysr olmusam. Cox cetindi esasende aprasiyadan bir gun sora ayaga qaldirirlar inaninki o dunyaya gedib qayidisan cox cetindi kravatdan surune surune dusursen.
9 avqust 2015 21:23
# 15
1
vipbetul
indi anneler ozleri isdiyirki usaqo kesir yoluyla gotuzdursunler
8 mart 2015 23:30
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayan97
Her ikisinden qorxuram amma belebirsey olsa normal dogusu secerem sizlerede sozum normal yaxsidi
21 yanvar 2015 10:39
# 13
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ece uslu
normal doguw daha yaxsidi amma problem olan zaman keyser edilmelidi
21 yanvar 2015 00:24
# 12
ŞehZam
InwAllah rahat yolnan qismet etsin Rebbim hec istemerem men((
20 yanvar 2015 23:40
# 11
Nisa
mende keser olacam mecburam prablemim var.prablem olanda hekim meslehet bilir mecbursan ki gedesen
20 yanvar 2015 22:56
# 10
KRALİCEM
Mende keyser olubdu hecde qorxulu hecne yoxdu birinci keyserle olduqu ucucn ikincide keyserle olacaq

Mende keyser olubdu hecde qorxulu hecne yoxdu birinci keyserle olduqu ucucn ikincide keyserle olacaq
20 yanvar 2015 22:08
# 9
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
ay.dan
baldizim fevralin 4-5 kesernen olar 1side bele olub ona gore..amma menim fikrimce tebii doguw hamidan yaxwidi biraz agri cekirsen uwag olandan sonra kecir agri amma keser eledi ki doguwdan sonra ne geze bilirsen ne dura bilirsen inwallah mende tebii doguwla dunyaya getirerem balami
20 yanvar 2015 21:25
# 8
O, sinən də yatarkən narahat olmasın deyə dərindən nəfəs almamaqdır sevgi♥♥♥
sona
Normal doguw her baximnan yaxwidi. Allah her kese normal doguw nesib etsin aminnn
20 yanvar 2015 20:31
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
arzum-aysum
Allah her seyin doğrusunu buyurub. ancaq ana ve usagin sağlamlığı üçün tebii doğuş təhlükəli olduqda Keyser olmaq lazimdi
20 yanvar 2015 19:50
# 6
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
emis
elbetteki tebii dogus yaxsidir ama mecbur qalanda da buna el alitlar meselen goz problemi olanlar bir nece tanisim var ona gore emeliyyatla olub usagi
20 yanvar 2015 19:43
# 5
Сладкий Ангел
ama indi her kes asan usuldu deye bunu secir
20 yanvar 2015 18:49
# 4
.Bir gülüşüm var Sizlərə ömür...
Tomris Müslümova
mence tebii usulnan yaxsidi
20 yanvar 2015 18:34
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
qadinlarin vacib olmadiqca qeyseriyye emeliyyyati etmeklerine yaxsi baxmiram,cunki olduqca agrili prosesdi hemde bir muddet diqqet olunmalidir yoxsa agir fesadlari ola biler
20 yanvar 2015 18:19
# 2
BARBI
Normal dogusdan keysetiyye emeliyyati daha yaxsidir
20 yanvar 2015 18:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz