Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonsuzluq
Sonsuzluq
Göndərən: NoName
Şərhlər: 2
Baxılıb: 366
Səs ver:
"Sonsuzluq” evli cütlüyün bir il ərzində qorunma olmadan cinsi münasibət yaşamasına baxmayaraq övlad sahibi olmadığı halda qoyulan diaqnozdur.
Lakin bir şeyi anlamaq lazımdır ki, "sonsuzluq” diaqnozu heç də həmişəlik övlad sahibi olmamaq demək deyil. Bir çox hallarda bu problem müalicə olunur.

Səbəbləri
Statistikaya görə sonsuzluq yaşayan cütlüklərin 40%-də kişi xəstəlikləri probleminə, 40%-də qadın xəstəlikləri probleminə, 20%-də isə hər iki tərəfin sonsuzluq problemi olmasına görə övlad sahibi olmamaları göstərilir. Mayalanma və rüşeymin yaranması zamanı baş verən hər bir pozuntu hamilə qalma imkansızlığı yaradır.
Kişi sonsuzluğunun ən çox yayılmış səbəbləri iltihab, infeksion xəstəliklər (prostatit, uretrit), hormonal, psixoseksual pozuntular, güc azalmasıdır.
Qadın sonsuzluğunun ən çox yayılmış səbəblərinə isə çanaq orqanlarının infeksion və iltihabi xəstəliklərini, hormonal pozuntuları, uşaqlıq borularının tutulmalarını və uşaqlığın anatomik qüsurlarını aid etmək olar.

Özünüz nə edə bilərsiniz?
Sonsuzluğun müalicəsi savadlı həkimlər ginekoloq və uroloqlar tərəfindən aparılmalıdır. Özünümüalicə ilə məşğul olmayın! Alternativ tibbə müraciət etməyin! 1 il müddətində hamilə qalmağa çalışarkən heç bir nəticə əldə edə bilmirsinizsə mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Prosesi gecikdirmək təhlükəli və sağalmaz fəsadlara gətirib çıxara bilər.

Həkimlər nə edə bilər?
İlk növbədə sonsuzluğun əsas səbəbini tapmaq lazımdır. Həkimlər bu zaman lazımlı müayinələri edərək analizlərə hazırlayacaqlar. Terapiya planı sonsuzluğun səbəbi əsasında edilir. Müalicə cərrahi və ya tibbi yolla aparıla bilər. Bəzən infeksiya əleyhinə olan terapiya üçün qısa zaman kifayətdir, bəzi hallarda isə hormonal düzəlişlər üçün uzun müddət tələb olunur.


Şərhlər: 2
Baxılıb: 366
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cox sukurki tibbde artiq bunlarin caresi tapilir
24 iyun 2016 01:01
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Kölge
Allah her eve korpe sesiqismet ele.amin
23 iyun 2016 22:10
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz