Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonsuzluq testləri necə aparılır?
Sonsuzluq testləri necə aparılır?
Göndərən: NoName
Şərhlər: 1
Baxılıb: 634
Səs ver:
Uşağı olmayan cütlərdə tətbiq olunan Sonsuzluq testləri
Uşaq sahibi ola bilməyən cütlər, mütəxəssislərə müraciət edərkən öncə onların əvvəlki əlaqələrinə, psixoloji vəziyyətlərinə, buna qədər istifadə ettikləri dərmanlara qədər uzanan bir araşdırma aparır və qadınlarda və kişilərdə sonsuzluqsəbəblərinin öyrənilməsi üçün bir sıra testlərdən keçirirlər. Bu testlər qadınlar və kişilər üçün ayrı ayrılıqda şəkildə tətbiq olunur.

Kişilər Üçün Tətbiq olunan sonsuzluq Testləri:
Kişilərdə sonsuzluq meydana gətirən səbəblərdən , əvvəlki yazılarımızda da bəhs etdiyimiz kimi yumurtaların mayalanmasına səbəb ola bilməyəcək qədər az və hərəkətsiz sperm olması, formaca döllənməyə uyğun olmayan sperma olması, spermaların rəhmin önünə qədər irəliləməsinə kifayət etməyəcək qədər boşalmanın reallaşması kimi səbəblərdir. Sizlər bir il boyunca nizamlı olaraq həyat yoldaşınızla əlaqəyə girib uşaq sahibi olabilməmisinizsə yəni tibbi cəhətdən sonsuzluq xəstəliyinə yaxalanmışsınızsa həkiminiz sizə sonsuzluq səbəblərini araşdırmaq üçün əvvəlcə sperma testi edəcək.

Sperma Testi (spermiogram):
Həkiminiz sizdən mastürbasya etmənizi və sperma testi üçün meni vermənizi istəyəcək. Mastürbasya yoluyla meni verməyə maneə varsa cinsi əlaqə əsnasında meni əldə edə biləcəyiniz bir kondom istifadə edə bilərsiniz. Sperma testi, uzmanınıza spermaların hərəkətləri, həcmi, sayı və morfologiyası yəni formaca düzgünlüyü mövzusunda məlumat verəcək. Kişilərdə boşalma əsnasında yarana biləcək çətinliklər səbəbiylə sperma testi ümumiyyətlə ən doğru qərarı almaq üçün iki həftə aralıqlarla iki dəfə təkrarlanır. Ayrıca sperma testi üçün meni nümunəsi verməzdən əvvəl 3-5 gün cinsi pəhriz etməniz, testin daha doğru nəticə verməsini təmin edəcək.

Hormon Testləri:
Bilindiyi kimi kişidə sperma istehsalına təsir edən ən böyük faktorlardan biri də hormonlardır. Hormonlar sizin cinsi istəyinizi və cinsi əlaqə əsnasında nə qədər sperma boşaldacağınızı təyin edən ən böyük faktordur. Cinsi istəyinizində böyük rol oynayan FSH və testestoron hormonlarının idarəsi qan təhlilləriylə mümkün olacaq.
Sperma təhlillərinizdən həkiminiz razı qalmamışsa sizlərdən vitalite yəni verilən menideki sperma sayının normallığını anlama testi, antisperm antikor deyilən spermaların hərəkətliliyini problemləri görmə testi kimi fərqli testlər də istəyə bilər, lakin bu testlər kişilərin çoxunda tətbiq olunmur çünki ümumiyyətlə ilk spermiogram testində sonsuzluq ilə əlaqəli dəqiq məlumatlar əldə edilir.

Qadınlar Üçün Tətbiq olunan sonsuzluq Testləri:
Bazal Bədən İstiliyi Testi: Bilindiyi kimi döllənmə üçün qadınlarda yetişmiş yumurta hüceyrələri olması lazımdır. Bazal bədən istiliyi testi, bu hüceyrələrin varlığı və yumurtlama dövrlərinin təqib edilməsi üçün evdə belə tətbiq oluna biləcək bir testdir. Bir neçə ay davam edən və səhər qalxanda həssas bazal termometr köməyiylə bədən istiliyinin ölçülməsi və bir neçə aybaşı dövrü boyunca yumurtlama dövrlərində atəşinizin yüksəlib yüksəlmədiyinə nəzarət edərək yumurtalardan qaynaqlı bir sonsuzluq olub olmadığını anlaya bilərsiniz. Təbii ki evdə yalnız bazal bədən istiliyi testi ilə sonsuzluq qənaətinə çatmaq dəqiq olmayacaq.
Vaginal ifrazatın müşahidəsi : Bəzi qadınlar yumurtlama dövrlərində vaginal mayelərinin incə və ağ olduğunu müşahidə edirlər. Bu yumurtlamanın olduğuna işarə etsə də yenə bazal bədən istiliyi testi kimi dəqiq fikir yürütmək səhv olacaq.

Digər Testlər:
Yumurtlama testlərini evdə tətbiq etdikdən sonra hələ də sonsuzluq mövzusunda dəqiq bir qənaətə gəlməmişsinizsə mütəxəssis sizlərdən hormonların vəziyyətini öyrənmək üçün qan testləri istəyəcək. Bunun yanında ultrason yoluyla qanallarda tıxanma, rəhmdəki boşluğun yetərliliyi kimi sonsuzluqda əhəmiyyətli faktorları görəcək. Bütün bu yazılanların yalnız bir ilk məlumat xüsusiyyətində olduğunu gerçək məlumatın mütəxəssdən təhlillər nəticəsində öyrənilməsi lazım olduğunu unutmamanız diləyiylə. Sağlıqla qalın.


Şərhlər: 1
Baxılıb: 634
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah hec bir aileye gostermesin bu cur prasesleri insallah
27 may 2016 13:04
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz