Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süni mayalanma
Süni mayalanma
Göndərən: Angela7
Şərhlər: 4
Baxılıb: 697
Səs ver:
Bu gün orqanizmimizlə bağlı elə vəziyyətlər yaranır ki, "qulaqardı” yanaşmaq daha böyük fəsadlarla nəticələnə bilər. Adətən insanlar xəstəliyin ən pik həddində həkimə üz tuturlar. Bunu nəzərə alıb, xüsusi qeyd edirik ki, indi söhbət açacağımız problemə biganə yanaşmaq olmaz.
Bu problem dünyanın hələ istisindən, soyuğundan xəbəri olmayan, yenicə gözünü açmış körpənin anus dəliyinin patologiyası ilə doğulmasıdır.
Bu problemlə qarşılaşmamaq üçün görüləcək tədbirlər, xəstəliyin yaranma səbəbləri və çıxış yolları ilə bağlı olaraq, uşaq cərrahı və uroloqu Fuad Hüseynovla əlaqə saxladıq.
Onu da qeyd edək, F.Hüseynov bu xəstəliklə bağlı cərrahi əməliyyat aparıb.
O bildirdi ki, bu problem düz bağırsağın öz yerində yox, uşaqlıq yolunda, vaginanın üstündə olması ilə bağlıdır:
"Bu xəstəliklə bağlı son qarşılaşdığım vəziyyət belə idi: 10 ildən sonra süni mayalanma yolu ilə əkiz hamiləlik yaranmışdı. Uşaqlardan biri tam normal, digəri isə bu patologiya ilə doğuldu. Süni mayalanma bir çox hamiləlik qüsurlarının artmasına səbəb olur. Problem odur ki, vagina ilə düz bağırsağın bir divarı var idi. Onları zədələmədən bir birindən ayırdıq. Düz bağırsağı öz yerinə tikdik. Bu əməliyyatdan sonra uşağın tam sağalması üçün 6 ay zaman lazımdır. Müalicə prosesi düzgün aparıldıqda gələcəkdə bu cür xəstələrin hamilə qalması və ya cinsi həyatla bağlı problemi olmayacaq".
Həkim onu da qeyd etdi ki, bu xəstəliyin heç bir virusla əlaqəsi yoxdur:
"Sırf anatomik qüsurdur. Daxili orqanların ana bətnində inkşaf zəifləməsindən yaranır. Bu problemə tək qız uşaqlarında yox, əks cinsdə də rast gəlmişik. Genetikanın da təsiri çox olur. Genetik olaraq da belə patologiyalar baş verə bilər. Yaxın 3 il ərzində 6-7 əməliyyat aparmışıq. Onların arasında 2-si oğlan, qalanı qız uşağı olub. Bu da belə nəticəyə gəlməyimizə əsas verir ki, söz açdığımız patologiya daha çox qız uşaqlarında olur".


Şərhlər: 4
Baxılıb: 697
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
evli.mutlu.cocuklu
Ewi allah ne verdise odurduda
28 mart 2016 18:53
# 4
vipbetul
ovlladi olmayanlara yaxsi usuldu
28 mart 2016 13:47
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Duwunmurem ki,bu patalogiya ile dogulmasi suni mayalanma ile dunyaya gelmesine goredir.menim qardawimin baldizi tebii yolla qiz uwagi dunyaya getirib hele deyesen bir yawi yoxdur,o uwaqda uzr isteyirem bir delikle dogulub.sadece vaginal delik var.boyuk bayira cixanda cox ezab cekir,cekisi cox azdir deye hekimler emeliyyat etmirler.genetik problemdir.er arvad qohumdur deye bilirem ama deqiq bilmirem qan qohumudular ya nece.Allah hamiya komek olsun.
28 mart 2016 12:44
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Suni mayalanma effektli usuldur. Ovlad hesreti cekenler bu usula bas vura biler. Bu usulda qusurlarda cox olur. Bu da suni mayalanmayla yox sirf valideynle elaqedardir
28 mart 2016 09:19
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz