Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cinsi yolla keçən infeksiyalar sonsuzluğun səbəb olur
Cinsi yolla keçən infeksiyalar sonsuzluğun səbəb olur
Göndərən: NoName
Şərhlər: 2
Baxılıb: 2130
Səs ver:
Sonsuzluğun sәbәbinin müәyyәn edilmәsi üçün ailә cütlüyü üzvlәrinin hәr birinә tәyin edilәn әn әsas ilkin müayinәlәrdәn biri CYKİ görә müayinәnin aparılmasıdır.
Cinsi yolla keçәn infeksiyalar (CYKİ) ­ bir insandan digәrinә әsasәn seksual әlaqә zamanı (cinsi yolla) keçәn xәstәliklәrdir.
CYKİ­ın әksәriyyәti, onlara düzgün diaqnoz qoyulduqda, müalicә vaxtında başlandıqda vә sona qәdәr aparıldıqda sağalan xәstәliklәrdir. CYKİ­ın qәddarlığı ondadır ki, onlar çox vaxt heç bir әlamәtlә özlәrini büruzә vermir vә ya bu simptomlar çox zәif dәrәcәdә ifadә oluna bilirlәr. CYKİ müalicә olunmazsa vә ya onun
müalicәsi düzgün aparılmazsa, onlar xroniki, gizli formaya keçәrәk bir sıra fәsadlar törәdә bilәrlәr: sidik yolları vә daxili cinsiyyәt üzvlәrinin iltihabi xәstәliklәri, kişilәrdә impotensiya, kişilәrdә vә qadınlarda sonsuzluq vә s. Buna görә dә, sonsuzluğun müalicәsi zamanı, CYKİ­yә görә müayinәlәrin aparılması vacib hesab edilir.
Cinsi yolla keçәn infeksiyalar aşağıdakı yollarla ötürülә bilәr:
­cinsi akt zamanı;
­ qeyri­steril tibbi alәtlәrdәn istifadә edilmәsi ilә;
­ xәstәnin qanı ilә kontaktda olduqda;
­ tәk­tәk hallarda xәstәlәrin mәişәt vә şәxsi gigiyena әşyalarından istifadә etdikdә.
Anatomik quruluşundakı xüsusiyyәtlәrinә görә qadınlarda bu infeksiyalara yoluxma ehtimalı kişilәrә nisbәtәn
daha çox olur. Bundan başqa, qadının anatomik xüsusiyyәtlәri xәstәliyin ilkin әlamәtlәrinin daha gizli şәkildә
getmәsinә "kömәk" edir.
Cinsi yolla keçәn infeksiyaların әsas әlamәtlәri aşağıdakılardır:
­ cinsi orqanlar sahәsindә qaşınma vә yandırma hissiyyatı;
­ çox tez­tez vә ağrılı sidik ifrazı;
 cinsi orqanlardan qeyri­adi görünüşlü vә qoxulu selik ifrazının olması;  cinsi orqanlar vә anal (arxa) dәlik (anus) sahәsindә qızartının olması;
­ bәdәndә sәpgilәrin әmәlә gәlmәsi;  cinsi orqanlarda vә anal dәlik әtrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların vә sızanaqların meydana gәlmәsi;
­ limfatik düyünlәrin (әsasәn qasıq nahiyәsindә) böyümәsi; qadın vә kişilәrdә ­ qarının aşağı hissәsindә ağrıların yaranması; qadınlarda cinsi әlaqә zamanı uşaqlıq
yolunda olan ağrılar, aybaşılar arası dövrdә uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması.

Әgәr hәr hansı insan özündә CYKİ ­ cinsi yolla keçәn infeksiyaların istәnilәn bir әlamәtini hiss edәrsә o, tez bir
zamanda ginekoloqa (qadınlar), uroloq­androloqa (kişilәr) vә ya dermatoveneroloqa (dәri­zöhrәvi xәstәliklәri
üzrә mütәxәssis) müraciәt etmәlidir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, CYKİ gizli şәkildә dә keçә bilәrlәr! Buna görә dә ailә qurmaq istәyindә olan hәr bir cütlük (hәm kişi, hәm dә qadın) bu infeksiyalara görә
tam müayinә keçmәli vә lazım gәldikdә isә müalicә kursu almalıdırlar! Bu gәlәcәkdә sağlam uşaq olmasını
planlaşdıran hәr bir cütlük üçün çox vacibdir!!!
CYKİ ­ cinsi yolla keçәn infeksiyalara diaqnoz qoyulması üçün hәkim ilk növbәdә pasientin dәrisi vә cinsi orqanlarına baxış keçirir. Kişilәrdә hәkim uretradan yaxma (sınaq) da götürür, lazım gәldikdә sidiyin
müayinәsini tәyin edir. Qadınlarda isә uşaqlıq yolundan vә/vә ya uşaqlıq boyunundan vә sidik kanalından
yaxma götürülür. Ola bilәr ki, sifilis vә QİCS (SPİD) xәstәliklәrinә görә müayinә aparmaq üçün pasientdәn qan
analizi (damardan) dә götürülsün. Әgәr qadın hamilә olarsa, o bu barәdә öz hәkiminә xәbәr vermәlidir. Çünki hәr hansı bir infeksiya aşkar edildiyi halda, onun müalicәsi üçün tәtbiq edilә bilәcәk dәrman preparatlarının bәzilәri dölә çox mәnfi tәsir edә bilәr. Ailә cütlüyünün bir üzvündә hәr hansı bir infeksiya aşkar edilәrsә, cütlüyün digәr üzvü dә mütlәq müvafiq müayinәlәrdәn keçmәli vә lazım gәldikdә müalicә olunmalıdır.
Aparılan hәr bir müalicә kursundan sonra, infeksiyadan tam müalicә olunduqlarına әmin olmaq üçün hәm
qadın, hәm dә kişi tәkrar olaraq CYKİ­yә görә müayinәdәn keçmәlidirlәr.
Qonoreya (tripper­süzәnәk)
Bu xәstәlik cinsi yolla kecir. Çox nadir hallarda vә adәtәn, uşaqlarda bu xәstәliyә yoluxma mәişәt şәraitindә, şәxsi gigiyenik, tualet әşyaları, ümumi yataq dәstlәri vasitәsi ilә dә baş verә bilәr (mәsәlәn, hamam lifindә, hamam dәsmalında xәstәliyin törәdicisi olan mikroblar öz hәyat qabiliyyәtini bir neçә saat әrzindә saxlaya
bilirlәr). Orta hesabla yoluxmadan 3­7 gün sonra kişilәrdә sidik ifrazı zamanı ağrı vә yandırma hissiyyatı,
xayalıqda ağrı, sidik çıxarıcı kanalından sarımtıl­yaşılaçalar rәngdә irinli ifrazat (alt paltarda lәkә qoyan) kimi kliniki әlamәtlәr meydana çıxır. Qadınlarda isә xәstәlik zamanı uşaqlıq yolundan sarımtıl­yaşılaçalar rәngdә
ifrazat, tezlәşmiş, ağrılı, çәtinlәşmiş sidik ifrazı, qarının aşağı hissәsindә ağrılar, bәzi hallarda uşaqlıq yolundan
qan qarışıqlı ifrazat, aybaşı tsiklinin pozulması vә digәr әlamәtlәr baş verә bilәr. Ancaq әksәr qadınlarda (cinsi
orqanların bәzi anatomik xüsusiyyәtlәrinә görә), adәtәn, xәstәlik gizli şәkildә gedә bilәr ki, bu da çox tәhlükәli hesab edilir. Nәticә etibarı ilә bu, xәstәliyin daha gec aşkar olunmasına vә bir sıra fәsadların baş vermәsinә
(hәtta sonsuzluğa) sәbәb ola bilәr.
Qadınlarda qonorreya zamanı sidikifrazedici kanal, uşaqlıq yolu, anal dәlik әtrafındakı sahә vә kişilәrә nisbәtәn
onların daxili orqanları da (uşaqlıq, yumurtalıqlar, Fallopi boruları) daha asanlıqla xәstәlik törәdicilәri tәrәfindәn zәdәlәnә bilәr. Kişilәrdә xәstәlik zamanı daxili cinsiyyәt üzvlәri dә zәdәlәndiyi üçün onlarda xaya
artımlarının, toxum kisәciyi, prostat vәzinin xroniki xәstәliklәri inkişaf edir. Hәm qadınlarda, hәm dә kişilәrdә
xәstәlik son nәticәdә sonsuzluğa sәbәb ola bilәr.
Sifilis
Sifilis xәstәliyi seksual әlaqәlәr zamanı, qan ilә (qan köçürülmәsi, tatuirovka ­ bәdәninә şәkillәr döydürmәsi,
iynә vurulması), hәmçinin xәstәlәrin diş fırçasından, qab­qacağından, istifadә edilmәsi, öpüş zamanı (xәstәlәrin ağız boşluğunda vә dodaqlarında xoralar vә ya qan sızan zәdәli sahәlәr olduqda) dә keçә bilәr. Xәstәliyә
yoluxma steril olmayan tibbi alәtlәrlә dә (ginekoloji, stomatoloji, cәrrahi) baş verә bilәr.
Sifilis xәstәliyi öz inkişafı prosesindә bir neçә mәrhәlәdәn keçir:
­ Birinci mәrhәlә (ilkin sifilis) yoluxmadan 3­4 hәftә sonra başlayaraq, tәxminәn 6­8 hәftә davam edir. Bu
mәrhәlәdә xәstәlik törәdicisinin bәdәnә daxil olduğu yerdә kiçik, ağrısız, kәnarları vә sәthi hamar, sәthindәn
parlaq, şәffaf maye ifraz edәn dairә şәkilli xora әmәlә gәlir. "Bәrk şankr" adlanan belә xora әmәlә gәldikdәn
sonra, ona yaxın olan limfa düyünlәri böyümәyә başlayır. Böyümüş bu düyünlәr, adәtәn, ağrısız olur. Şankr
әksәr hallarda cinsiyyәt üzvlәrindә (kişilәrdә, kişi cinsiyyәt üzvü vә xayalıqda, qadınlarda isә kiçik cinsiyyәt dodaqlarında, uşaqlığın selikli qişasında), hәmçinin anal dәlik (anus, arxa dәlik) әtrafında, ağız boşluğu vә dodaqlarda yaranmış olur. Bir neçә hәftәdәn sonra şankr müalicә olunmadan da sağalır ki, bu da onu daha
tәhlükәli edir. Çünki bu zaman xәstә sağaldığını düşünәrәk, özünü rahat hiss etsә da, o digәrlәri üçün yoluxucu hesab olunur! Xәstәliyin ilkin dövründә başlanan düzgün müalicә heç bir fәsad vermәdәn tam sağalma ilә
nәticәlәnir.
­ Yoluxmadan tәxminәn 2 ay sonra xәstәliyin ikinci mәrhәlәsi başlayır. Bәdәnin, ovucların, ayaqaltı sahәlәrin dәri örtüyündә, ağız boşluğunun vә cinsi orqanların selikli qişasında sәpgilәr (onlar vaxtaşırı yaranır, sonra isә
yox olurlar) әmәlә gәlir. Sәpgidәn başqa, qızdırma, titrәmә, yorğunluq, oynaqlarda ağrılar, az hallarda isә saçların tökülmәsi dә müşahidә edilә bilәr.
­ Xәstәlik müalicә olunmadıqda yoluxmadan 4­5 il sonra onun üçüncü mәrhәlәsi başlayır ki, bu zaman onurğa beyni vә baş beyinin zәdәlәnmәsi, psixiki pozğunluqlar, ifliclәr, xәstәlәrin eybәcәr hala düşmәsi baş verir.
Hazırda sifilis xәstәliyi yaxşı müalicә olunduğu üçün xәstәliyin üçüncü mәrhәlәsi çox nadir hallarda tәsadüf
edilir.

Genital herpes
Genital herpes ­ çox yoluxucu xәstәlikdir. Xәstәliyә yoluxma cinsi әlaqә vasitәsi ilә, öpüşlә (әgәr virus ağızda
olan sәpgilәrdә olarsa), qanla, hamilә olarkәn anadan uşağa, hәmçinin mәişәt әşyaları vasitәsi ilә keçә bilәr.
Xәstә adam vә onun әtrafında olan yaxınları şәxsi gigiyena qaydalarına çox dәqiqliklә әmәl etmәli, ayrı­ayrı yataq dәstlәri vә dәsmallardan istifadә etmәlidirlәr!!
Genital herpes zamanı selikli qişalar vә dәri zәdәlәnmiş olur. Yoluxmadan 3­7 gün sonra xәstәlәnәn şәxslәrin
(ancaq hamıda yox; belә ki, bir çoxlarında infeksiya özünü heç bir әlamәtlә büruzә vermir) cinsi yollarında qaşınma, yandırma hissiyyatı, daha sonra içәrisi maye ilә dolu olan qovuqcuqlar әmәlә gәlir ki, o da sonradan
şәffaf maye ifraz edәn xoraya çevrilir. Xoralar hәm daxili, hәm dә xarici cinsiyyәt orqanlarında, anal dәlik
әtrafında, bir çox hallarda isә dodaqlarda vә budlarda da әmәlә gәlir. Bundan başqa, xәstәlәrdә qızdırma, baş ağrıları, ağrılı sidik ifrazı, qadınlarda uşaqlıq yolundan, kişilәrdә isә sidik kanalından ifrazat xaric edilmәsi dә tәsadüf edilir. Bütün bu әlamәtlәr sonradan heç bir müalicә aparılmadan da keçib gedә bilәrlәr. Virus isә insanın
ömrünün sonuna qәdәr onun orqanizmindә qalır vә onun inkişafı üçün müvafiq әlverişli şәrait yaranmış olduğu halda (bәdәnin soyuması, qızışması, yorulması, streslәr keçirilmәsi, digәr infeksiyalardan sonra) xәstәlik tәkrarәn yenidәn aktivlәşә bilir. Genital herpes xәstәliyini tam şәkildә müalicә etmәk mümkün olmur vә bu zaman müalicә yalnız xәstәliyin residiv vermәsi (tәkrarlanması) hallarının sayının, müddәtinin vә ağırlıq dәrәcәsinin azaldılması istiqamәtindә aparıla bilәr.
Bәzi hallarda xәstәlik mәrkәzi sinir sistemi vә gözlәri dә zәdәlәyә bilәr. Hamilә qadınlarda isә genital herpes
әksәr hallarda uşaqsalmaya, vaxtından qabaq doğuşa, bәzi hallarda isә uşaqda müxtәlif anomaliyalara da sәbәb
ola bilәr.
Xlamidioz
Hal­hazırda xlamidioz xәstәliyi cinsi yolla keçәn infeksiyalar arasında әn çox yayılmış infeksiya hesab edilir.
Xәstәliyә yoluxduqdan 1­4 gün sonra xәstәlәrdә selikli­irinli ifrazat, ağrılı sidik ifrazı, qarının aşağı hissәsindә,
beldә ağrılar, qadınlarda aybaşılar arası dövrdә qanaxmalar, kişilәrdә xayalıq vә aralıq nahiyәsindә ağrılar baş
verir. Әksәr qadınlarda vә kişilәrin bir hissәsindә xәstәliyin bütün bu әlamәtlәri ya çox zәif ifadә olunur, ya da
heç olmaya da bilir. Xlamidioz xәstәliyi müalicә olunmadığı hallarda, uşaqlıq boruları, uşaqlıq boynunun
iltihabı, hamilәlik vә doğuş patologiyaları, daxili orqanların (qara ciyәr, dalaq, periton ­ qarın boşluğu
divarlarını vә üzvlәrini örtәn qişa) müxtәlif xәstәliklәri, xaya artımlarının, prostat vәzi, sidik kisәsinin iltihabı,
kişilәrdә potensiyanın pozulması kimi patoloji hallara da sәbәb ola bilәr.
Trixomoniaz
Trixomoniaz ­ әksәr hallarda digәr cinsi yolla keçәn infeksiyalarla (CYKİ) birgә tәsadüf edilir. Xәstәlik әsasәn
cinsi yolla ötürülür. Mәişәtdә yoluxma yalnız tәk­tәk hallarda baş verir.
Xәstәliyin әlamәtlәri yoluxmadan 4­21 gün keçdikdәn sonra özünü büruzә verә bilәr. Bu zaman qadınlarda xeyli miqdarda ağ vә ya yaşıl­sarı rәngli, köpüklü, kәskin, pis­xoşagәlmәz iyli ifrazatın xaric olması qeyd oluna bilәr. Bu ifrazat isә öz növbәsindә, cinsi orqanlarda qaşınmaya, qıcıqlanmaya, hәmçinin sidik ifrazı zamanı ağrı vә yandırma hissiyyatının yaranmasına, cinsi әlaqә zamanı isә ağrılara da sәbәb ola bilәr. Aybaşı zamanı qadınlarda göstәrilәn bu әlamәtlәr arta da bilәrlәr. Kişilәrdә sidik ifrazı zamanı yandırma hissiyyatı, uretradan
(sidik kanalından) selikli­irinli ifrazatın olması baş verir. Ancaq bir çox hallarda xәstәlik açıq şәkildә ifadә olunmuş әlamәtlәr olmadan da keçә bilәr ki, bu da müalicә olunmadığı tәqdirdә son nәticәdә ciddi fәsadlara
sәbәb ola bilәr.
Trixomoniaz zamanı qadınlarda uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlığın daxili tәbәqәsi, uşaqlıq boruları vә yumurtalıqlar zәdәlәnmiş olur. Bәzi hallarda infeksiya periton qatının iltihabına da (peritonit) sәbәb ola bilir.
Kişilәrdә xәstәlik prostat vәzini, xaya vә xaya artımlarını, sidik yollarını zәdәlәyә bilir ki, bu da onlarda potensiyanın pozulması ilә dә nәticәlәnә bilәr. Xlamidioz kimi, trixomoniaz da bir çox hallarda sonsuzluğun
sәbәbi ola bilәr.
Kandidoz
Kandidoz xәstәliyini ­ Kandida nәslindәn olan maya göbәlәklәrinә bәnzәr mikroorqanizmlәri törәdirlәr. Az
miqdarda olmaqla, onlar әksәr adamların cinsi orqanlarında, bağırsaqda mövcud olaraq heç bir xәstәlik halına
sәbәb olmurlar.
Ancaq uzun müddәt әrzindә antibiotik preparatları qәbul etdikdә, şәkәrli diabetdә, hamilәlik vaxtı vә s. hallarda immunitetin zәiflәmәsi fonunda bu göbәlәklәrin sayının sürәtlә artması baş verә bilәr. Kandidozun inkişaf
etmәsinә dar vә sintetik paltarların geyilmәsi vә uşaqlıq yolunun müxtәlif tәrkibli mayelәrlә tez­tez püskürdülmәsi, şırınqa ilә yuyulması da sәbәb ola bilәr. Belәliklә, kandidoz әksәr hallarda cinsi әlaqәdә olmadan da әmәlә gәlә bilir. Ancaq bu xәstәlik cinsi yolla da ötürülә bilәr. Uşaqlar doğuş zamanı anadan,
hәmçinin sanitar­gigiyenik normaların pozulması nәticәsindә digәr hallarda da yoluxa bilәrlәr.

Kandidoz xәstәliyi ilә daha çox hallarda qadınlar xәstәlәnirlәr. Xәstәlik kliniki olaraq, uşaqlıq yolundan xeyli
miqdarda olan ağımtıl "kәsmiyә bәnzәr" ifrazatın, xarici cinsi üzvlәrin şişkinliyi, qaşınma, sidik ifrazı zamanı yandırma hissiyyatı kimi әlamәtlәrlә müşayiәt olunur. Әksәr hallarda isә xәstәlik ya gizli şәkildә, ya da çox az әlamәtlәrlә keçir. Kişilәrdә kandidoz xәstәliyi zamanı cinsiyyәt üzvü başının vә kәnar pülüyün iltihablaşması, cinsiyyәt üzvünün başının qızarması vә üzәrindә xarakterik kәsmiyә bәnzәr tәbәqәnin әmәlә gәlmәsi vә
uretradan (sidik kanalından) ifrazatın olması kimi kliniki әlamәtlәr baş verә bilәr. Kişilәrdә kandidoz xәstәliyi zamanı prostat vәzi, xayalar vә onun artımları, sidik kisәsi kimi orqanlar, qadınlarda isә daxili qadın cinsi
orqanları, sidik kisәsi vә böyrәklәr dә zәdәlәnә bilәr.
Papillomavirus infeksiyası
Xәstәlik insan papilloma virusu (İPV) tәrәfindәn törәdilir. Xәstәlik hәm cinsi yolla, hәmçinin hamilәlik vә
doğuş zamanı isә anadan uşağa keçә bilәr.
Xәstәliyin әlamәtlәri infeksiyaya yoluxduqdan 1­9 ay sonra (orta hesabla 3 ay әrzindә) özünü büruzә vermәya başlayır. Xarici cinsiyyәt üzvlәrindә, anal dәlik әtrafında, uşaqlıq yolu vә ya sidik kanalı daxilindә açıq qırmızı vә ya dәri rәngindә olan ziyillәr әmәlә gәlir. Onlar bәzi hallarda yastı şәkildә qalaraq az nәzәrә çarpa bilәrlәr.
Bәzәn isә onların sayı vә ölçülәri artaraq, tәdricәn gül kәlәminә vә ya xoruz pipiyinә bәnzәr şәkil ala bilәr.
Kandilomalar (ziyillәr) xәstә insanda zәdәlәnmә sahәsindә qaşınma, yandırma hissiyyatı, ifrazatın olması, bir qәdәr qanaxma, sidik ifrazı zamanı ağrı, cinsi әlaqә vә gәzinti zamanı narahatlıq kimi kliniki әlamәtlәrә sәbәb
olurlar.
Hәkimlәrin fikirinә görә, әksәr hallarda qadınlarda uşaqlıq boynunun xәrçәnginin vә kişilәrdә isә xәrçәng
xәstәliklәrinin bir hissәsinin sәbәbi dә insan papilloma virusunun (İPV) bәzi tiplәri hesab olunur.
Yadda saxlamaq lazımdır ki, bәdәnin aşağı hissәlәrindә olan ziyillәrin heç dә hamısı kandiloma olmasa da, belә törәmәlәr cinsi orqanlar vә onlara yaxın yerlәrdә yerlәşmiş olarlarsa, mütlәq hәkimә müraciәt etmәk lazımdır!
Kandilomaların heç bir halda özünüz tәrәfindәn xaric edilmәsinә cәhd etmәk olmaz!
Mikoplazmoz. Ureaplazmoz
Bu xәstәliklәr әsasәn cinsi yolla ötürülür. Bәzi hallarda isә qadınlar, xüsusilә qız uşaqları ümumi gigiyena әşyaları ilә dә yoluxa bilәrlәr. Xәstәliklә hәm kişilәr, hәm dә qadınlar eyni dәrәcәdә xәstәlәnirlәr. Kişilәr vә
hamilә qadınlar üçün bu xәstәlik daha tәhlükәli hesab edilir.
Mikoplazmoz vә ureaplazmoz xәstәliklәri yoluxmadan 3­5 gün sonra, özlәrini müәyyәn әlamәtlәrlә büruzә
verirlәr. Bu zaman xәstә qadınlar cinsi üzvlәr sahәsindә qaşınma vә diskomfortdan (narahatlıq), az miqdarda şәffaf ifrazat, ağrılı sidik ifrazından, qarının aşağı hissәsindә ağrılardan şikayәt edirlәr.
Xәstәlik müalicә olunmadığı tәqdirdә hәm qadınların, hәm dә kişilәrin cinsi üzvlәrindә iltihabi proseslәrin baş
vermәsi ilә nәticәlәnә bilәr. Kişilәrdә bu xәstәliklәr, hәmçinin spermatogenezin (spermanın hazırlanması) pozulması nәticәsindә sonsuzluğa da sәbәb ola bilәr.


Şərhlər: 2
Baxılıb: 2130
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
sizin 1205
Allah gostermesin
18 mart 2016 15:13
# 2
L
BARBI
Bu xestelikler cox insanlarla elaqede olan sexslerde bas verir. Ozumuzu qorumaq lazimdir. Xesteliklerin neticesi olumcul ola biler
18 mart 2016 09:19
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz