Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonsuzluq
Sonsuzluq
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 772
Səs ver:
Əsrlər boyu insanlar nəsil artırmaq məqsədi ilə ailə qurmuşlar. Ailədə varisin olmaması isə böyük bədbəxtlik kimi qəbul edilmişdir. Min illər boyu sonsuzluqda yalnız qadını günahlandıraraq cəzalandırmışlar. halbuki, hələ Aristotelin dövründə xəstə, əyyaş, "üzülmüş’” kişilərin uşaq törətmə qabiliyyətindən məhrum olduqları məlum idi. Əfsuslar olsun ki, indi də çoxları sonsuzluqda günahı yalnız qadında görürlər. Müasir məlumatlara görə sonsuz nigahda ərin və arvadın hər birinin payı təqribən 40-45% təşkil edir. Qalan 10-15%-i onların hər ikisinin vəziyyəti və xəstəliyi nəticəsində olur.

Hansı nikah sonsuz hesab olunur nə buna tez-tez mi təsadüf edilir?
Statistikaya görə hazırda bütün nikahların 15%-ni sonsuzlar təşkil edir. Evləndikdən sonra hamiləliyə qarşı vasitə tətbiq etmədən iki illik birgə ailə həyatı müddətində hamiləlik baş vermirsə, bu nəticəsiz nikah hesab olunur. Belə hallarda ər və arvada sahə qadın məsləhətxanasına müraciət etmək məsləhət görülür. Orada qadın lazımi müayinədən keçər və onun ərinə də müvafiq müayinədən keçmək üçün məsləhət verərlər. Onların hər ikisinin müayinə olunmasının çox böyük əhəmiyyəti vardır.

Əfsuslar olsun ki, sonsuzluğu müəyyənləşdirən və müalicəsi ilə məşğul olan həkimlər özlərini tamamilə sağlam sayıb müayinədən ciddi surətdə boyun qaçıran ərlərin müqaviməti ilə qarşılaşırlar. Bu zaman onlar özlərinin cinsi əlaqəyə yüksək dərəcədə qabil olmalarını və bəzən undan əvvəlki nikahda arvadının hamiləliyini bir dəlil kimi göstərirlər. Əlbəttə, bu dəlillər onların bu məsələdə sadəlövhlüklərini göstərir, çünki seksopatoloqlara cinsi əlaqə qabiliyyəti yüksək olan kişilərdə tam sterillik olması, əksinə, cinsi zəifliyi olanların isə ata olma faktları məlumdur. Buna görə də yalnız ər-arvadın hər ikisinin müayinəsi onlardan hansının həqiqətən sonsuzluqda günahkar olduğunu aşkar edər. Sonsuz ailə cütlərinin müayinəsi bəzi hallarda daha
tez də aparıla bilər: əkər onlardan biri başqa sonsuz nikahda olubsa, onlardan birinin yaşı 30-u keçibsə. onlardan birində xarici cinsiyyət üzvlərində aydın, görünən qeyri-normallıq varsa, qadında, birinci aybaşı 16 yaşından sonra baş veribsə və ya aybaşı sonralar da qeyri-müntəzəm olubsa, kişidə aspermatizm (cinsi əlaqədə sperma ifraz olunmur) aşkar olubsa.

Ər-arvad münasibətinin və ailə mikroiqliminin nikahda ümumiyyətlə sonsuzluqda xüsusilə mühüm əhəmiyyəti var. Sonsuzluğun əmələ gəlməsində sinir-psixi amilin bir səbəb kimi rol oynamasının mütəxəssislərin əksəriyyəti qeyd edirlər. Bununla əlaqədar uşaqsız ailələrdə münasibətlərin xarakteri üzərində psixoloqların müşahidə aparmasının böyük əhəmiyyəti var. Əkər müayinədə hamiləliyin baş verməməsində onların hər ikisinin cavabdehliyin aydın olursa, bu məlumat ər-arvad arasında münasibətlərin dirçəlməsinə səbəb olur, onlar bir-birinə, qayğı və diqqət göstərirlər, bu, da onların müalicə olunma ehtimalını artırır. Adətən qadınlar bu məsələdə kişilərə nisbətən daha mərhəmətli, daha hövsələli olub, ərlərindəki çatışmazlığa qarşı mənfi münasibət bəsləmir, onları müalicəyə sövq etməyə çalışırlar. Qadınların sonsuzluğuna qarşı kişilərdə münasibət isə tamamilə əksinə olur (çox vaxt ailənin dağılması, qohumların qadına qarşı aqresiv münasibətləri və s). Bu vəziyyət onsuz da öz taleyindən əzab çəkən qadın daha da ağır vəziyyətə salır. Bütün bunlar-kifayət deyilmiş kimi, özünü doğrultmağa çalışan kişi arvadının vəziyyəti haqqında bütün qohum və tanışlara da məlumat verir.


Şərhlər:
Baxılıb: 772
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz