Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonsuzluğa səbəb olan “polikistoz yumurtalıqlar sindromu”
Sonsuzluğa səbəb olan “polikistoz yumurtalıqlar sindromu”
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1298
Səs ver:
Sonsuzluğa səbəb olan ən çox yayılmış xəstəliklərdən biri də hormonal fonun dəyişilməsi nəticəsində yaranan "polikistoz yumurtalıqlar sindromu” adlanır.

Bu xəstəlik zamanı yumurta hüceyrəsinin ovulyasiyası, yəni yumurtalıqdan çıxması baş vermir.

Polikistoz yumurtalıqlar sindromu ilə əlaqədar olan sonsuzluğun müalicəsi üçün qadına hormonal dərman preparatları təyin edilir. Bu zaman ilk növbədə, yumurta hüceyrəsinin yetişməsini tam şəkildə "dayandıran” hormonal dərman preparatlarından istifadə edilir. Bu preparatın qəbulunu dayandırdıqdan sonra, "istirahət etmiş” yumurtalıq tam gücü ilə işləməyə başlayır və nəticədə yumurta hüceyrəsi tam yetişir, ovulyasiya olunur və hamiləliyin baş verməsi mümkün olur.

Bu ilkin müalicə kursu kömək etmədiyi halda, həkim tərəfindən yumurta hüceyrələrinin yetişməsini və ovulyasiyanı stimullaşdıran hormonal dərman preparatları təyin edilir. Yumurta hüceyrələrinin yetişməsi prosesinə isə həkim USM-nin köməkliyi ilə (follikulometriya) nəzarət edir. Əksər hallarda bir və ya bir neçə belə stimulyasiya kursundan sonra qadında ovulyasiya prosesi bərpa olunduğu üçün arzu olunan hamiləlik də baş verə bilər. Əfsuslar olsun ki, bu heç də hər zaman belə olmur. Məsələ ondan ibarətdir ki, polikistoz zamanı yumurtalığın xarici qişası xeyli dərəcədə qalınlaşmış olur (daxildən yüzlərlə sayda yetişməyən və kiçik kistalara çevrilmiş yumurta hüceyrələrinin ona birləşməsi nəticəsində). Məhz buna görə xəstəlik polikistoz adlandırılır ("poli” -- çox, "kista” – kistalar). Bu halda, stimulyasiya nəticəsində tam şəkildə yetişmiş yumurta hüceyrəsi yumurtalığın xeyli qalınlaşmış qişasını yararaq xaricə çıxa bilmir.

Belə halda həkimlər cərrahi müdaxiləyə əl atırlar. Əməliyyat zamanı yumurtalığın xarici təbəqəsinin (qişasının) bir hissəsi ya cərrahi yolla xaric edilir, ya da elektrokoaqulyasiya edilir (elektrik cərəyanı köməyi ilə yumurtalıq qişasının bir hissəsi yandırılır). Hazırda bu əməliyyatlar zamanı laparoskopiya üsulundan geniş istifadə olunur. Laparoskopik əməliyyatın aparılması üçün lazım olan tibbi alətlər qarın boşluğuna qarının ön divarından kiçik kəsiklər (1 sm.) aparılması yolu ilə daxil edilirlər. Bu cərrahi əməliyyatdan sonra yumurtalığın xarici qişası bir qədər nazilmiş olur ki, bu zaman yetişmiş yumurta hüceyrəsi onu yararaq yumurtalıqdan xaricə çıxa bilir. Əgər qadının cinsi orqanlarında digər patoloji hallar yoxdursa (uşaqlıq sağlamdırsa, uşaqlıq borularının keçiriciliyi pozulmamışdırsa və s.), bu halda hamiləlik baş tuta bilər. Əlbəttə ki, cərrahi müdaxilə də 100% müsbət nəticə verməyə bilər. Ancaq onun effektivliyi, yalnız hormonal stimulyasiya üsulu ilə müalicə aparıldığı haldan xeyli dərəcədə artıq olur. Əfsuslar olsun ki, cərrahi yolla yumurtalıqlarda aparılan müalicə qısa bir müddət ərzində (bir ilə yaxın) müsbət nəticələr verir. Bundan sonra əməliyyat olunmuş yumurtalığın xarici qişası yenidən qalınlaşır. Ancaq əksər hallarda bu müddət hamiləliyin baş verməsi üçün yetərli olur. Bəzi qadınlarda isə doğuşdan sonra hormonal tarazlıq normallaşır.


Şərhlər:
Baxılıb: 1298
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz