Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərdə cinsi zəifliyi, qadınlarda sonsuzluğu aradan qaldıran meyvə
Kişilərdə cinsi zəifliyi, qadınlarda sonsuzluğu aradan qaldıran meyvə
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1060
Səs ver:
Müşahidələrdən belə qənaətə gəlmək olar ki, orqanizm üçün möcüzəvi faydaları olan avokadodan Azərbaycanda çox az istifadə edilir. Yəqin ki, bunun səbəblərindən biri bu meyvə haqqında bilgilərin az olmasıdır.

Dietoloqlar avokado meyvəsini ən yaxşı pəhriz qidası kimi qiymətləndiriblər. Bu meyvəni digər qida məhsullarından fərqləndirən başlıca səbəb onun tərkibində şəkər və karbohidratların yox dərəcəsində olmasıdır.

Avokado A, C, E, K, B qrup vitaminlərlə, fol turşusu ilə, natrium, kalsium, dəmir, mis, maqneziumla zəngindir. Bu meyvənin tərkibində kaliumun miqdarı daha çoxdur. Hətta bananın tərkibində olan kaliumdan da.

Öz zəngin tərkibi ilə avokado bir çox xəstəliklərin müalicə və profilaktikası üçün olduqca qiymətli məhsuldur.

Ürək və damar xəstəlikləri üçün avokadonu təbii dərman saymaq olar. Onun tərkibində olan fol turşusu orqanizmdən хоlеsterinin miqdarının aşağı düşməsinə kömək edir. Böyük miqdarda kalium isə arterial təzyiqin azalmasına yardımçı olur. Həmçinin bu meyvə damarları möhkəmləndirir.

Sellüloza ilə zəngin olduğundan avokado ilə qəbzlik problemini asanlıqla həll etmək mümkündür.

Mütəxəssislər xərçəng xəstəliklərinin profilaktikası üçün bu meyvədən müntəzəm istifadə etməyi tövsiyə edirlər.

Avokado dərini gözəlləşdirir, gümrahlaşdırır, vaxtsız qırışların qarşısını alır, onu kənar təsirlərdən qoruyur.

Xalq təbabətində avokado meyvəsindən qadınlarda sonsuzluq, kişilərdə cinsi zəiflik zamanı geniş tətbiq olunur. O cinsi həvəsi artırır, intim həyatda olan problemləri həll edir.

Artıq çəkidən, piylənmədən qurtulmaq üçün avokado pəhrizi effektli nəticə verir. 3 günlük pəhriz zamanı asanlıqla 2 kiloqrama qədər çəki atmaq olar. Pəhriz aşağıdakı qaydada olmalıdır:

1. Səhər yeməyi
Avokado meyvəsinin yarısı və 100 qram yağsız kəsmik

2. Günorta yeməyi
Avokado meyvəsinin yarısı xırda döğralınaraq bir ədəd qaynadılmış yumurta ilə qarışdırılır, zövqə uyğun xiyar və ya soğanla yeyilir.

3. Axşam yeməyi
Eyni miqdarda meyvə 100-150 qram qaynadılmış mal əti, yaxud toyuq əti ilə yeyilir.

Bu pəhrizi 3 gündən artıq davam etdirmək olmaz. Arzulanan nəticəni əldə etmək üçün 3 gün yetərlidir.

Avokado meyvəsindən kosmetologiyada da geniş istifadə olunur. Saçların tökülməsi, dəridə ləkələrin yaranması, dırnaq problemlərini aradan qaldırmaq üçün bu meyvədən alınan yağ olduqca müsbət nəticələr verir.

Allergiyaya meylli olanlar avokado meyvəsindən məhdudiyyətlə istifadə etməlidirlər.


Şərhlər:
Baxılıb: 1060
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz