Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süni mayalanmanın müalicəsinin aparılmasından əvvəl
Süni mayalanmanın müalicəsinin aparılmasından əvvəl
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 963
Səs ver:
Hansı testlər aparılır?
Süni mayalanmanın həyata keçirilməsindən əvvəl  qadınların hormonal vəziyyətini göstərən  və beləliklə  süni mayalanma müalicəsinin başlanmasında çox mühüm məlumatlar verəcək olan hormonal analizlərin aparılma vacibdir.  Bundan sonra bəlkə də ana bətninin daxilinin  düzgünlüyünü, uşaqlıq yolunda keçidin olub-olmadığını və ya onların vəziyyətini göstərən  məlumatlar əldə edilərək müalicə aparıla bilər.
Kişilər üçün  isə spermioqram adı verilən  müayinə zamanı  spermaların sayı, canlı olub-olmamaları,  hərəkətliliyi və strukturları ilə bağlı məlumatlar əldə etmək mümkündür. Bundan başqa  həm kişi  həm də qadın üçün  selolojik yəni qan alınması  yolu ilə həyata keçiriləcək testlər ilə  xəstəlik haqqında məlumat əldə etmək mümkündür. Beləliklə bu testlərdən keçən xəstələr  süni mayalanmanın müalicəsi üçün dərmandan istifadə mərhələsinə keçə bilər.
Süni mayalanmanın müalicəsi əsnasında hansı dərmanlar istifadə edilir?
Süni mayalanma zamanı istifadə edilən dərmanlar, kloro topinlər adlanan  və beynimizdə ifraz olunan  hormonları müşayiət edən  dərmanlar formasındadır.  Bu dərmanların  əsas xüsusiyyəti yumurtalıqlar üzərində göstərdikləri təsir ilə   daha çox folikulun formalaşmasına gətirib çıxartmaq və süni mayalanmada istifadə ediləcək yumurta şansını artırmaqdır.  Bu məqsədlə istifadə edilən kloro topinlərin tətbiqi forması ümumilikdə inyeksiya şəklindədir.
Süni mayalanma zamanı istifadə edilən digər dərman preparatı  isə beynimizdə ifraz olunan hormonlara təsir vasitəsi ilə və bu formada da hormonların  müalicə müddətinə təsir göstərməməsi məqsədi ilə istifadə edilən hipofiz vəzisi adonisləridir. Bu dərmanlar nəzarətin  beyindən deyil  tətbiq edən  şəxsin əlində olduğunu təmin etmək məqsədi ilə istifadə edilir. İstifadə edilən dərmanlardan sonra   süni mayalanma prosesi həyata keçirilir.
Süni mayalanma müalicəsinin müddəti
Süni mayalanmada müalicənin müddəti xəstəyə müalicənin başlanılması üçün qərar qəbul etməsi və hansı protokolun tətbiq olunacağının müəyyən olunması ilə başlayır. Bu mərhələdə müəyyən olunacaq  protokola görə  vaxt dəyişə bilər. əvvəlcə aktiv müalicə müddəti dediyimiz aybaşının2-ci və yaxud 3-cü günü başlayan aktiv müalicədən əvvəl başlayan  protokollarda 10 gün əvvəl tətbiq edilən  ultrasəs dəyərləndirmədə aparılan  müalicəyə hər hansı bir  maneə törədəcək vəziyyətin  müəyyən olunmaması zamanı müalicəyə başlayır və aktiv müalicə müddətinə qədər vurulan iynələrlə davam etdirilir.
Bundan sonra   aktiv müalicə müddətində təqribən 8-12 gün ərzində  tətbiq edilən donato tropin adlanan və yumurtalıqlara təsir edən  iynələr vasitəsi ilə bu proses davam etdirilir, Bu zaman  ərzində yumurtanın böyüməsi müşahidə olunur və istənilən  şəkildə böyüdükdən sonra yumurtanın birləşdirilməsi   planlaşdırılır. Planlaşdırılan yumurtanın birləşdirilməsindən sonra  həmin gün laboratoriya şəraitində qarşı tərəfdən götürülən spermalar ilə yumurtaların birləşdirilməsi həyata keçirilir və ertəsi gün döllənib-döllənmədiyi yoxlanılır. Döllənən yumurtalar  embrion adlanır. Onlar laboratoriya şəraitində saf-çürük edilərək ən sağlam olanları seçilir və köçürülmə metodu deyilən metod ilə ana bətninə yerləşdirilir. Bu mərhələdən  sonra 10-12 gün hamiləlik testinə qədər  heç bir proses həyata keçirilmir.
Dərmansız Süni Mayalanma
Adından da məlum olduğu kimi minimum dozada və yaxud heç bir dərman preparatından istifadə olunmadan da həyata keçirilir. Süni mayalanma zamanı istifadə edilən dərmanların  həm xəstədə yaradacağı mənfi təsirləri ortadan qaldıracaq həm də bahalı dərman preparatlarından uzaq  bir metod olacaqdır. Təbii   müalicə dediyimiz və heç bir dərman preparatından istifadə etmədən və yaxud cüzi şəkildə istifadə edilən (zəruri hallarda) bu metoddan ilk öncə yumurtalıqlarında problem olan xəstələrə tətbiq edilmişdir. Dərmansız süni mayalanmanın müalicəsi zamanı əsas metod belədir: Analığa namizəd  olan qadında  yumurtanı normal   inkişafı gözlənilir və müəyyən müddətdən sonra  yumurtalar toplanır və  sonrakı həftə ərzində  laboratoriya şəraitində bütün zəruri əməliyyatlar aparılır. Normal müalicə metodunda yumurtalar, xəstəyə verilən dərmanlar ilə xəstənin bədənində  böyüdülür, lakin  dərmansız süni mayalanma müalicəsi alan  hər xəstəyə tətbiq edilmir. Polikistik over sindromu aşkar edilən  xəstələr müalicə zamanı  istifadə edilən hormon  dərmanlarına qarşı həddindən artıq həssasdır və dərmanların  dozası təhlükə törədə bilər. Polikistik over sindromu aşkar edilən  xəstələrə müalicə zamanı  ya çox az sayda yada heç bir sayda bu dərmanlar verilmir.
Bu Metodda Əldə Edilən Uğurlar Hansılardır?
Dərmansız  süni mayalanmanın müalicəsinin normal müalicəyə görə tək faydası  dərman preparatlarından imtina etmək və yaxud cüzi şəkildə istifadə etməkdir.  Bir çox müşahidələr dərmansız süni mayalanma müalicəsinin  dərman vasitəsi ilə həyata keçirilən müalicədən daha keyfiyyətsiz və uğursuz olması fikrini ortaya atmışdır. Günümüzdə gedən inkişaf proseslərinə nəzər salsaq  yumurtalıqları xarab olmuş və yaxud yumurta sayı qədərindən  dərmansız süni mayalanma  müalicəsində yüksək nailiyyətə imza atılacağına inanılır.
Süni Mayalanma Və Siqaret
Süni mayalanmanın müalicəsindən əvvəl , müalicə sırasında və yaxud ondan sonra belə siqaret istifadəsi hamiləliyə necə təsir edir? Məlum olduğu kimi müdafiə olunmadan və  müəyyən bir  müddət  ərzində cinsi əlaqədə olub  uşaq sahibi olmayan cütlüklər  süni mayalanma müalicəsi üçün müraciət edirlər. Aparılan tədqiqatlara  görə cütlüklər üzərində aparılan müşahidələr zamanı  sonsuzluq hallarının 55%,  kişilərdə isə  45% olduğu müşahidə olunmuşdur. Kişilərdə isə ən böyük sonsuzluq faktlarından biri siqaretdir. Siqaretin  ən geniş zərərlərindən biri spermaların  və yaxud yumurtaların böyük nisbətdə zəifləməsi ilə müşahidə olunur.
Süni mayalanma müalicəsindən əvvəl  həyata keçiriləcək ilk iş əgər istifadə edirsinizsə  o zaman siqaretdən imtina  etməli olacaqsınız. Təbii ki,  siqaretə düşkün olanlar  üçün bu bir qədər vaxt alacaq  və çətin olacaqdır, lakin ana-ata olmaq  üçün  bunu etməlisizin. Qeyd etdiyimiz kimi siqaret qadınlarda yumurtalıqları zəiflədir və yumurta  keyfiyyətinə ciddi şəkildə mənfi təsir edir. Süni mayalanma müalicəsində ən keyfiyyətli  ünsürlərdən biri keyfiyyətli  yumurtalıq ehtiyatıdır. Bundan başqa  siqaret kişilərdə spermanın inkişafını zəiflədir və spermanın keyfiyyəti  müalicə zamanı əsas amillərdən biridir. Həmçinin müalicə zamanı  yumurtanın inkişafı, yumurtanın tərpədilməsi, döllənmə və embrionların inkişafına təsir etdiyi də müşahidə olunmuşdur. Bundan başqa hamiləlik həyata keçsə belə uşağın səhhətinə ciddi ziyan vura bilər.
Siqaret Çəkilən Evlərdə Uşaqların Qəflətən Ölümü  Siqaret Çəkilməyən Evlərə Nisbətən  Daha Yüksək Olduğu Elmi Statistikaya Əsasən Sübut Edilmişdir.
Süni mayalanmanın müalicəsinə qərar verdiyiniz zaman bunu unutmayın ki siqaret  çəkməyən cütlüklər siqaret çəkən cütlüklərlə müqayisədə onlarda uşaq sahibi olmaq şansı daha çoxdur. Hamilə qalmaq şansı  yaransa da  uşaq salmaq riskini artırır  və vaxtından əvvəl uşaq salma kimi hallara səbəb olur. Uzun müddət siqaret çəkən qadınlarda daimi yumurtalıq  zədələri meydana gəlir, lakin  müalicəyə başlamazdan əvvəl bir müddətlik siqaretdən  imtina etməsi hamiləlik şansını artıracaqdır.
Bunun Üçün Nə Etmək Lazımdır?
Süni mayalanmanın müalicəsinə başlamadan əvvəl ən azı 3 ay əvvəlcədən  siqaretdən imtina etməniz məsləhət edilir. Bu həm kişi həm də qadınlara şamil edilir.  Sadəcə siqaretdən imtina etməklə kifayətlənməyib siqaret çəkilən yerlərdən də uzaq olmağa çalışın, çünki siqaret dumanı belə sizə zərər verə bilər.  Keyfiyyətli bir süni mayalanma müalicəsi və sağlam bir hamiləlik dövrü keçirtmək və uşağın sağlamlığı üçün  siqaretdən imtina etmək lazımdır. Siqaretdən imtina etmək müalicə müddətində deyil ondan daha əvvəl həyata keçirilməli və müalicədən sonra belə evinizdə siqaret çəkilməməlidir, çünki siqaret çəkilən evlərdə böyüyən uşaqlarda vaxtından əvvəl ürək damar   xəstəlikləri yaranır. Əgər siqaretdən imtina etməkdə çətinlik çəkirsinizsə bu zaman mütəxəssisə müraciət edin və yaxud siqaretdən imtina xəttindən kömək istəyə bilərsiniz.


Şərhlər:
Baxılıb: 963
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz