Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süni mayalanma mərkəzi seçimi
Süni mayalanma mərkəzi seçimi
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1040
Səs ver:

 

Süni mayalanma mərkəzini seçərkən cütlüklərin diqqət etməsi zəruri olan bir neçə  amillər mövcuddur. Ümumilikdə  süni mayalanma  mərkəzini, əgər ətrafımızda daha əvvəl müalicə  alan bir nəfər varsa onun məsləhətinə əsasən seçin. Bu demək olar ki etibarlı  metoddur, daha əvvəl   də müalicə olan cütlüklərin  təcrübələri mütləq sizin fikir sahibi olmanıza kömək edəcəkdir. Lakin təəssüflər olsun ki hər kəsin ətrafında süni mayalanma təcrübəsinə malik olmayanlar ola bilər və buna görə də siz özünüz süni mayalanma mərkəzi seçməli olacaqsınız. Süni mayalanma müalicəsi sağlamlığınıza birbaşa təsir edən məsələdir və seçiminizdə həssas olmanız, dərhal qərar qəbul edə bilməməyiniz ən yaxşı metoddur. Bəs  süni mayalanma mərkəzini seçərkən nələrə diqqət etmək lazımdır?

MÜVƏFFƏQİYYƏT DƏRƏCƏSİ

Süni mayalanma müalicəsi zamanı müvəffəqiyyət dərəcəsi  doğulan uşaqlarla ölçülür. Seçim edən  insanlarda mütləq bu dərəcəsi nəzərə alacaqdır; lakin  bir çox süni mayalanma mərkəzi bu dərəcəsi də aldadıcı ola bilər. Bunun səbəbi  müvəffəqiyyət dərəcəsinin yüksək səviyyədə qalaraq  inam hissini yaratması üçün hamiləlik şansı  daha az olan və   sonrakı yaş mərhələsində olan xəstələrin bundan imtina etməsidir. Bu da əslində etik olmayan davranışdır. Burda sadəcə süni mayalanma mərkəzinin uğurları diqqətə alınır, müalicəyə gələn cütlüyün hissləri, sarsılan cəsarətləri düşünülmür və ana-ata olmaq şansı varsa belə bu şans onların əlindən alınır. Lakin müəyyən yaşlarda olan xəstələri müalicə edən mərkəzlərin  müvəffəqiyyət nisbəti 70%-dir ki bu da düzgün dərəcəsi deyildir. Lakin mərkəz hər yaşda olan xəstələri qəbul edirsə əgər bu dərəcəsinin səviyyəsi 20% olsa da  bu həmin mərkəz üçün yaxşı dərəcə  hesab olunur..

DÜZGÜN HƏKİMİN SEÇİLMƏSİ

Müalicə  müddətini təyin edən, protokolu hazırlayan həkim spesifikasiyası çox vacibdir. Birincisi uğurlu bir müalicənin açarı düzgün diaqnoz qoymaq və yaxşı ünsiyyətdən başlayır. Sizi müalicə edən həkimin güclü bir mütəxəssis heyətinə sahib olması əsas məsələlərdən biridir. Aktual həyatımızda internetdə kiçik bir tədqiqat apararaq həkiminiz haqqında mütləq lazımi məlumatlar əldə edə bilər və  bu məlumatlara əsasən seçim edə bilərsiniz. Sonsuzluq ilə bağlı olaraq süni mayalanma mərkəzinə  müraciət edə bilərsiniz, lakin  bu sizin süni mayalanma müalicəsi alacağınız demək deyildir, daha asan metodlarla  müalicəsi mümkün olan sonsuzluq problemi yaşaya bilərsiniz, buna görə düzgün həkim seçimi burada mühüm rol oynayır.

TEXNOLOJI AVADANLIQLAR VƏ  METODLAR

Süni mayalanmanın müalicəsi bahalı bir metoddur və süni mayalanma  mərkəzi lazımı avadanlığa malik deyilsə onun müvəffəqiyyət dərəcəsi azalacaq və müştərini itirəcəkdir. Ümumi olaraq nəzər yetirdikdə Türkiyədəki orta süni mayalanma mərkəzi Avropa və Amerikaya nəzərən  eyni dərəcəsidə texnoloji avadanlığa sahibdir. Seçim edərkən diqqət ediləcək amil burada istifadə edilən metodlardır. Mikro inyeksiya sayəsində hamiləlikdə  müvəffəqiyyət dərəcəsi çoxalmış,  lakin birdən çox hamiləlik dərəcəsində artım sayı ilə nəzərə çarpmaqdadır. Süni mayalanma mərkəzinin  birdən çox hamiləlik dərəcəsi çoxdursa ölkəmizin qanunlarına əsasən məhdudlaşdırılan  köçürüləcək embrionların sayına uyğun olmadığını göstərir. Birdən çox hamiləlik bir çox məqaləmdə də qeyd etdiyim kimi həm ana həm də  uşaqların sağlamlığı üçün  son dərəcə təhlükəli vəziyyət hesab olunur.

RƏYLƏR

Süni mayalanma mərkəzini seçərkən yaxşı  olardı ki daha əvvəllər bu istiqamətdə müalicə alan insanlarla əlaqə saxlayın. Burada xəstələrin yaşı, neçə dəfə bu metoda müraciət etdiyi və əldə edilən nəticələr haqqında məlumat əldə etməyiniz çox vacibdir. Yuxarıda da qeyd etdiyim kimi süni mayalanmanın  müalicəsi səhhətinizə birbaşa təsir göstərəcəkdir. Süni mayalanma mərkəzini seçərkən diqqət edəcəyiniz məsələ müalicə maliyyəti olmamalıdır. Qısacası müalicə olunacağınız mərkəzi seçərkən bu meyarları diqqətə almağınız sizin  müvəffəqiyyətli ola bilmək şansınızı artıracaq və həm də müalicə zamanı  daxilən rahat olmağınıza səbəb olacaqdır.

 



Şərhlər:
Baxılıb: 1040
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz