Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süni mayalanma qorxusu
Süni mayalanma qorxusu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 964
Səs ver:
CÜTLÜKLƏR IVF MÜALİCƏSİNDƏN NİYƏ QORXURLAR?
Süni mayalanma müalicəsinin  sonsuzluğun müalicəsinə təsir göstərən metod kimi qəbul edilsə də bir çox cütlük hələ də  bu mövzuda  narahatlıq və şübhə içindədirlər. Bəzi cütlüklər süni mayalanma ilə yaranan hamiləliklərin çox asan təsir altına düşmək və itirmək narahatlığı keçirtdiyi, hətta təhsil səviyyəsi aşağı olan cütlüklərdə uşağın 9 ay ərzində  mayalanma daxilində böyüdüyünü düşünənlər belə vardır. Lakin süni mayalanma ilə doğulan uşaqlarda aparılan  müşahidələr anomaliya və yaxud  digər vasitələrlə doğulan uşaqlardan fərqli olmadığın göstərir. Bir çox süni mayalanma müalicəsinə ehtiyac hiss edən  cütlük bunun yenə də normaldan çox olduğunu düşünür və adətən süni mayalanam metodu ilə doğulan uşaqların  xəstə doğulacağını düşünürlər. Xüsusən də müalicə ilə bağlı istiqamətləndirici olan yaşlı ana-ata cütlüklərə təsir edərək müalicə üçün müraciətlərə səbəb olur.
Cütlüklərin süni mayalanma müalicələri mövzusunda  qorxduqları bir digər mövzu istifadə edilən  dərmanlarla bağlıdır.  Istifadə edilən hormon dərmanlarının  müxtəlif əks təsirlərə yol açacağını və  yumurtalıqları qısa vaxt ərzində məhv edəcəyi kim yanlış düşüncələr çox geniş yayılmışdır. Əslində bu hormon dərmanlarının  istifadəsi ilə bağlı aparılan  tədqiatalarda  bu qorxu hissinin  yersiz olduğu müəyyən edilmişdir. Onsuzda bu hormon dərmanlarının  tərkibindəki hormonlar bədənə məxsus hormonlardır və onların bənzəridir. Sadəcə müalicə zamanı daha yüksək miqdarda hormon inyektə edilmişdir. Hormon istifadəsi ilə  kökəlmək qorxusu və  yumurtalığın xərçəng ola biləcəyi riskinin artacağı mövzusundakı qorxu və narahatlıqların  yersiz olduğu sübut edilmişdir.
Süni mayalanma ilə bağlı  cütlüklərin əslində ən çox narahat olduqları şey müalicədən sonra nəticə əldə edə bilməyəcəkləridir. Son çarə kimi süni mayalanma müalicəsinə müsbət cavab olmayınca ümidsizliyə qapılmaq  qorxusu cütlüklərin zaman-zaman  bu metoda müraciət etmək məsələsində müqavimət göstərmələrinə səbəb olur. Əslində bu  məsələ ilə əlaqədar olaraq göstəriləcək cəsarət sayəsində nə qədər gənc olsa müalicə nəticəsindəki şansda bir  o qədərdə böyükdür. Daha asan lakin  nəticə verməyəcək  müalicə metodları  illərin  boşuna getməsinə gətirib çıxaracaq. Süni mayalanma  müalicəsinin nisbətən  bahalı bir metod olması  bu uğursuz vəziyyətdə  maddi qayğıları da artıracağı üçün  bu da cültüklərin bir digər qorxusu kimi özünü büruzə verməkdədir. Bu  istiqamətdə  xüsusən də bəzi ginekoloqların bu kursu 3-4 dəfədən çox olaraq  tətbiq  etmələri  qısa müddətdə nəticə gözləyən cütlüklərin öz mənbələrinin bitməsinə və sonda  əldə ediləcək hədəfə  çatdıqda   artıq onu nəticələndirəcək maddi vəziyyətin qalmadığını və uğursuzluqdan bezmiş cütlüklərin   pərişanlığına səbəb olur.
Cütlüklərin bir-birinə qarşı hiss etdikləri məsuliyyəti üzrə süni mayalanma müalicəsinin əvvəlində ciddi qorxunun yaranmasına gətirib çıxarır.  Nəticə əldə edilmədikdə ailə və ailə münasibətlərinin davam etdirilməsi  üçün  hər hansı bir səbəbin olmadığı , ailələrin də məsələyə müdaxilə etməsi ilə ailə münasibətlərinin başa çatacağı qorxusunu cütlüklərə öz təsirini göstərir. Nə olur olsun bunu unutmayın ki yumurta və sperma olduğu müddətdə süni mayalanma sayəsində həmişə ümid vardır və buna inanmaq, müalicədən müsbət nəticə əldə etmək əsas faktlardandır.
Süni mayalanma; nə vaxt, harada və yenilikləri nələrdir?
Süni mayalanma

Uşaq sahibi olmaq xəyalı həyatımızda ən çox arzu etdiyimiz istəklərdən biridir. Mayalanma ilə var olan bəşəriyyət üçün bu məsələ  ilə bağlı qarşılaşdığı həyatın çətinliklərinin insanın həyatına təsir etməsi ən əsas maneə sayılır. Məhz buna görə də  süni mayalanma müalicəsinin və süni mayalanma metodunun  bu qədər  vacib və geniş yayılmış bir metod olduğuna təəccüb etmək lazım deyil. Evləndikdən sonra  uşaq sahibi olmaq istəyi ilə cütlüklər bir an əvvəl  bu arzularına çatmaq istəyir və bununla bağlı hər hansı bir problemlə qarşılaşdıqda tələsik qərarlar verdikləri üçün bu arzularına çata bilmirlər. Məhz buna görə də səlahiyyətli mütəxəssislər  bel cütlüklər düzgün yol göstərməlidirlər. Nə zaman?
Heç bir rahatsızlığı olmayan  35 yaşınadək cütlüklərdə  ən azı bir ilə 35 yaş üzərində olan cütlüklərdə 6 aya qədər  təbii yolla uşaq sahibi olmağı gözləmək uyğundur.
Hamilə qalmaqda çətinlik yaşandığı zaman  süni mayalanma ilk seçim olaraq  müalicə olunmamaqla birlikdə  çarənin  süni mayalanam olduğunu unutmamalı  və  tez  bir zamanda tətbiq edilməlidir.
Xüsusilə də sonrakı yaş mərhələsində yumurtalıq ehtiyatının hər ay azaldığını, 35 yaş üzərində hamiləliklərdə genetik problemlərlə bağlı hamilə qalmaq kimi problemlərin ortaya çıxacağını unutmayın və nəticə əldə etmək şansı aşağı olan müalicələr ilə əlavə vaxt itirməməyə çalışın.
Hamilə olmaqda psixoloji təsir və stressin  də təsirini düzgün analiz etməli və bununla bağlı  uyğun müalicə aparılmalıdır. Bəzən stressin azaldılmasının başlı-başına  bir müalicə metodu olduğunu unutmayın. Bütün qapılar suni mayalanma müalicəsinə apardığı halda haradasa   bu müalicəyə başlamaq  əsas faktlardan biridir. Süni mayalanmada əldə edilən uğurlar ən yaxşı şərtlər daxilində 50-60% nisbətindədir.   Halbuki maddi və mənfi olaraq böyük bir  sərmayə tələb edən süni mayalanma da  uğursuz bir siklus müalicəsinə ümid edən  cütlükləri dərindən  yaralayır və müalicə olunmaq istəyi və əzmini qıraraq  müalicədən uzaqlaşdırmaqdadır. Əlbəttə ki,  hər süni mayalanma  müalicəsi uğurla başa çata bilməz, lakin burdakı ən əsas tətbiq edilən müalicə zamanı həyata keçirilən xoş ünsiyyət ilə cütlüklərin  onların bir-birinə uyğun cütlük olduqlarına inandırmaq cəhdləri çox vacibdir.
Süni mayalanma  müalicəsi apardığınız mərkəzdə  həkiminiz ilə  yaxşı dialoqda olmalı, özünüzü hiss etməli və sizə zaman  ayrılması ilə bağlı əmin olmalısınız.
Müalicə olunduğunuz mərkəzin toplanan yumurta başına yaranmış embrion nisbətini; 5-ci gün köçürülmə nisbətini; yaxşı dondurma (embrion freezing) proqramının olub-olmadığı haqqında sual-cavab edilməlisiniz.
Müalicə  olunduğunuz mərkəzdə  ümumi maliyyətin nə olacağı ilə əlaqədar düzgün şəkildə məlumatlandırılmalısınız. Çox yüksək maliyyət qədər də çox zəif maliyyətində mövcud olduğunu bilməli, digər tərəfdən  maliyyətdən  əvvəl  özünüzü harada daha yaxşı hiss etdiyinizin vacib olduğunu unutmayın.
Hansı Yeniliklər Vardır?
İlk süni mayalanma metodunun tətbiq edilməsindən bu yana 30 ildən çox vaxt keçmişdir. Buna görə də  əslində bir çox cəhətdən riski aşağı olan müalicə metodu kimi qəbul edilmişdir. İllər ərzində baş verən inkişafları ilə bilikdə həm müvəffəqiyyət şansı əvvəlkinə görə çoxalmış  və həm də  müalicə olunmaq daha da asanlaşmışdır. Hər gün süni mayalanma sahəsində yeniliklər ortaya çıxır və buda sonsuzluqdan əziyyət çəkən  cütlüklərdə ümid hissini oyadır.
Kişi infertilitasiyasında spermanın dəyərləndirilməsi ilə bağlı yeniliklərlə mayalanma qabiliyyəti yüksək olan spermaları seçir.
Yaranmış embriyaların  keyfiyyətini yoxlayan sistem və metodlarla  hamilə qalmaq üçün yüksək keyfiyyətli embrionlar seçilir.
Seçilən  faktlarda dərmandan çox az istifadə edilən müalicə metodları  yada döllənmə və məhsuldar embrionun təşəkkülündə yüksək protokollar tətbiq edilir.
Laboratoriyalarda istifadə edilən süni mayalanma ilə əlaqədar  embrion saxlama mayelərindəki (medium) gedən inkişaf prosesi; dondurma metodlarındakı  bu cür proseslər, dondurlmuş embrion siklusları təzə embrion sikluslarının  nisbətlərini hədəf seçir.
Qəbul edilən  dərman preparatları ilə daha  az və daha keyfiyyətli nəticələrə əldə etmək olar.
Çox az, lakin  keyfiyyətli embrion köçürülməsi ilə birdən çox  hamilə qalmaq kimi risklər azala bilər. Süni mayalanma müalicəsi sizin üçün düzgün zamanda və  özünüzü yaxşı hiss etdiyiniz və müasir standartlara cavab verən təcrübəli bir süni mayalanma mərkəzində hamilə qalmaq  ehtimalı çox yüksək olduğu bir müalicə formasıdır.


Şərhlər:
Baxılıb: 964
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz