Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Obezlik sonsuzluğa səbəb olur!
Obezlik sonsuzluğa səbəb olur!
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 925
Səs ver:
Cəmiyyətdə köklük olaraq adlandırılan obezlik qadınlarda məhsuldarlıq qabiliyyətinə əhəmiyyətli dərəcədə təsir etməkdədir. Obezlik yumurtlamada pozuntulara gətirib çıxararaq sonsuzluğa səbəb olan bir faktordur. İnsanda yaranan artıq çəki səbəbi ilə bədəndə insulin müqavimətini də artımı yaşanır. İnsülin müqavimətinin artması nəticəsində yüksək təzyiq, şəkər xəstəliyi və yumurtlama ilə əlaqəli problemlər ortaya çıxır. Şəkər xəstəliyi və hiper təzyiq hamiləliyin zəifləməsinə yol aça bilər. Bu kimi mənfiliklərdən xilas olmaq üçün uşaq sahibi və ana olmaq istəyən qadınların artıq kilolarından xilas olmaları lazımdır.

Həddindən artıq çəki səbəbindən yumurtlama funksiyasına bağlı hormonal tarazlıqda nizamsızlıq meydana gəlir və bu kimi problemlər hamiləlik şansını azaldır. Bir çox araşdırmaya görə qadınlarda ortaya çıxan sonsuzluq problemlərinin haradasa 40 faizi yumurtlama ilə əlaqəli pozuntular səbəbi ilə ortaya çıxır. 40 faizlik qrup isə həddindən artıq kilolu və over sindromlu qadınlar ibarətdir.
Artıq çəki spermalara da mənfi təsir göstərir…

Həddindən artıq çəki yəni obezlik xəstəliyi atalıq namizədlərinə də mənfi təsir edən bir faktordur. Obez kişilərin yağ toxumasında östrojen səviyyəsində artaraq testesteron səviyyəsində azalma görünməkdədir. Testesteron səviyyəsində müşahidə olunan azalmalar sperma keyfiyyətini və sayını mənfi təsirləndirir.
 Tüp bəbək müalicəsi və obezlik

Tüp bəbək müalicələrində xəstələrə tətbiq olunan hormon məzmunlu dərmanlar həddindən artıq çəkili qadınlara daha az təsir göstərir. Bu səbəbdən müalicə boyunca dərmanlardan yüksək dozalarda istifadə etmek məcburiyyəti yaranır. Normal çekili qadınlarla nisbətdə obez qadınlarda döl yaranmama ehtimalı daha yüksəkdir.

Artıq çekili qadınlarda döl yaransa belə hamiləliyin erkən dövrlərində düşük ehtimalı daha yüksəkdir. Tüp bebek müalicəsi almağa qərar vermiş ana namizədlərinin bu cür mənfiliklər ilə qarşılaşmaması üçün müalicəyə başlamazdan əvvəl artıq çəkidən xilas olmaları xüsusi ilə vacibdir. Bunun sayəsində müalicənin müvəffəqiyyət ehtimalı artmış olur. Normal çəkili organizmdə başlanan tüp bəbək müalicəsində uğur qazanmaq şansı daha yüksəkdir. Artıq çəkidən xilas olmaqla, qan təzyiqi və şəkər kimi təhlükəli xəsdəliklərdən qorunmaq mümkündür.
Tüp bəbək müalicəsi öncəsi çəkiyə nəzarət

Tüp bəbək müalicəsinə başlayacaq namizədlərə prioritet olaraq müxtəlif pəhriz proqramları və idman hərəkətləri ilə zəifləmə tövsiyə edilir. Namizədlərin çəkisinin 5 faiz belə zəifləməsi tüp bəbək müalicələrində müvəffəqiyyəti artırmaq üçün kifayətdir. Ancaq tez arıqlamaq üçün tətbiq olunan şok pəhrizlərdən uzaq durmaq lazımdır. Yüksək çəki itkisi də yumurtalıqlara mənfi təsirlərə yol aça bilər. Ani çəki itkisi yumurtaların keyfiyyətinə mənfi təsir göstərər, döllənmə də problemlər yaranar. Bu kimi ehtimallar tüp bəbək müalicəsinin müvəffəqiyyətinə də mənfi təsir edər.

Xəstəl pəhriz yolu ilə arıqlayabilmir isə ginekoloji problem olub olmadığını təsbit etmək üçün müayinəyə getməsi lazımdır. Yumurtalıqlarda meydana gələ biləcək polistik over sindromu həddindən artıq çəkiyə səbəb ola bilər. Bu xəstəlik ginekoloji müayinə ilə asanlıqla müəyyən edilir.

Polistik over sindromu ilə qarşı-qarşıya qalan ana namizədlərinin mütəxəssislər tərəfindən yardım alaraq dərman müalicəsi ilə zəifləmələri mümkündür.


Şərhlər:
Baxılıb: 925
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz