Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu içki kişilərdə sonsuzluq yaradır
Bu içki kişilərdə sonsuzluq yaradır
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 1420
Səs ver:
Kola hər kəsin sevdiyi qazlı içki növüdür. Türkiyəli ginekoloq Hakan Çoksüər isə kolanın kişilərdə sonsuzluğa səbəb olduğunu iddia edir. Onun sözlərinə görə, həddindən artıq kola içmək sperma sayını və keyfiyyətini aşağı salaraq sonsuzluğa gətirib çıxarır.

"Dünyada kolanın zərərləri ilə bağlı dəfələrlə araşdırma aparılıb. Son tədqiqatda isə kolanın kişilərin sperma keyfiyyətini aşağı saldığı müəyyən olunub.

Cənubi Danimarka Universitetinin alimləri 2 min 500 kişi üzərində tədqiqat aparıblar. Onlardan alınan sperma nümunələrinin analizi göstərib ki, həddindən artıq kola istehlakı sperma keyfiyyətini azaldır.

Tədqiqatda gündə bir litrdən artıq kola içən kişilərin çox aşağı sperma dəyərlərinə sahib olduğu müşahidə edilib. Kola kişilərdə testosteron hormon tarazlığını pozaraq sperma sayını və hərəkətini əhəmiyyətli dərəcədə azaldır. Bu da kişilərdə çoxalma funksiyalarına ciddi təsir göstərir.

Kolanın tərkibində şəkərin çox olması kökəlmə ilə nəticələnir. Aparılan araşdırmada kök  kişilərdə sperma sayının normal çəkili kişilərə nisbətən 15 faiz daha az olduğu müəyyən olunub. Kök kişilərdə sperma sayının azalması da qadının hamilə qalma şansını azaldır.

Kolanın tərkibindəki qlükoza siropu ürəyin yaxşı işləməsinə mane olur, həmçinin, yüksək xolesterin və təzyiqlə bağlı problemlərə yol açır. Bundan başqa, böyrək, sümük xəstəliyi və diş problemlərinin yaranmasına təkan verir. Odur ki, sağlamlığınızı təhlükəyə atmaq istmirsinizsə, sərinləmək üçün kola əvəzinə soyuq ayran və ya suya üstünlük verin”.


Şərhlər:
Baxılıb: 1420
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz