Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi sonsuzluğuna bitki müalicəsi
Kişi sonsuzluğuna bitki müalicəsi
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 933
Səs ver:
Sonsuzluğa səbəb kimi hər nə qədər qadınlardakı bəzi nəsilartırma problemlərini gösrərsək  dəkişilər də öz sperma sayını artırmaq üçün bəzi üsullar istifadə edə bilərlər. Aşağıdakı bölüm,kişilərə köməkçi ola biləcək bitki mənşəli alternativlərdən ibarətdir.

Jenşen (Panax Ginseng)
Aktual elmi araşdırmalar, istər Çin jenşeninin (Panax ginseng) istər Sibir jenşeni (Eleutherococcus secocus) kişidə sonsuzluğun müalicəsində təsirli ola biləcəyini göstərməkdədir. Hər ikisi də, çox qədim dğvrlərdən bu yana kişilərdə "tonik" olaraq istifadə edilməkdədir. İnsanlarla əlaqədar kliniki bir araşdırma olmasa da, heyvanlar üzərində edilən araşdırmalarda, jenşenin, testis böyüməsinə köməkçi olduğu, sperma meydana gəlməsi və testosteron səviyyəsini yüksəltdiyi, cinsi fəaliyyətləri və cütləşmə sayını artırdığı müəyyən olunmuşdur.

Buğalarda məhsuldarlığın tutumunu və sperma sayını artırdığı müəyyən olunduğundan, Sibir jenşeni kişilərdə  də çoxalma funksiyasında faydalıdır. Jenşen, məhsuldarlığı və kişiliyi gücləndirən bir köməkçi xüsusiyyətdədir. Ümumiyyətlə, "Panax ginseng", "Eleutherococcus senticocus"-dan daha güclü təsir (xüsusilə xəbərdaredici təsir) etdiyi qəbul edilməkdədir. "Sibir jenşen"-i, heç ginsenosit tərkibli olmamasına və gerçək bir "ginseng" olmamasına baxmayaraq, "Panax ginsengin" ortaya qoyduğu təsirlərin bir çoxunun eynisinə malikdir. Lakin daha yüngül olduğu qəbul edilməkdədir.

"Pygeum Africanum"
"Pigeum" ekstraktları, prostat ifrazatında azalmanın əhəmiyyətli rol oynadığı sonsuzluğun yaxşılaşdırılmasında təsirli ola bilər. Pigeumun, prostat ifrazatlarını artırdığı və sperma mayesinin xüsusiyyətini yaxşılaşdırdığı müəyyən olunmuşdur. Daha açıq bir ifadə ilə, prostat fəaliyyəti azalmış kişilərə pigeum verilməsi, ümumi sperma mayesi səviyyələrində artımla birlikdə, qələvi fosfataza (sperma mayesinin pH uyğunluğunu qoruyan əhəmiyyətli bir fermentdir) və zülal səviyyələrində artıma gətirib çıxarmışdır. Al-qalın fosfataza səviyyəsinin düşdüyü (400 IU / 3 sm- nın altına) və iltihab ya da infeksiya olduğuna bağlı hər hansı bir dəlilin (ağ qan hüceyrələri və ya IgA yoxluğu kimi) olmadığı vəziyyətlərdə pigeumun son dərəcə təsirli olduğu aydın olmaqdadır. Mənidə IgA olmaması klinika müvəffəqiyyətin yaxşı bir göstəricisidir. Bir araşdırmada, spermalarında IgA olmayan xəstələrdə, qələvi fosfataza səviyyələri 265'ten 485-IU / 3 sm-yə yüksəlmişdir. Buna qarşılıq IgA olan xəstələrdə, ortalama bir artımla 213 IU / 3 sm-dən 281 IU / 3 sm-yə çıxmışdır.

Bir cüt klinik araşdırmada, penisdə gecə sərtləşməsi ölçümləri ilə təyin olunduğu üzrə, pigeum ekstraktının, BPH (prostat hiperpla-zisi) və ya prostatit olan xəstələrdə sərtləşmə təmin etmə tutumunu artırdığı görülmüşdür.

Gül kələm (Brassica oleracea) və B6 ehtiva edən digər qidalar

Mikro qida möhkəmlətmələrini müdafiə edənlər, sonsuzluq üçün ümumiyyətlə gül kələm təklif etməkdədirlər. Bu vitaminin ən çox olduğu qaynaqları azalan sıra ilə yazsaq, gül kələm, vəzəri, ispanaq, banan, bamiyə, soğan, brokoli, balqabaq, quru kələm, yer kələmi, Brüssel kələmi, noxud və turpdur.

Guava (quava və ya Psidium) və C vitamini ehtiva edən digər qidalar:

Kişilərdə sperma anomallığında, sonsuzluğun müalicəsində, C vitamini dəstəyinin ən az bəzi çoxalma qabiliyyətini artırıcı dərmanlar qədər təsirli olduğu sübut edilmişdir. Dr. Melvyn Werbach, gündə 1.000 mg. C vitamini alınmasını təklif edir guavanın yanında...
 
C vitamini baxımından zəngin digər qaynaqlar arasında: qarpız, itburnu, dolmalıq bibər, acı qırmızı bibər və su tərəsini saya bilərik.
Günəbaxan

Təbii bitki, sperma sayı aşağı kişilərə ümumiyyətlə xaya artımının möhkəmlətməsi təklif edilir. Gündə 4 qram ekstrakt almaq üçün, 50 qram günəbaxanın kafi olduğunu söyləyirlər.  Bu həyati qidadan başqa, yüksək nisbətlərdə olan digər bitkilər isə: keçi buynuzu, ağ qoz, acı paxla, yer fıstığı, küncüt, soya paxlası, su tərəsi, çəmən toxumu, xardal, badam, Braziliya şabalıdı, paxla və mərciməkdir.

Su balqabağı (Lagenaria siceraria)
Şimali Carolina Tibb Fakültəsi elm insanları, kişi siçanlardakı sonsuzluğun səbəbinin bir növ B vitamini olan kolin əskikliyindən qaynaqlandığını tapmışdırlar. Bu araşdırma ilə əlaqədar bir iddiada etmirik, lakin məməlilərin çoxaltma sistemləri bir-birilərinə çox bənzədiyi üçün, artıqdan bir parça kolin qəbulunun bir zərəri olmasa gərək.

Məlumatlara görə su balqabağı quru ağırlığının 1,6% - i nisbətindəki kolin məzmunu ilə, kolin baxımından ən zəngin mənbə kimi görünür. Onu təqib edən digər bitkilər də: çəmənotu yarpaqları və çobançantasıdır. Ginseng, quru gicitkən, maş lobya, noxud, süngər balqabağı, mərcimək və Çin mələkotu, kolin tərkibi baxımından çəmənotu və çoban çantası qədər zəngin olmasalar da faydasını qeyd edilməsi lazım olan bitkilərdir.

Yulaf (Avena sativa):
Atları son dərəcə canlı və hərəkətli edən yulaf, çox qədimdən bəri kişilər üçün seksual doping olaraq qəbul edilməkdədir. Bəzi herbalistlər də yulafın eyni zamanda kişilərdə cinsi qabiliyyəti artırdığını iddia edirlər. Yulaf marketlərdə satılan yulaf və yulaf əzmələrindən, ucuz və asan bir şəkildə təmin edə biləcəyiniz kimi, daha bahalı olan yulaf tərkiblərini də təbii qida və şəfalı bitki dükanlarından tapa bilərsiniz.

Moruq (Rubus idaeus)
Moruq yarpaqlarından edilən çay, qadınlara hamiləlik əsnasında ortaya çıxan rəhm iltihaplarının müalicəsi üçün təklif edilir. Heyvan baxıcıları moruq yarpaqlarını, çoxalma qabiliyyətini artırmaq üçün erkək heyvanların yemlərinə qarışdırırlar. Herbalist Kath Keville, sonsuz kişilərin moruq yarpaqlarından edəcəkləri çayı sınamalarını təklif edir.


Şərhlər:
Baxılıb: 933
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz