Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yumurtalıqların polikistozu
Yumurtalıqların polikistozu
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 1158
Səs ver:
Həkimlər bu xəstəliyi polikistoz yumurtalıq sindromu adlandırırlar (PKYS). PKYS zamanı zamanı yumurtalıqlarda çoxlu sayda xırda-xırda köpükcüklər əmələ gəlir ki, onları kista adlandırırlar. Həmin köpükcüklərin hesabına yumurtalıqların həcmi böyüyür. Yumurtalıqların polikistozu zamanı onların işi pozulur (yumurtalıq hüceyrələrinin çıxarılması) və hormonal tarazlığın pozulması səbəbindən qeyri-mütəmadi menstrual tsikl müşahidə edilir.
Yumurtalıqların polikitozunun səbələri hansılardır?
Yumurtalıqların polikistozunun səbəbləri hələ sona qədər tam aydın deyil. Polikistozdan əziyyət çəkən qadınlarda qanda testosteron (kişi cinsiyyət hormonu) səviyyəsi yüksək olur, eləcə də qanda qlükoza səviyyəsinin yüksəlməsi qeyd edilir (səbəb hormonun insulina qarşı dözümsüz olmasıdır).
Yumurtalığın polikistozu əlamətləri nə zaman əmələ gəlir?
Polikistozun ilk əlamətləri hələ yeniyetmə yaşlarında, ilk menstruasiyanın baş verməsindən sonra əmələ gələ bilər.Bəzi hallarda qadınlar yumurtalıqların polikistozu olması barədə heç xəbər tutmurlar, o vaxta qədər ki, uşaq dünyaya gətirmək qərarı qəbul edirlər. Bu halda polikistozun ilk əlaməti sonsuzluq ola bilər.
Yumurtalığın polikistozunun əlamətləri hansılardır?
Yumurtalığın polikistozu müxtəlif qadınlarda qeyri-daimi ola bilər və mütləq deyil ki, yumurtalığın polikistozu olan qadınlarda xəstəliyin aşağıda sadalanan bütün əlamətlər mövcud olmuş olsun:

Qeyri-mütamadi aybaşılar – adətən, ginekoloqa müraciət etməyin səbəbi olan polikistozun tez-tez rast gəlinən əlamətləridir. Menstruasiyalar (aybaşılar) gecikmə ilə ola, bir neçə ay olmaya bilər və ya əksinə ay ərzində 2-3 dəfə baş verə bilər.
Qeyri-adi menstruasiyalar (aybaşılar): olduqca azdırlar və ya əksinə çox bol olurlar. Eləcə də menstuasiyanın (aybaşının) müddəti qeyri-daimidir: 2 gündən bir həftəyə qədər və ya çox.
Artıq çəki və piylənmə
Üzdə və bədəndə artıq tüklənmə
Yağlı üz dərisi və səpgilər
 
Yumurtalıqların polikistozu zamanı hamiləlik mümkündür?
Yumurtalıqların polikistozu zamanı hamiləlik mümkündür, lakin bu xəstəlikdən əziyyət çəkən qadınlar hamiləliyin planlaşdırılması zamanı böyük çətinliklərlə üzləşirlər. Yumurtalıqların polikistozu zamanı qadınların orqanizmlərində hormonal pozuntular (testosteron səviyyəsinin yüksəlməsi) baş verir ki, bu yumurtalıqların normal fəaliyyətini pozur. Əgər yumurtalıqlar normal fəaliyyət göstərmirsə, onlar yumurtalıq hüceyrələri emal etmir. Bu ovulyasiyanın olmaması və ya anovulyar tsikl adlanır. Sizdə ovulyasiyanın olmamasının əsas əlaməti qeyri-mütəmadi menstruasiyaların (aybaşıların) olmasıdır. Bu halda xüsusi müalicə olmadan hamilə qalmaq ehtimalı olduqca azdır.
Polikistoz təhlükəli ola bilər?
Əksər hallarda yumurtalıqların polikistozu hər hansı bir kəskinləşmələrin yaranmasına səbəb olmur. Lakin bu xəstəliklə əlaqədar olan bəzi təhlükələr də vardır. Hər şeydən əvvəl bu şəkərli diabet təhlükəsidir. Şəkərli diabet zamanı qanda qlükoza səviyyəsi yüksəlir ki, bu da maddələr mübadiləsinin ciddi problemlərinə gətirib çıxarır. Buna görə də yumurtalıqların polikistozu aşkar edilmiş bütün qadınlara heç olmasa ildə bir dəfə qanda qlükoza səviyyəsini yoxlatmaq məsləhət görülür. Yaşı 30-35-i keçmiş qadınlarda yumurtalıqların polikistozu yüksək arterial təzyiqin əmələ gəlməsinə gətirib çıxara bilər (hipertoniya xəstəliyi). Arterial təzyiqin yüksəlməsi isə, öz növbəsində ürək xəstəliklərinin əmələ gəlməsinə yol açır. Əgər yumurtalıqların polikistozunu müalicə etməsəniz, onda uzunmüddətli hormonal pozuntular orqanizmdə uşaqlığın xərçəngi xəstəliyinin yaranmasna gətirib çıxara bilər.
Polikistozun diaqnostikası üçün hansı analizləri vermək lazımdır?
Yumurtalıqların polikistozu şübhəsinin yaranması zamanı qadına qanın hormonal analizini vermək  tövsiyyə edilir. Yumurtalığın polikistozu əlamətləri USM-də: bu yumurtalıqların ölçüsünün böyüməsi, onların kapsulunun qalınlaşması və yumurtalıqlarda çox saylı kistalardır.
Yumurtalıqların polikistozunu necə müalicə etdirmək olar?
Polikistozun müalicəsinin bir neçə metodu vardır ki, onlar xəstənin yaşından, xəstəliyin əlamət və kəskinləşmələrindən asılı olaraq ginekoloq tərəfindən təyin edilir:
Hormonal həblərin köməkliyi ilə müalicə
Əməliyyat keçirilməsi ilə müalicə (laparoskopiya)
Pəhriz köməkliyi ilə müalicə
Polikistozun hamiləlik əleyhinə həblərin köməkliyi ilə müalicə edilməsi
Hormonal hamiləlik əleyhinə olan həblər menstruasiya tsiklini tənzimləməyə, eləcə də üzdə və bədəndə tüklərin çıxamasının intensivliyinin qarşısını almağa, üz dərisini normallaşdımağa və üzdəki səpgilərdən xilas olmağa imkan verir. Hamiləlik əleyhinə həblərin seçimi ancaq müalicə edən ginekoloqun məsləhəti ilə həyata keçirilir.
Polikistozun əməliyyat (laparoskopiya) vasitəsi ilə müalicəsi
Əgər hormonal həblərlə müalicə heç bir fayda verməmişdirsə, onda sizə laparoskopiya təyin edilə bilər. Laparoskopiya qeyri-adi əməliyyatdır, belə ki, onun keçirilməsi zamanı cərrah dərini kəsmir, sadəcə dəridə dəliklər açaraq bütün manupilyasiyaları aparır. Əməliyyatdan sonra dəliklər tezliklə sağalır və laparoskopiya zamanı kəskinləşmə ehtimalı olduqca azdır. Laparoskopiyanı ümumi narkoz altında edirlər. Qadınlara əməliyyatın keçirilməsindən 8-12 saat sonra artıq ayağa qalxmağa icazə verirlər, xəstəxananı isə 1-2 gün sonra tərk edə bilərsiniz.
Yumurtalıqların polikistozu zamanı pəhriz
Təəcüblü görünə bilər, lakin hətta sadə pəhriz belə polikistoz zamanı sağalmaya gətirib çıxara bilər. Bu zaman dietaya nəsə xüsusi bir inqredientlər daxil edilmir və buna görə də o istənilən qadın üçün əlçatandır. Dietanın polikistoz zamanı əsas prinsipi – sağlam qidalanma və yeməklərin az kalorili olmasıdır. Məhz piy toxumalarında çoxlu sayda kişi hormonları olduğu üçün artıq çəki və piylənmədən əziyyət çəkən qadınlarda yumurtalıqların polikistozuna daha çox rast gəlinir. Buna görədə qadınlarda  piy toxumasını əritməklə hormonlar normaya düşür.
Beləliklə, əgər siz artıq çəkidən əziyyət çəkirsinizsə, bu zaman qidalanma rasiyonu barədə düşünün, sağlam dieta tərtib edin ki, ancaq sizin üçün yararlı olsun və arıqlayın.


Şərhlər: 5
Baxılıb: 1158
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah uzaq elesin
13 iyul 2015 15:06
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Marta
Allah hec kese gostermesin ciddi problemdir.
13 iyul 2015 10:38
# 4
Немного терпения, и у тебя все получится..
BARBI
Mende de var ama hekime getmemisem. Bu xestelik ciddi problemdir. Vaxt asiri hekime getmek mutleqdir
13 iyul 2015 06:55
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Dogrusu menim bir iki gundur biraz agrilarim var, ancaq gecikme ili basqa problemim yoxdur, ama bunlari oxuyub qorxdum, gerek hekime muraciet edem, tesekkur.
13 iyul 2015 05:10
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
GünƏşimƏ_AiD_
duzu herden aqrilarim olur hetda sancilarimda olur.amm hekime gedecem mutleq ozumde isteyirem
13 iyul 2015 04:52
# 1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz