Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Uşaqlıqdan kənar hamiləlik: müalicə və nəticələr
Uşaqlıqdan kənar hamiləlik: müalicə və nəticələr
Göndərən: NoName
Şərhlər: 2
Baxılıb: 1554
Səs ver:
Müalicənin hansı variantları vardır?
Hamiləlik müddətindən, döl yumurtasının ölçülərindən, əlamətlər və kəskinləşmələrin mövcudluğundan  asılı olaraq uşaqlıqdankənar hamiləlik zamanı dərmanla müalicə təyin edilə və ya cərrahiyə əməliyyatı aparıla bilər. Bəzi hallarda Bəzi hallarda müalicə təyin edilmir, belə taktika gözləmə taktikası adlanır.
 Uşaqlıqdankənar hamiləlik dövründə gözləmə taktikası nə deməkdir?
Məlum olmuşdur ki, uşaqlıdankənar hamiləlik heç də həmişə uşaqlıq borusunun dağılması və digər kəskinləşmələrlə nəticələnmir. Belə hamiləlik tez-tez müstəqil olaraq yarımçıq qalır. Son tədqiqatlar göstərir ki, uşaqlıqdankənar hamiləliyin özünün müstəqil şəkildə problemləri həll etməsi nadir hal deyil. Belə hallarda həblər qəbul etmək və ya əməliyyat keçirməyə ehtiyac yoxdur. Bu məhz gözləmə taktikası adlanır.
Diqqət: Gözləmə taktikası – bu şüurlu şəkildə seçilmiş hərəkətsizlikdir ki, ancaq həkim nəzarəti altında baş tutmasına yol verilir!
Buna baxmayaraq, heç də həmişə uşaqlıqdankənar hamiləlik dövründə gözləmək mümkün olur. Sizin üçün gözləmə taktikası o zaman uyğun gəlir ki, əgər:
Uşaqlıqdankənar hamiləlik hələ kiçik müddətdədir
Sizdə uşaqlıq borusunun dağılması əlamətləri olan ağrılar, qanaxmalar və əlamətlər müşahidə edilmir
Heç bir kəskinləşmə yoxdur
Sizdə normal arterial təzyiq, nəbz, yaxşı əhval vardır
Qanın ardıcıl XQÇ analizlərində onun səviyyəsi dayanıqlı olaraq azaldıqda. Bu o deməkdir ki, hamiləlik yarımçıq qalmışdır.
Uşaqlıqdankənar hamiləliyin müalicəsi əməliyyatsız mümkündür?
Əvvəllər əməliyyat yolu uşaqlıqdankənar hamiləliyin yeganə müalicə yolu idi. Lakin zaman keçdikcə dərman metodları da işlənib hazırlanmışdır. Medikamentoz müalicə heç də həmişə və heç də hamıya yaramır, lakin uşaqlıqdankənar hamiləlik erkən mərhələdə olduqda və embrionun ölçüləri böyük olmazsa, onda ginekoloq sizə dərman preparatı təyin edə bilər. Bu elə bir preparatdır ki, embrion hüceyrələrinin bölünməsinin qarşısını alır və onun məhv olmasına səbəb olur. Preparatın uşaqlıqdankənar hamiləlik dövründə tətbiq edilməsi üzrə bir neçə sxem mövcuddur. Sizin müalicə həkiminiz sizin üçün ən uyğun olan sxemi seçəcəkdir.  
Uşaqlıqdankənar hamiləlik zamanı cərrahiyə əməliyyatı
Əgər embrion böyük ölçülərə gəlib çatıbsa, sizdə uşaqlıq borusunun dağılması əlamətləri meydana gəlibsə, bu o deməkdir ki, ya embrion uşaqlıq borusunda deyil serviksdə, yumurtalıqda və yaxud başqa yerdədir, bu zaman təcili əməliyyat həyata keçilir. Əməliyyat qarın dərisində xırda dəliklərin açılması (bu metod laparoskopiya adlanır), yaxud dəridə böyük bir kəsiyin açılması ilə həyata keçirilir. Əgər sizdə boru hamiləliyidir, lakin uşaqlıq borusu zədələnməmişdirsə, həkim uşaqlıq borusunu saxlamağa cəhd edə bilər ki, gələcəkdə sizin uşaq dünyaya gətirməklə əlaqədar probleminiz olmasın. Lakin artıq uşaqlıq borusunun dağılması baş vermişdirsə, onu ancaq birdəfəlik çıxarmaq lazım gəlir.
Hamiləlik testi və qanın XQÇ analizi nə göstərəcək?
Uşaqlıqdankənar hamiləlik müalicəsi yekunlaşdıqdan sonra sizə mütəmadi olaraq (3 gündə bir dəfə) hamililəyin müəyyən edilməsi üzrə test aparmaq və ya XQÇ səviyyəsini öyrənmək üçün qan analizi vermək lazım gələcək. Bunun o vaxta qədər edirlər ki, qanda XQÇ səviyyəsi hamilə olmayan qadınlarda olduğu səviyyədə olsun və ya hamiləlik üzrə test mənfi nəticəni göstərsin. Hamiləliyin yarım dayandırılmasından sonra qanda XQÇ səviyyəsi aşağı düşməlidir. Əgər XQÇ səviyyəsi düşmürsə və ya artırsa, bu o deməkdir ki, hamiləlik yarımçıq qalmayıb və embrion böyüməkdə davam edir. Belə halda müalicəni davam etdirmək lazımdır. Hamiləlik üzrə test hamiləliyin yarımçıq dayandırılmasından sonra da hələ bir neçə həftə ərzində müsbət nəticə göstərə bilər. Əgər müalicədən 4-5 həftə sonra da hamiləlik üzrə testlər müsbət nəticə göstərirsə, bu o deməkdir ki, hamiləlik yarımçıq qalmayıb və sizə müalicəni davam etdirmək lazım gələcək.
Mən uşaqlıqdankənar hamiləlikdn sonra yenə də hamilə qala bilərəm?
Uşaqlıqdankənar hamiləlik nə qədər tez aşkar edilərsə və müalicə nə qədər tez başladılarsa, gələcəkdə yenidən hamilə qala bilmək şansları bir o qədər yüksək olacaqdır. Əgər sizə uşaqlıq borusunun çıxarılması ilə həyata keçirilən əməliyyat aparıblarsa, onda təkrar hamiləlik şansı aşağı düşür. Buna baxmayaraq sizin təkrar hamilə qala bilmə üçün 50%-lik şansınız hələ də qalır. Uşaqlıqdankənar hamiləlik keçirmiş qadınlarda təkrar uşaqlıqdan kənar hamiləlik təhlükəsi digərlərinə baxmış daha yüksəkdir. Təkrar hamiləliyi planlaşdırmamışdan əvvəl mütləq öz ginekoloqunuzla məsləhətləşin.
Histerosalpinqoqrafiya  (HSQ) nə deməkdir?
Uşaqlıqdankənar hamiləliyin əsas səbəbi uşaqlıq borusunun keçilməzliyidir. Histerosalpinqoqrafiya ( və ya başqa sözlə metrosalpinqoqrafiya) bu uşaqlıq borusunun keçilməzliyini müəyyən etməyə imkan verən diaqnostika metodur. Həkim, sizdə yüksək dərəcədə uşaqlıqdankənar hamiləlik təhlükəsi olduqda və yaxud sizdə əvvəl də uşaqlıqdankənaq hamiləlik olubsa HSQ keçirilməsində israr edə bilər.


Şərhlər: 2
Baxılıb: 1554
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah salıqlı hamılelık qısmet etsın
24 iyul 2015 17:21
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Cox agrili hamilelikdir. Hamilelik demezdim bir nov problemdir.
24 iyul 2015 09:22
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz