Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlarda sonsuzluq səbəbləri
Qadınlarda sonsuzluq səbəbləri
Göndərən: Nazlı_qız
Şərhlər: 8
Baxılıb: 1093
Səs ver:
1. Yumurta Defektləri
Yumurtlama defektləri ən çox görülən sonsuzluq səbəbi olub, yumurtlama defekti deyildiyində, yumurtlamanın heç olmaması və ya nizamsız və seyrək olması başa düşülər. Mensturasiyaların seyrək görülməsi və ya heç görülməməsi çox vaxt bir yumurtlama defektini göstərər, ancaq menstruasiyaların tamamilə nizamlı olduğu hallarda da yumurtlama defektlərinə rast gəlmək olur. Yumurtlama defektləri əsasən üç qrupta cəmləşdirilə bilər.
Yumurtalıqlardaki yumurta istehsalını hərəkətə keçirən hormonların anadan gəlmə eksik olmasından asılı olaraq beyindən ifraz edilməməsi,
Beyin mərkəzindən süd hormonu prolaktinin normaldan artıq ifraz edilməsi,
Polikistik over sindromu

2. Boruların Tıxanmış və ya Ziyan görmüş olması
Uşaqlıq borularının qismi vəya tamamilə tıxanmış olması sperma ilə yumurtanın bir araya gəlməsinə mane olaraq döllənmə və hamiləliyi imkansız hala gətirər. Borulardakı bu ziyan, keçirilən infeksiya, endometriosis və ya keçirilən bir əməliyyatdan sonra qalan qarın daxilindəki bitişikliklər kimi bir çox səbəbdən asılı ola bilər. İnkişaf etmiş ölkələrdə cinsi yollarla yoluxan infeksiyalar borulardakı ziyanın ən əhəmiyyətli səbəbidir. Ölkəmizdə uşaqlıq çağında alınan vərəm mikrobu da borularda dala qayıtmaq mümkün olmayan ziyan meydana gətirə bilər.

3. Endometriosis
Endometriosis uşaqlıq daxilini döşəyən toxumanın (Endometrium) uşaqlıq xaricində inkişaf etməsi olaraq ifadə edilir. Endometriosis eynilə uşaqlıq daxilini döşəyən toxuma kimi hormonlara qarşı həssas olmaqla menstruasiya əsnasında qanayar. Qarnın daxilində meydana gələn bu mikro qanamalar vaxt ötdükcə yara halına gəlməklə, yapışıqlıqlara səbəb olar.

Endometriosis yumurtalıqlarda yerləşdiyi vaxt kist meydana gəlməsinə səbəb olar. Bu kistlərə endometrioma adı verilər. Endometriosisi olan qadınların təxminən 50%’nin uşaq maliki ola bilmələri üçün müalicə olmaları lazımdır. Yenə sonsuzluq səbəbiylə qadınların təxminən 25%ində endometriosis müəyyən edilir.

4. Uşaqlıq Ağzına Aid Problemlər
Uşaqlıq ağzındakı quruluş, infeksiya və ya bu yerdəki ifrazata (Mukus) aid defektlər sonsuzluğa səbəb ola bilər. Uşaqlıq ağzında ifraz edilən mukus spermaların genital yoldan daşınmasını asanlaşdırar. Estrogen və progesteron hormonlarının təsiri altında mukusun siklus əsnasında miqdarı və xüsusiyyəti dəyişər. Polip kimi yaxşı xassəli şişlər və ya bu yerə tətbiq edilmiş olan cərrahiyyə müdaxilələri sonsuzluğa səbəb ola bilər.

5. Allergiya Səbəbləri
Allergiya səbəbləri sonsuzluğa səbəb ola bilər və bununla birgə diazqnozları və müalicələri çətindir. Allergiya halları müalicə effektivliyinin müəyyən olmadığı və müalicə edilən və ya edilə bilməyənlərdəki hamiləlik dərəcələrinin çox fərqli olmasından ötəri ümumiyyətlə ölçülmələrinin lazım olub olmadığı müzakirə edilir.

6. Qadın Sonsuzluğunun Müalicəsi
Yumurta defekləri, boruların tıxanmış və ya ziyanlı olması, endometriosis, uşaqlıq ağzına dair problemlər, allergiya səbəblərindən zərər görən cütlüklərin istifadə edəcəyi müalicə üsulu balon körpə müalicəsidir. Bu səbəplərdən ötəri balon körpə müalicəsində müvəffəqiyyətli olmayan cütlüklər axırıncı çarə olaraq yumurta ianəsi (Yumurta Transplantasiyası) müalicəsi ilə uşaq sahibi olurlar.


Şərhlər: 8
Baxılıb: 1093
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
wenikmurik
ALLAHA qurban olum bu vezyete menicxartmasin..cox cetindi
10 iyul 2015 19:10
# 8
Bugunume wukr!
vipbetul
Allah uzaq elesin her bir xanima ana olmaq hissini yashatsin insallah
10 iyul 2015 15:23
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lelos
Allah hamiya uşaq qismet etsin

hec kesi bu sonsuzluq sözü eşitmeyi qismet etmesin Allahim
10 iyul 2015 14:56
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Nur k-off
Allah uzaq etsin Allah ureyinde ovlad arzusunda olanlara qismet etsin inwAllah
10 iyul 2015 11:38
# 5
SVETA
BARBI
Men allergiyani ilk defedir ki esitdim. Umumiyetle allergiya cox yere tesir gosterir
10 iyul 2015 08:23
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Allah uzaq elesin
10 iyul 2015 07:08
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Allah uzaq etsin,Yaradan heç bir aileni uşaqla sınağa çekmesin.
10 iyul 2015 05:22
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
xeyalperest
Allah gostermesin.Aileler cox eziyyet cekir uşaga gore
10 iyul 2015 03:31
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz