Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi sonsuzluğu ilə bağlı yanılmalar
Kişi sonsuzluğu ilə bağlı yanılmalar
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 1003
Səs ver:
Hal hazırda bütün dünyada sonsuzluq problemi ən böyük problemlərdən biri sayılır.
İnsanların əksəriyyəti sonsuzluqdan söhbət düşükdə bunu ilk növbədə qadının sağlamlığında olan hər hansı problemlə əlaqələndirir. Lakin bu səhv fikirdir. Müasir dövrdə kişi sonsuzluğu da qadın sonsuzluğu kimi çox yayılmış problemdir.
Kişi sonsuzluğu ilə bağlı bir çox "rəvayətlər" var. Bu yanılmaları sizə təqdim etmək istərdik.
- Sonsuzluq problemi varsa, ilk növbədə qadını müayinə və müalicə etmək lazımdır. Heç nə alınmazsa, onda kişi həkimə getməlidir. Bu səhv yanaşmadır. Həm qadın, həm də kişi eyni zamanda müayinədən keçməli və müalicə almalıdır. Bu halda nəticə daha uğurlu olacaq.
- Kişi cavandırsa, onda sonsuzluq ola bilməz. Sonsuzluğa yalnız yaşı çox olan kişilərdə təsadüf edilir. Bu da səhv fikirdir. Bəli, kişinin yaşı artdıqca onun cinsiyyət sistemində  pozulmaların inkişafının riski də artır. Bu pozulmalar isə sonsuzluğa səbəb ola bilər. Lakin bu heç də o demək deyil ki, cavan kişi sonsuzluqdan sığortalanıb. İlk növbədə bəzi anadangəlmə pozulmalar və patologiyalar sonsuzluğa səbəb olur. Bu pozulmalar haqqında kişi özü müəyyən vaxta kimi bixabər ola bilər.
Əgər kişi uşaqlıqda tez-tez və ağır xəstələnirdisə, xüsusilə də bəzi infeksion xəstəlikləri ağır şəkildə keçirdibsə (ilk növbədə parotit - "qulaq dibi"), bu gələcəkdə sonsuzluğun inkişafına səbəb ola bilər. Əgər kişi uşaq vaxtı tez-tez qasıq nahiyəsi travmaları alırdı, tez-tez soyuqlayırdı, pis qidalanırdı və s., bu da gələcəkdə problemlərə səbəb ola bilər.
Beləliklə, kişinin yaşı sonsuzluqla birbaşa bağlı deyil.
Bu qadınlarda daha aktual problemdir. Belə ki, kişilərdə spermatozoidlərin "istehsalı" hətta 70 yaşına kimi davam edə bilər. Lakin qadınların yumurtalıqlarında yumurta hüceyrələrinin yetişməsi yalnız 45-50 yaşına kimi mümkündür. Daha sonra qadının orqanizmində ciddi hormonal dəyişikliklər baş verir ki, o, artıq dolyaratma qabiliyyətini itirir.
- Kişilərdə sonsuzluğun əsas səbəbi "pis" xəstəliklərdir. Bu da yanlış fikirdir. Əslində vaxtında müalicə olunmuş "pis" (zöhrəvi) xəstəliklər sonsuzluğa səbəb olmur. Düzgün və ya vaxtında müalicə olunmamış belə xəstəliklər xroniki fazaya keçərək kişinin cinsiyyət sistemində xroniki iltihabların səbəbi olur. Bu iltihablar isə sonsuzluğun inkişafına səbəb ola bilər.
Lakin belə iltihabların səbəbi tək "pis" xəstəliklər deyil - uzunmüddətli soyuqlamalar, digər mikroblar və infeksiyalar (stafilokokk, streptokokk, göbələk infeksiyası və s.) və s. ola bilər.
- Əgər kişidə əvvəlki nigahda və ya nigahdan kənar uşaq varsa, sonsuzluğun problemi kişinin sağlamlığında deyil. Bu da yanılmadır.
Sonsuzluq sonradan da müxtəlif səbəblərə görə inkişaf edə bilər. Bu qazanılmış (ikincili) sonsuzluqdur. Bu hal həm kişilərdə, həm də qadınlarda mümkündür. Belə pozulmaya ilkin sonsuzluqla müqayisədə daha az-az təsadüf edilir.


Şərhlər: 3
Baxılıb: 1003
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
cetin olarki kimse bilsunki bele bir xesdeliyi vardir.Allahher kese ovladi nesib etsun insallah
15 iyun 2015 14:34
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Kisi sonsuzlugunun mualicesi daha cetin hetta mumkunsuzdur . Ona gore oglanlari mueyyen yas dovrunden sonra hekime gostermek muayineden kecirtmek sertdir
15 iyun 2015 09:03
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
İster qadin ister kişi,Yaradan heç kimi o şirin payindan mehrum etmesin,bütün arzusunda olanlara övlad sahibi olmaği nesib etsin Yaradan.Amin.
15 iyun 2015 05:48
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz