Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Sonsuz" olmaq istəyənlər artır
Göndərən: NoName
Şərhlər: 4
Baxılıb: 848
Səs ver:
Müasir zamanda dünyada heç uşaq istəməyən və ya bir uşaqla kifayətlənənlərin sayı artır. Bizim ölkədə də bir uşaqla kifayətlənən, uşağı gec planlaşdıran ailələr var. Hər bir ailə uşaq istəməməyin səbəbini müxtəlif izah edir.

Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, azərbaycanlı ailələrdə uşaq ailənin sevinci, həyatın mənası deməkdir: "Uşağı olmayana bədbəxt insan kimi baxırlar. Onlara "sonsuz" deyir, yanlarında uşaq haqda çox danışmaz və uşaqlarını göstərməzlər" deyən Rzayeva bildirir ki, lakin getdikcə uşaq istəməyən ana və ataların sayı artır. Dediyinə görə, belə insanlara elə gəlir ki, onlar uşaq istəmədikləri üçün onlarda nəsə düzgün deyil, anormaldırlar və ya bunun üçün hələ psixoloji hazır deyillər.

Dünyada bu fikri dəstəkləyən və həyat şüarına çevirən qruplaşmalar var. Qeyd edək ki, ilk belə qruplaşmalar keçən əsrin 70-ci illərindən yaranmağa başlayıb. Tədricən belə qruplaşmalar Avropa və ABŞ-da geniş yayılmağa başlayıb.

R.Rzayevanın dediyinə görə, bizim cəmiyyətdə uşaq istəməyən insanlar qınanılır: "Belə adamların dalınca danışanlar, onların mənəvi dəyərlərinin az olduğunu hesab edənlər çoxdur. Onlara psixoloji problemi olan insan kimi baxanlar da var" deyən psixoloqa görə, uşaq istəməyən ailələrin cəmiyyət üçün təhlükəsi yoxdur: "Onlar başqalarına zərər gətirmir. Lakin aralarında uşaqlar, uşaqlı ailələr, özlərini uşaqlara həsr edənlər barədə pis danışanlar da var".

Müsahibimiz qeyd edib ki, uşaq istəməyən insanlar arasında 16-22 yaş arasında olanlar üstünlük təşkil edir: "Bu dövrdə gənclərdə hansısa bir yolla başqalarından seçilmək istəyi güclü olur. Onlar həm də uşaq tərbiyə etmək üçün özlərini hazır hiss etmədiklərindən də belə düşünür. Sonradan fikirlərini dəyişdirə də bilirlər. Lakin onların arasında sonuna kimi fikirlərinə sadiq qalanlar da olur".

Psixoloq deyir ki, 25-35 yaş arasında olan və uşaq istəməyən ailələr müəyyən həyat təcrübəsi topladıqdan sonra bu fikrə gəlirlər. "35-40 yaşda insanlar uşaqsız həyat sürmək qərarına gəlir. Ancaq onlar sonradan qərarını dəyişdirə də bilir. 40 yaşdan sonra isə demək olar ki, qərarlarını bir daha dəyişmirlər. Uşaqlığa və ya himayəyə kimisə götürməyi də fikirləşmirlər".

Qeyd edək ki, inkişaf etmiş ölkələrdə çoxuşaqlı ailələrin sayı azalır. İnsanlar daha gec yaşlarında valideyn olmağı planlaşdırır. Əksər ailələr maddi durumunu yaxşılaşdırdıqdan sonra uşaq dünyaya gətirməyi qərara alır. Gənc ailələr arasında bir uşaqla kifayətlənənlər də çoxdur.

Həmsöhbətimizə görə, uşaq istəməməyin səbəblərindən biri də uşaqlara nifrət hissi ilə yaşamaqdır. Ailələr var ki, uşaqların davranışına, yaratdığı səs-küyə, problemlərə qatlanmaq istəmədikləri üçün də uşaqlardan imtina edirlər.

"Sadəcə valideyn olmaq istəməyən insanlar da var. Bu, onlar üçün maraqlı deyil, belələri nəsil artımını düşünmürlər. Sərbəst yaşamaq, özlərinə daha çox vaxt ayırmaq, dost-tanışla əylənmək, səyahətə getmək və s. istəyirlər. Bəzi insanlarsa həyatın acı olduğunu düşünərək bu dünyaya uşaq gətirmək istəmirlər".

Karyerasına görə də uşaq istəməyənlər var. Bəzilərisə əlavə maddi problemləri yaranmasın deyə ya heç uşaq istəmir, ya da bir uşaqla kifayətlənirlər. "Uşaq artdıqca istər-istəməz maddi tələbatlar da artır. Ailə də o maddi tələbatları ödəmək üçün çalışır".

Rzayeva bildirib ki, qadınlarda doğuşla bağlı qorxular da uşaq istəməməsinə səbəb olur: "Doğuşun ağrılı keçməsi və doğum sonrası psixozlar da ananın xatirində pis iz buraxır. Eləcə də, valideyn olmaq qorxusu və bunun öhdəsindən gəlməmək də insanı övlad sahibi olmaqdan çəkindirə bilir. Sevdiyi insanla yaşadıqları sakit, harmoniya dolu həyatı uşaq olandan sonra itirməkdən qorxu, vərdiş etdiyi həyat tərzinin pozulması, öz uşaqlığı haqda neqativ xatirələr, kasıbçılıq, uşağına ağır genetik xəstəliyi ötürmək qorxusu da valideyn olmaq arzusuna qarşı sədd çəkir".


Şərhlər: 4
Baxılıb: 848
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
xarigde evheyvanlari usaqlardan daha coxdur,cox sukurki bizim olkede usaqi isdiyirlerde onlara qarshi mehribandilarda,usaqsiz ev dayanmish nefe kimidir
22 iyun 2015 17:16
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Canavar sevgisi
Allah arzusunda olanlara ovlad qismet elesin.
22 iyun 2015 13:16
# 3
๓๓๓☜ Ruhumuz QARABAGLIDIR ☞๓๓๓
yarpaq33
Uwaqsiz ev olmaz uwaqlar heyatimizin menasidi
22 iyun 2015 11:32
# 2
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Ne olur olsun usaqsiz heyat menasizdir. Insan usagi ucun yasayar heyat qurar calisarki ona gozel gelecek verim
22 iyun 2015 09:37
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz