Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonsuzluq
Sonsuzluq
Göndərən: Nazlı_qız
Şərhlər: 5
Baxılıb: 784
Səs ver:
İstənilən qadının hamilə qalma şansı yalnız 20-25%-dir. Beləliklə, hamiləliyi planlaşdıran cütlük bunu 4-5 ayda bacarmalıdır. Təbii ki, hər qadın da bu müddət ərzində hamilə qala bilməz. Belə vəziyyətdə ehtimal edilən faktor hamiləlik planlaşdıran cütlükdə hər hansı bir problemin olması deyil, onların bu 20-25%-lik şansı əldə edə bilməmələridir. Hamiləliyi planlaşdıran cütlük sınaq müddətini artırdıqda böyük ehtimalla müsbət nəticəyə nail olacaqlar.

Edilən cəhdlərə baxmayaraq hamiləliyin yaranmasında bacarıqsız olan cütlüklərin bir qismi "subfertil” kateqoriyasında qərarlaşıblar. Burada subfertil kəlməsi "fertilitesi”, yəni "hamiləlik qabiliyyəti nisbətən aşağı olan” mənasında istifadə edilir. Bu cütlük müntəzəm olaraq qorunmadan münasibətdə olsa da, hamilə qalma nisbəti 2-3%-ə qədər enməkdədir. Belə namizədlər müalicə olunmasalar, 4-5 il sınaq müddətindən sonra uşaq sahibi ola bilərlər.

Digər bir cütlük isə 0% kateqoriyasındadır. Belə cütlüklərin hamilə qala bilməməsinin səbəbi araşdırılmasa və müalicə edilməsə hamilə qalma ehtimalı heçə bərabərdir. Bu 0% kateqoriyası "infertil” adlandırılır. Onlar cütlüklərin çox kiçik hissəsini təşkil etsələr də, az deyildir. Düşünülən səbəblər qadında hər iki "fallop” (uşaqlıq borusunun) qapalı olması, qadında döllənəcək yumurtanın yaranmaması, kişinin sperma sayının çox zəif olması və ya  heç olmaması, ya da bütün bunların cəmidir.

Sonsuzluq
"İnfertilite” (sonsuzluq)

İnfertilite (sonsuzluq) 12 tsikl (tsikl: qadında bir adətin ilk günündən sonrakı adətin ilk gününə qədər keçən müddət yəni, adət dövrüdür.) boyunca qorunmadan və yetərli sayda cinsi münasibətdə olmasına baxmayaraq hamiləliyin yaranmamasıdır.

Özünüzdə və ya yoldaşınızda bir qüsur olduğundan şübhələnmədən əvvəl 12 tsikli (təxminən bir il) sınamanızda və bir müddət sonra həkimə müraciət etməyinizdə fayda var. Bu bir illik gözləmə müddətində hamilə qalma şansını əldə edə bilər və infertilite üçün edilən yoxlamaların gətirəcəyi psixoloji, fiziki və maddi yüklərdən qurtarmış olarsınız.

12 tsikli gözləmədən həkimə müraciət etməyi lazım olan cütlüklər də vardır. Ana namizədinin yaşının 35 və ya daha çox olması, namizədlərdən birində hamiləliyə mane olan bir vəziyyətin olması bu namizədlərin həkimə daha tez getmələriüçün əsas şərtdir.

Hamilə qala bilməməyin  səbəbləri

Hamiləliyin qarşısını alan səbəblərdən ən başlıcasının cütlüyün aylıq 20-25 %-lik şansı əldə etməmələri olduğundan bəhs etmişdik.

Əlbəttə, sınaq müddətini uzatdıqca hamiləliyin şansını əldə etmiş olarlar. Bəlli bir müddətdən sonra ( ən azı 12 tsikllik sınaq sonrası) yenə də müsbət bit nəticə olmazsa, həkimə müraciət etmək lazımdı.  Ediləcək müayinə hamiləliyə mane olan səbəb və ya səbəbləri ortaya çıxarmaq üçün lazımdır.

Yoxlamalar zamanı təxminən 10% qadında və ya kişidə hamiləliyin qarşısını alan bir səbəb tapılmaz. Bu yoxlamalar zamanı müəyyən edilir ki, yumurtalama olduğunu göstərməsinə, uşaqlıq borularının açıq olmasına və sperma analizinin normal olmasına baxmayaraq, hamiləlik yaranmır. Bu vəziyyətdə "açıqlanmayan”  infertilite diaqnozu qoyulur. Açıqlanmayan infertilite kateqoriyasına daxil olan cütlüklərin sayı azalmaqdadır. Çünki texnologiya inkişaf etdikcə, yeni elmi irəliləmələr olduqca "açıqlanmayan" infertilite faktların bir qismi aşkar edilir.

Sonsuzluq
Yaşın təsiri

25 yaşda olan 100 qadın ilə yoldaşları da "uyğun yaşlarda” olan 100 kişidən təşkil olunan və təsadüfən seçilmiş 100 cütlüyə nəzər yetirək. Statistik məlumatlara görə, bu cütlük qorunmasız olaraq nizamlı münasibətdə olduğunda qadınların 50%-i 5,5 ayda hamilə qalır. Yenə statistikaya görə, qadının yaşındakı hər 5 illik artıma qarşı hamilə qalma müddəti ikiqat artar. Kişinin yaşı isə bu rəqəmlərə az təsir edər. Bu rəqəmlərə görə 30-34 yaş qrupunda olan hər 7 qadından biri, 35-39 yaş qrupunda hər 5 qadından biri, 40 və daha çox yaşlarda olan hər 4 qadından biri bir illik bir sınaq müddətinin sonrası hamilə qala bilməmək problemi ilə üzləşəcəkdir. Deməli, qadının yaşı hamilə qalmaq  baxımından ən əsas faktordur.

Cinsi münasibətdə nizam

Statistika həftədə bir dəfə, ya da daha az münasibətdə olanlarda həftədə ən az iki dəfə nizamlı olaraq münasibətdə olanlara görə hamiləliyin daha gec yarandığını göstərir. Həftədə üç və daha çox nizamlı olaraq münasibətdə olan sağlam cütlükdə hamiləlik yaranma nisbəti ən üst səviyyədədir.


Şərhlər: 5
Baxılıb: 784
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah her bir aileye usaq nesib etsin insallah

Allah her bir aileye usaq nesib etsin insallah
12 iyun 2015 16:17
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
En baslica problemlerden biridir. Ona gore evlendikden derhal sonra hekime gedib problemleri mueyyen etmek lazimdir.
12 iyun 2015 10:07
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
son zamanlar atran problemlerden biridir allah uzaq elesin
12 iyun 2015 08:30
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Bir cox ailelerde bu problem var.Allah komek olsun
12 iyun 2015 07:10
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Çox şükür iki qizim var,olmayanlara da versin Yaradan o şirin paydan.
12 iyun 2015 05:23
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz