Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərdə sonsuzluq səbəbləri
Kişilərdə sonsuzluq səbəbləri
Göndərən: Nazlı_qız
Şərhlər: 6
Baxılıb: 1881
Səs ver:
Hər mədəniyyətin özünə xas klassikləri vardır. Bizim mədəniyyətimizin ən əhəmiyyətli klassikləri arasında yeni evlənən cütlərə ‘ uşaq nə vaxt olacaq?' sualını soruşmaq yer tutur. Uşaqsız keçən bir neçə ilin ardından artıq yaxın ətrafda ‘Yəqin uşaqları olmur' səsləri yüksəlməyə başlayır. Bundan ən çox zərər çəkmiş olansa yenə, qadınlardır. Çünki bir cütün uşağı olmursa əvvəl qadın şübhəli vəziyyətə düşər. Halbuki uşağı olmayan cütlərdə problemin 30 - 50% kişidən qaynaqlanar.

Kişilər qadınlarla müqayisə edildiyində çox həsas deyillər. Ancaq söz mövzusu sonsuzluq olduğunda, kişilər də bir xeyli həssaslaşa bilir. Uşağı olmayan cütlərin 30 - 50% ində problemin kişidən qaynaqlandığı düşünüldüyündə haqsız da sayılmazlar.
 
Kişidəki bu problemlərin səbəbi 30 - 40% faktda açıqlana bilməz. Sperma keyfiyyət və sayındakı pozuqluqların səbəbi tapıla bilmədiyində bir sıra təcrübi dərman müalicələri tətbiq olunardı. Ancaq bu müalicələrin hər hansı bir fəaliyyətinin olmadığı görüldü.

Mikroenjeksiyon texnikasının 1992-ci ildən etibarən tətbiq olunulmağa başlanmasıyla birlikdə kişi sonsuzluğunun müalicəsində bir dönüş nöqtəsi yaşandı. Bu texnika ilə şiddətli kişi sonsuzluğu vəziyyətlərində belə yüksək hamiləlik nisbətləri əldə etmək mümkün hala gəldi.
 
Kişidəki sonsuzluq səbəblərini 2 ana qrupda yığmaq mümkündür.

1. Sperma istehsal pozuqluqları:
Kişi sonsuzluğu hadisələrində spermanın istehsal və yetkinləşmə pozuqluqları ən sıx rast gəlinilən vəziyyətdir. İstehsal pozuqluğu sperma sayından qaynaqlana bilər. Qadın yumurtasının döllənməsini maneə törədən sperma hərəkətlərinin zəifliyi və ya sperma şəkillərinin (morfologiya) anormallığı ilə də əlaqədar ola bilər. Kişinin spermasının normal qəbul edilə bilməsi üçün sayının ən az 20 milyon/ml, hərəkətli sperma nisbətinin 30% və strukturca olaraq normal sperma nisbətinin 4% ün üzərində olması lazımdır. Sperma dəyərlərinin yuxarıda ifadə edilənin altında olması halında təbii yollardan hamiləlik əldə edilməsində diqqətə çarpan çətinliklər yaşanmağa başlanar.

Bir çox faktor spermiogenezi (sperma hüceyrələrinin istehsalı və yetkinləşməsi) mənfi təsir edə bilər. Bunlar aşağıdakılardır.

İltihabı xəstəliklər: Bəzi bakteriya və viruslar kişidə yumurtalıq iltihabına səbəb olar. Yumurtalıqlarından iltihabı bir xəstəlik keçirən kişilərin təxminən 25% ində sonsuzluq problemi meydana gələr.
Hormon pozuqluqları: Sperma və kişilik hormonu olan testosteron hormonunun istehsalı beyin sapından ifraz olunan iki hormon (folicle stimulating hormon və luteinizing hormon) tərəfindən nəzarət edilər. Bu hormonların aşaği düşməsinə aid pozuqluqlar kişi sonsuzluğunun 2 - 5% i təşkil edər.
Ekoloji problemlər: Xərçəng müalicəsi üçün istifadə edilən şüa və dərmanlayar sperma istehsalını poza bilər.

2. Strukturca pozuqluqlar
Spermanın istehsal yeri olan yumurtalıqlardan çölə çıxmasını maneə törədən tam və ya qismi tıxanıqlıqlar sonsuzluq səbəbi ola bilər. Bu tıxanıqlıqlar doğuşdan ola biləcəyi kimi sonradan bir infeksiyaya da bağlı ola bilər. Yumurtalıq bölgəsindən keçirilmiş bir cərrahı müdaxilə də tıxanıqlığa yol aça bilər.


Şərhlər: 6
Baxılıb: 1881
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
tibb inkishaf edib bunlarinda caresi vardir
29 may 2015 14:33
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Allah her kese evlad versin
Vaxtinda oglan uwaqlarinda olan qrijalari da kesdirmeseler sonra sonsuzluq yaradir
29 may 2015 14:25
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Marta
Kimyevi terapiya da spermaya tesir eden amillerden biridir. Allah arzusunda olan her xanimi,kisini sevindirsin tezlikle amin!
29 may 2015 13:04
# 4
Немного терпения, и у тебя все получится..
BARBI
Kisilerde esas sonsuzluq problemi spermaya gore yaranir. Bezen sperma faizi cox asagi olur keyfiyyeti olmur. Bu da mualice olunmadiqda sonsuzluga cevrilir
29 may 2015 09:29
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Miss_Oxatan
Menim yoldawim analiz verib neticeler yuksek seviyyededir,gorek de ne olur.Allah ozu yol acsin.amin.
29 may 2015 07:53
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
isveç.de
Allah hərkəsə övlad payı versin inşAllah.

Luna-90 Şəxsi smslərinizi silin.
29 may 2015 03:21
# 1
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz