Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bitişmələr - sonsuzluğun səbəbi
Bitişmələr - sonsuzluğun səbəbi
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 1358
Səs ver:
İnsanın qarın boşluğunda və kiçik çanaqda yerləşən daxili orqanlar hərəkətlidir.

Bu hərəkətlilik orqanların normal fəaliyyətini təmin edir. Belə ki, bağırsaqların hərəkətliliyi onların normal boşalmasını təmin edir, uşaqlıq borularının hərəkətliliyi yumurta hüceyrəsinin bura düşməsini təmin edir və s. Bu hərəkətlilik pozulduqda, orqanın normal fəaliyyəti də pozulur.

Bəzən sonsuzluğun müalicəsinə görə həkimə müraciət edən cütlükdə heç bir ciddi patologiya aşkar olunmur - spermoqramma, hormonal analizlər, ovulyasiya və s. norma daxilindədir, lakin hamiləlik baş tutmur. Bir çox hallarda bunun səbəbi qadının kiçik çanağında olan bitişmələr olur.

Hal hazırda ginekologiyada bitişmə xəstəliyinə çox tez-tez təsadüf edilir. Bitişmə xəstliyi zamanı nə baş verir? Müxtəlif səbəblərə görə (infeksiya, travma, əməliyyat və s.) uşaqlıq borularının ətrafında birləşdirici toxuma əmələ gəlir, uşaqlıq boruları uşaqlığa, yumurtalığa, çanağın divarlarına bitişir ki, bu uşaqlıq borularının hərəkətliliyini pozur. Uşaqlıq borularının normal hərəkətliliyi hamiləliyin baş tutması üçün çox vacibdir.

Ovulyasiya zamanı yumurta hüceyrəsi yumurtalıqdan çıxdıqda uşaqlıq borusu onu tutur. Daha sonra uşaqlıq borusunun ampulyar hissəsində mayalanma (yumurta hüceyrəsinin və spermatozoidin birləşməsi) baş verir. Mayalanmış hüceyrə uşaqlıq borusu ilə hərəkət edərək uşaqlığa çatır və burada implantasiya edir (uşaqlığın divarına yapışır). Beləliklə, uşaqlıq borusu hərəkətsiz və ya özünə xas olmayan vəziyyətdə olarsa (uşaqlığa və ya yumurtalığa bitişmiş vəziyyətdə) yumurta hüceyrəsini bura düşməyəcək. Bu isə mayalanmanın və nəticəsində hamiləliyin baş verməsinə mane olacaq.

Bitişmələr tək uşaqlıq borularının ətrafında deyil, borunun daxilində də əmələ gələ bilər. Bu halda borunun mənfəzi bağlı olur və boru mayalanmada iştirak edə bilmir.

Bitişmələrin səbəbləri:

- kiçik çanaq orqanlarının iltihabları. Buna uşaqlıq, yumurtalıqlar və periton qatının (qarın boşluğu divarlarını və üzvlərini örtən seroz qişa) iltihabları aiddir.

Belə iltihabların səbəbləri arasında: uşaqlıq daxili "spiral"lar, abort, cinsi yolla keçən infeksiyalar (xlamidioz, ureaplazmoz, trixomoniaz, mikoplazmoz, süzənək).

İltihab zamanı kiçik çanaqda peritonun üzərində fibrin əmələ gəlir. Bu xüsusi maddə yaxında yerləşən toxumaları sanki biri birinə yapışdırır ki, iltihab daha da yayılmasın. Bu orqanizmin qoruyucu mexanizmidir. Daha sonra bu yapışmış toxumaların arasında bitişmələr yaranır.

- qarın boşluğu orqanların iltihabı (məsələn, appendisit). Bir çox hallarda məhz keçirilmiş appendisit qadınlarda kiçik çanaqda bitişmələrə səbəb olur.

- travmalar, cərrahi əməliyyatlar. Uşaqlıqdan kənar hamiləlik, yumurtalığın yırtılması (apopleksiya), qadın cinsiyyət orqanlarında aparılan müxtəlif əməliyyatlar, peritonun travmaları nəticəsində kiçik çanaqda bitişmələr əmələ gələ bilər.

- endometrioz xəstəliyi zamanı normada yalnız uşaqlığın daxilində olan toxuma (endometrium) uşaqlıqdan "çıxaraq" digər yerlərə yayılır və bu da bitişmələrin əmələ gəlməsinə səbəb olur.

Təbii ki, qarın boşluğunun və kiçik çanağın istənilən iltihabları bitişmələrə səbəb olmur. Müalicə vaxtında başlandıqda və düzgün aparıldıqda, bitişmələrin əmələ gəlməsi riski azalır.

Beləliklə, bitişmə xəstəliyi sonsuzluğa səbəb ola bilər. Bu səbəbdən sonsuzluğa görə müayinədən keçən qadında xəstəlik də istisna olunmalıdır.

Ginekoloq adi gikekoloji müayinə zamanı bitişmələrdən şübhələnə bilər - müayinə qadında ağrılara və xoşagəlməz hisslərə səbəb olur, kiçik çanaq orqanları azhərəkətlidir və s. Diaqnozun dəqiqləşdirilməsi üçün qadın cinsi yolla keçən infeksiyalara yoxlanmalı, USM-dən, lazım olduqda MRT-dan keçməlidir. Laparoskopiya bitişmələrin diaqnostikasında ən dəqiq müayinə metodu sayılır. Qadının qarın boşluğunda kiçik kəsiklər aparılır və bu kəsiklərdən laparoskop (videokamera ilə təchiz olunmuş nazik borucuq) və xüsusi alət daxil edilir. Görüntülər monitora ötürülür və həkim xəstəyə dəqiq diaqnoz qoyur.


Şərhlər: 7
Baxılıb: 1358
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
lelos
Allah hamiya kömek olsun
22 aprel 2015 17:27
# 7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Nezka
Allah uzaq eləsin
19 aprel 2015 00:37
# 6
İçimi görsən mənə aptek alarsan.
Qlamurr
Bu haqda heç bir məlumatım yoxuydu,demək ki,hər qadın vaxtında ginekoloji müayinədən keçməlidir ki,sonra bu cür problemlərlə qarşılaşmasın..
18 aprel 2015 23:15
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
vipbetul
Allah her kese sefa versin insallah
18 aprel 2015 18:30
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
Allah uzaq elesin nc nc
18 aprel 2015 15:31
# 3
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Fialka
Qadın xəstəlikləri nə qədərdi, düzü bu haqda elədə məlumatlı deyildim , ümumiyyətlə qadınlar vaxtı vaxtında ginekoloji müayinədən keçsələr yaxşı olar..
18 aprel 2015 15:07
# 2
BARBI
Bitismeler haqda oxumusdum daha cox soyuqlama qrip cox olan qadinlarda bu hallar musahide edilir
18 aprel 2015 14:41
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz