Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonsuzluq nədir?
Sonsuzluq nədir?
Göndərən: Nazlı_qız
Şərhlər: 12
Baxılıb: 1223
Səs ver:
Sonsuzluq- yeni qurulan ailənin qorunmasız olaraq cinsi əlaqəyə girməsi fonunda1 il keçməsinə baxmayaraq hələ uşaq olmamasıdır. Dünyada bu vəziyyətdə olan təxminən 5 milyon ailə vardır. Ancaq bu cütlərdən yalnız 10% i həkimə gedərək müalicə yollarını axtarmaqdadır. Biz bu məqalədə sonsuzluğun psixoloji təsirlərini və nəticələrini araşdıracağıq.
Kişi və qadın cinsiyyət sistemindəki problemlər:
Anormal sperma ya da anormal yumurta hüceyrənin varlığı sonsuzluğa yol aça bilər. Əgər spermatozoid həddindən artıq böyük olarsa o zaman qadındakı yumurta hüceyrəni mayalandırmayacaqdır. Bunun nəticəsində də hamiləlik baş tutmayacaqdır.
Hamiləlik üçün maneələrin olması:
Bir çox insan körpə sahibi olmaq üçün əvvəlcə çox çalışır və bunun üçün əlindən gələni edir. Ancaq bir müddətdən sonra, istədiyinə yetişə bilməyən insanın içində istək qalmır. Beləliklə, əgər cütlərdə problem yoxdursa psixoloji olaraq mənim körpəm olmayacaq duyğusu insanı üstələyir və beyindən gələn bu siqnallar sayəsində də insanda cinsi keyfiyyət aşağı düşür.
Stress
Dövrümüzün xəstəliyi stress kişilərdə spermanın keyfiyyətinə və kəmiyyətinə mənfi təsir edir. Buna görə də çalışın özünüzü stresdən uzaq tutasınız.
Depressiya
Depressiya insanda sinir sistemində və hormonlarda deformasiyaya (forma dəyişikliyi) səbəb olaraq sperma ifrazını azaldır. Qadınlarda isə aybaşını pozaraq nizamsız hala sala bilir. Buna görə də çalışın depressiyaya qapılmayasınız.
Sağlamlıq problemləri
Yüksək Arterial təzyiqə malik insanların qəbul etdikləri bəzi dərmanlar da hamilə qalmağın qarşısını ala bilər.

Sonsuzluq haqqında bilmək istədiyiniz məlumatlar

Evləndiniz və artıq bir uşağınız olsun istəyirsiniz. Halbuki bütün sınaqlarınıza baxmayaraq bir nəticə əldə edə bilmirsiniz. Bu vəziyyətdə sonsuzsunuzmu? Sonsuzluq haqqında nə bilirsiniz?
Sonsuzluğun əsas səbəbləri nələrdir?
Ailələrdə sonsuzluq kişi, qadın və ya hər ikisindəki problemlərə bağlı ola bilər. Sonsuz cütlərin 30% i kişiyə bağlı, 30% i qadına bağlı səbəblər üzündən körpə sahibi ola bilmirlər. Cütlərin 40% i isə həm kişi və həm də qadında olan problemlər üzündən körpə sahibi ola bilmirlər. Kişilərdə spermatozoidlərin sayının, hərəkətliliyin az olmasının və ya normal quruluşdakı spermatozoidlərin az olması, spermada heç spermatozoid olmaması nəticəsində sonsuzluq yarana bilir. Bundan əlavə cinsi əlaqə zamanı bacarıqsızlıq da sonsuzluq səbəbi ola bilər. Qadında isə ovulyasiyanın olmaması, endometrioz (uşaqlığa aid bir xəstəlik),uşaqlıq borularının mənfəzinin müəyyən səbəblər üzündən bağlı olması və uşaqlıqda miomaların olması sonsuzluğa səbəb ola bilər.
Sonsuzluq indi daha çoxmu yayılıb?
İndiki vaxtda evlənmə yaşı artdığı üçün və evlənən cütlər uşaq törətməyi təxirə saldıqları üçün sonsuzluq daha sıx rast gəlinir. Bundan əlavə zəmanəmizdə infeksiyaların artması uşaqlıq borularının mənfəzinin bağlanmasına səbəb olaraq sonsuzluğa gətirib çıxara bilir. Son zamanlar aparılan tədqiqatlar hər altı ailədən birində sonsuzluq problemi olduğunu göstərmişdir.
Köklük sonsuzluğa səbəb olurmu?
Xeyr, bir çox kök qadın sonsuz deyil. Lakin, köklük polikistoz xəstəliyi və ya hormon pozğunluqlarının nəticəsidirsə sonsuzluq problemləri yaşana bilər.
Hamiləliyin qarşısını alan dərmanları istifadə edən qadınlar sonradan hamilə qalmaqda çətinlik çəkə bilərmi?
Hamilə olmağın qarşısını alan dərmanları istifadə etməni buraxdıqdan sonra hamiləliyin reallaşa bilməsi üçün bir neçə ay keçə bilər. Xüsusilə yaşı çox olan qadınlarda bu vəziyyət daha diqqətə çarpandır. Bu təsir keçicidir.
Uşaqlıqdaxili spiral istifadə edənlərin daha sonra hamilə qalmaları çətindirmi?
Ümumiyyətlə bir problem olmaz. Lakin, uşaqlıq içi vasitə istifadə etmək infeksiyaya gətirib çıxararaq uşaqlıq borularının mənfəzinin tutulmasına səbəb ola bilər. Uşaqlıqdaxili vasitə istifadə edərkən artan qanaxma və ya ağrı bir problem olduğunu göstərir.
Stress sonsuzluğa səbəb ola bilərmi?
Stress ümumiyyətlə sonsuzluğun nəticəsidir. Lakin çox ağır stress ovulyasiyada problemlərə və cinsi əlaqənin azalmasına səbəb ola bilər.
Sonsuzluqdan müalicə olunan cütlərin hamilə qalma şansı nə qədərdir?
Bu cütün probleminə bağlıdır. Bəzi səbəblər çox asan müalicə edilərkən, digərlərində inkişaf etmiş texnikaların istifadə edilməsi və uzun zaman lazım ola bilər.
Cütlər sonsuzluq səbəbi ilə həkimə nə zaman müraciət etməlidirlər?
Sağlam cütlərin hər ay hamilə qalma şansı 20% dir. Cütlərin yarısından çoxu 6 ay içində hamiləlik əldə edir. Ailə qurduqdan sonra 18 ay nizamlı cinsi əlaqədə olmanıza baxmayaraq hamiləlik əldə edə bilmirsinizsə, həkimə müraciət etməniz lazımdır.
Bu qədər uzun müddət gözlənməsi lazım olmayan cütlər varmı?
Əgər cütlər hər hansı bir problemdən şübhələnirsə, məsələn qadının aybaşısı çox nizamsız və ya yoxsa, infeksiya təhlükəsi və ya aybaşı qanaxmaları və cinsi əlaqə zamanı şiddətli ağrı şikayətlənməsi varsa, kişilərdə aşağı enməmiş xayalar (xayalar uşaq doğulanda aşağıda xayalıq kisəsində yerləşir, ancaq ana bətnində çanaqda yerləşirlər və bəzən uşaq doğulduqdan sonra da xayalar çanaqda qalır və xayalıq kisəsi boş olur), xayalarda keçirilmiş cərrahi əməliyyatlar və ya xayalara zərbə halları varsa həkimə dərhal müraciət etmək lazımdır. Həkimə müraciət etməsi lazım olan digər qrup qadınlar və kişilər yaşı 35dən çox olan və hamilə qalmaq istəyən qadınlardır. Hamilə qala bilmə şansı yaş artdıqca azaldığı üçün bu cütlər vaxt itirməməlidirlər.
Cütlər həkimə birlikdə getməlidirlərmi?
Uşaq sahibi ola bilməmənizə səbəb olan problem qadında, kişidə və ya hər iki yoldaşda birdən ola biləcəyi üçün həkimə mütləq cütlərin birlikdə müraciət etmələri lazımdır.
Həkim nə kimi suallar verə bilər?
Qadına yönəldiləcək suallar- Qadının yaşı, nə qədər zamandır uşaq istəndiyi, əvvəllər bir hamiləliyin olub olmadığı, aybaşı dövrlərinin nizamı, qanaxmanın miqdarı, müddəti, ağrı və digər şikayətlənmələrin olub olmadığı qadına yönəldiləcək suallardır. Bundan əlavə vaginal (uşaqlıq yolu) axıntı, cinsi əlaqədə ağrı, keçirilmiş infeksiyalar, keçirilmiş cərrahi əməliyyatlar haqqında məlumat istənilə bilər.
Kişiyə yönəldiləcək suallar-Kişinin ümumi sağlamlıq vəziyyəti, keçirilmiş əhəmiyyətli xəstəlik və cərrahi əməliyyatlar, parotit infeksiyasını (el arasında "svinka"deyilir) keçirdisə hansı yaşda keçirdiyi, enməmiş xayalar və ya xayalara zərbə hallarının olub olmadığı, erkən boşalma və impotensiya (bacarıqsızlıq) kimi cinsi funksiya pozğunluqlarının varlığı ilə bağlı suallar soruşulacaq.

Müayinə olmaq lazımdırmı?

Fiziki, hormonal və USM müayinələr sonsuzluq araşdırmalarının ən əhəmiyyətli pillələrindən biridir. Müayinəyə başlamazdan əvvəl tam anamnestik məlumat toplanmalıdır (nə vaxt ailə qurulduğu, cinsi əlaqələrin sayı, qadında aybaşının normal gedişi, kişidə cinsi qabiliyyət vəs.) Qadının ginekoloji müayinəsi, USM araşdırmasının edilməsi, uşaqlıq ağzından (uşaqlıq boynu) nümunə götürülərək patoloji araşdırma edilməsi və mikrobioloji araşdırmalar, hormonal müayinələr üçün nümunə götürülməsi lazımdır. Kişinin isə xayaları muayinə edilərək lazım olduğunda USM araşdırma aparılır, prostat vəzi, cinsi qabiliyyətlik, spermanın keyfiyyət və kəmiyyəti, spermatozoidlərin hərkətlilik qabiliyyəti və onların sayı vəs. kimi müayinələr aparılmalıdır.


Şərhlər: 12
Baxılıb: 1223
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Luna-90
Bezdik valla bu sonsuzluqdan
14 aprel 2015 21:18
# 12
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Qlamurr
Günümüzün ən böyük problemi sonsuzluqdu,Allah heç kimi uşaqla sınağa çəkməsin,çətin işdi.Bəzən səbəbi də bilinmir,müalicəsi illərlə vaxt aparır.
14 aprel 2015 20:44
# 11
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
lelos
Allah hamiya kömek olsun
14 aprel 2015 18:00
# 10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Nur k-off
Allah uzaq etsin
14 aprel 2015 16:51
# 9
SVETA
Fialka
Allah heç bir ailəyə göstərməsin olduqca ciddi problemdi, yaxşı olar ki, vaxtında müalicə olunsun, birdəki tək qadınlar yox kişilərdə həkim müayinəsindən keçməlidirlər.
14 aprel 2015 15:45
# 8
emis
ciddi prablemdi. mende qorxuram bele seylerden geleceyimiz ucun narahat olmaliyiq. ozumuzu qorumaliyiq sudan soyuqdan yoxsa cox pis fesadlara yol aca biler . hemcini aybasinin pozulmasi ile de elaqedardi bu xestelik. burdada yazildigi kimi dunyani basina alib uje bu sonsuzluq prablemi. qiz vaxtindan hec olmasa soyuqluga qarsi 1 kurs mualice alinsa yaxsi olar. mendede soyuqlama dehset derecede coxdu mende mualice almisam yenede mualice lazimdi mene. analarimiz deyir deyir ama dinleyen kim. ere gedib fesadlarini gorennen sora deyirler ki kas anamizi dinleyerdik
14 aprel 2015 15:33
# 7
Menim balam
Allah her bir qadına Ana olmağı nesib elesin ve bele problerden uzaq tutsun. Insan gerek birinci elde özü hekimi olmalıdır. Çox qız uşaklarında aybaşi gecikmesi olur ve analar bunu nezere almır ki, cammatın içinde ayıdıree deyecekler ki, filankesin qızına ne olub ki, qadın hekimine gedir. Ona göre nezere almırlar axırda aile quranan sonra uşaq olmur ora- bura gedirler, hekimde deyir ki, gerek evvelden üstüne düşsen bele çox problem yaranmazdı. Bizim qohumun gelini men deyen kimi olub,hekime getmeyib qız vaxtı indi 5 ildir Türkiye, iran, Bakı, mingeçevire her yerde yoxlanıb hamı eyni sözü deyir.
Genc qızların nezirine : eger aybaşi nizamsız olursunuzsa hekime müraciet edin! Yoxsa gelecekde çox probler yaranacaq.
14 aprel 2015 15:15
# 6
Nezka
Bu haqda çox bilmirdim Allah uzaq eləsinn
14 aprel 2015 15:08
# 5
İçimi görsən mənə aptek alarsan.
vipbetul
qaliba son zamanlar bu sonzuzluq yayilibki bu barede cox yazi gedir
14 aprel 2015 15:04
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
guler19
Bəzən uca Allah sonsuz adını alan şəxslərə özünə agah hikmət səbəbindən övlad verir, bəzən də övlad sahibi olmaqda heç bir qüsuru olmayan şəxslər ömrün sonunadək valideyn olmaq həsrətilə yaşayırlar. Sözsüz ki, övlad sahibi olmaq üçün müalicə olunmaq, eyni zamanda Allahdan ümidi kəsməmək lazımdır. RƏBBİM həsrətində olan hər bir ailəyə övlad sevinci yaşatsın inşALLAH amin.
14 aprel 2015 14:59
# 3
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Tomris Müslümova
oxudumçallah uzaq elesin hamidan
14 aprel 2015 14:59
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Artiq her seyin mualicesi var sonsuzluqda hemcinin sadece erken bilmek sertdir
14 aprel 2015 14:43
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz