Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonsuzluq və onun bəzi səbəbləri
Sonsuzluq və onun bəzi səbəbləri
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 1283
Səs ver:
Yaş: Qadınların uşaq sahibi ola bilmə şansının ən yüksək olduğu dövr 20-26 yaşlar arası hesab olunur, bu şans 30 yaşından sonra sürətlə azalır.
Tam sağlam bir qadının 18-20 yaş arası hamilə qalma nisbəti 94%, 20-24 yaş arası 91%, 25-29 yaş arası 86%, 30-34 yaş arası 77%, 35-39 yaş arası 60%, 40-45 yaş arası 30%-dir.

Evlilik müddəti: Qeyd etdiyimiz kimi evliliyin ilk birinci ilində hamilə qalma şansı 75% olarkən, bir il artıq gözlədikdə, yəni ikinci ilin sonunda bu nisbət ancaq 10% artaraq 85%-ə qalxır.

Cütlərin uşaq sahibi olma istəyi: Ailədə əgər yoldaşlardan biri istəməzsə o cütün uşaq sahibi olma şansı azalmaqdadır.

Evlənmə yaşı: 16-20 yaşlar arasında evlənmiş qadınlarda ancaq 4.5% nisbətində sonsuzluğa rast gəlinir. 35-40 yaşları arasında evlənmiş olanlarda isə bu nisbət 31.3% -ə yüksəlir. 40 yaşından sonra evlənmiş olan qadınlarda isə bu nisbət 70% ətrafındadır.

Cinsi əlaqə sıxlığı: Uşaq sahibi ola bilmək üçün ən uyğun cinsi təmas həftədə 2-4 dəfədir. Həftədə 2-4 dəfədən çox və ya az cinsi əlaqə uşaq sahibi ola bilmə şansını azaldır. Bununla yanaşı cinsi əlaqə günlərinin, qadının ovulyasiya günlərinə uyğun günlərdə edilməsi də hamiləlik şansını artırır.

Cinsi əlaqə texnikası: Hamilə qala bilmək üçün ən uyğun vəziyyət, klassik olaraq bilinən qadının altda, kişinin üstdə olduğu "üz-üzə" olan vəziyyətdir. Bundan əlavə cinsi əlaqədən sonra bir müddət qadının kürəyi üsdə yatması da hamiləlik şansını artırmaqdadır.

Cinsi əlaqənin ağrılı olması: Ağrılı cinsi əlaqə bəzi xəstəliklərdən qaynaqlana bilər və bu da istəksizlik və qorxuya gətirib çıxararaq cinsi əlaqəyə maneə törədir, hamiləlik şansını azaldar.

Həddindən artıq köklük: Bu vəziyyət ümumiyyətlə həm bir hormonal pozğunluğun nəticəsi ola biləcəyi kimi, həm də normal cinsi əlaqəyə mane olaraq hamilə qalma şansını azalda bilər.

Qidalanma pozğunluqları: Qeyri-kafi və balanssız qidalanma nəticəsində yaranan vitamin çatışmazlıqları da qəti olmasa da sonsuzluq səbəbləri arasında qəbul edilməkdədir.

Zəhərlənmələr: Xüsusilə uyuşdurucu maddələrin səbəb olduğu xroniki zəhərlənmələr də hamilə qalmağa maneə törətməkdədir. Bu maddələrə həddindən artıq siqaret və spirt vərdişləri daxildir.

Gərginlik (Psixi pozğunluqlar, stress): Gərginlik, başda ovulyasiya olmaqla bütün qadın cinsiyyət orqanlarına mənfi təsir edərək, hamiləlik şansını azaldır.

Məlumatsızlıq: Ölkəmizdə cinsi təhsil əksikliyi sonsuzluq səbəbləri arasında əhəmiyyətli bir yer tutur. Məlumatsız edilən cinsi əlaqələr, uşaq olması üçün istifadə edilən dərmanlar, uşaq salma təşəbbüsləri, sonunda ciddi bir şəkildə sonsuzluq səbəbi ola bilməkdədir.


Şərhlər: 7
Baxılıb: 1283
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qlamurr
Sonsuzluq günümüzün aktual problemlərindəndir,ancaq hər kəs də səbəb fərqlidir,elə hal da olur ki,səbəbi bəlli olmur.Allah hər birimizə xeyirli övlad nəsib eləsin.
24 mart 2015 22:46
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
lelos
Allah her hese kömek olsun
24 mart 2015 17:55
# 6
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
ece uslu
allah hec kesi ovladlsizliqla imtahana cekmesin sonsuzluq indi en aktual problemdi
24 mart 2015 16:04
# 5
Antikvar
Tebii yuxarida qeyd edilen yas dovurleri birinci ovlad olanlar gozluyenler ucun nezerde tutulur.Cunki 30 yasdan yuxari ikinci ,ucuncu usaqa qalmaq problem deyil.Hetta 32,33, yasda bir tanis qadin 5 -ci ovladini dunyaya getirmisdi.

Cinsi isteksizlik ve agrili olmasi qaddinda problem olmagindan ireli gelir.Ya endometrioza,ya kista,ve basqa qadinsal problemlerdendi.

Yuxarida qeyd olunanlar neinki sonsuzluga getirib cixartmamagi ucun hemcinin saglamligimiz ucun istifadeye verilmis duzgun melumatlardi.En esasi ovlladi veren taleyimize yazan Allahdi.Allah her bir qadina analiq duygusunu yasadsin insallah
24 mart 2015 15:22
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Her kese allahin verdiyi vaxt var bezende senebsiz sonsuzluq olur bu ise en pis haldir
24 mart 2015 15:04
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
bu haqda xeber tez tez olmasi yaxsidi melumatlandiriliriq
24 mart 2015 14:39
# 2
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
vipbetul
Allah her kese ovlad bexs etsin insallah
24 mart 2015 14:37
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz