Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərdə immunoloji sonsuzluq
Kişilərdə immunoloji sonsuzluq
Göndərən: Nazlı_qız
Şərhlər: 7
Baxılıb: 1010
Səs ver:
Hər bir kişi bilir ki, qasıq nahiyəsi istənilən zərbələrə qarşı çox zərif hesab olunur.

Xayaların güclü əzilmələri, cırılmaları, kəsikləri, bir çox hallarda, xüsusən də travmadan sonra həkimə müraciət etmədikdə sonsuzluğa səbəb ola bilir. Belə hal immunoloji sonsuzluq adlanır. Bəs bu necə baş verir?

İmmun sistem - doğulan gündən etibarən "öz hüceyrələri” ilə "yad hüceyrələri” (viruslar, infeksiyalar, xərçəng hüceyrələri və s.) ayırmağı öyrənir. İnsan doğulan an onun orqanizmində olan hər bir şey onun "özününkü” hesab olunur, digərləri isə - "yad” hesab olunaraq məhv edilməlidir.

Aydındır ki, oğlan uşağı doğulan kimi onun orqanizmində spermatozoidlər olmur; onlar yalnız yeniyetmə yaşlarında yaranmağa başlayırlar. Bu zaman onlar orqanizmin digər hüceyrələrindən xeyli dərəcədə fərqli olurlar – onların daxilində olan xromosomlar sayca iki dəfə az olur. Nəticədə immun sistem onları "yad” kimi qəbul edir. Ancaq sağlam kişi orqanizmində spermatozoidlər immun sisteminin "hücumlarından” etibarlı şəkildə müdafiə olunurlar. Spermatozoidlər immunoqlobulinləri və limfositləri (immun sistemi hüceyrələri) daxilinə buraxmayan xayaların xüsusi toxum kanallarında inkişaf edirlər. Bundan başqa, toxum kanallarında xüsusi maddə də ifraz olunur ki, bu maddə də möcüzə olaraq xayaya daxil olan limfositləri məhv etmək qabiliyyətinə malik olur. Ancaq xaya nahiyəsinə olan hətta ən zəif zərbə nəticəsində belə, bu təbii müdafiə səddinin pozulması baş verə bilər ki, bu zaman immun sisteminin hüceyrələri xayaya asanlıqla daxil olaraq spermatozoidləri məhv etməyə başlayırlar. Spermanın müayinəsi zamanı, normada onun tərkibində olmayan antispermal anticisimlər aşkar olunarsa, həkimlər xəstəyə immunoloji sonsuzluq diaqnozunu qoyurlar.

Müxtəlif döyüş növləri, güləşlə məşğul olan idmançılarda və velosiped sürənlərdə xayalıq üzvlərinin tez-tez baş verən travmaları və əzilmələri nəti-cəsində, immunoloji sonsuzluğun inkşaf etmə təhlükəsi daha çox olur.

İmmunoloji sonsuzluq zamanı həkimlər əksər hallarda süni mayalanma üsuluna müraciət olunmasını tövsiyə edirlər.


Şərhlər: 7
Baxılıb: 1010
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Allah uzaq elesin
20 mart 2015 02:41
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Omrumun Ureyi
Allah goztermesin
19 mart 2015 22:09
# 6
Sevgi bağından bir çiçək dərdim...
O çiçəyi hər dəfə qoxladıqca sevgim daha da artır <3
Luna-90
Uzaq olsun
19 mart 2015 17:54
# 5
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Qlamurr
Bu haqda məlumatım var,kişilərin qasıq nahiyyəsindən aldığı travmalar,müalicə olunmasa sonsuzluqla nəticələnə bilər.
19 mart 2015 16:50
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
emis
artiq kisilerdede suni mayalnma mumkundur ki, bilmirdim allah sefaslarini versin yaziqdilar
19 mart 2015 16:49
# 3
Menim balam
Allah bele xestelerin şefasını versin
19 mart 2015 15:39
# 2
BARBI
Bu veziyyetler daha cox idmancilarda olur allah hec kesi ovlad uzune hesret qoymasin
19 mart 2015 14:45
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz