Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi sonsuzluğun müalicəsi
Kişi sonsuzluğun müalicəsi
Göndərən: Nazlı_qız
Şərhlər: 5
Baxılıb: 1059
Səs ver:
Kişi sonsuzluğunun müalicə üsulu onun yaranma səbəblərindən asılı olaraq həkim-androloq tərəfindən müəyyən edilir.

Hər hansı "özbaşına” müalicə, həmçinin müxtəlif ekstrasenslər və digər "şəfavericilər” tərəfindən aparılan müxtəlf "müalicələr” heç bir nəticə verməyəcəkdir.

Bundan savayı, bu halda, həmçinin xəstəliyin müalicəsi üçün çox əhəmiyyətli hesab olunan vaxt itkisinə də yol verilmiş olacaqdır.

Kişi sonsuzluğunun əsas səbəbi - kişi spermasının keyfiyyətinin aşağı olması (canlı və hərəkətli spermatozoidlərin sayının həddən artıq az olması, spermada spermatozoidlərin, ümumiyyətlə, olmaması və s.) hesab edilir. Bu səbəbdən müalicə zamanı həkimlər əsas diqqəti də spermoqramma göstəricilərinin yaxşılaşdırılmasına yönəldirlər. Xəstəliyin müalicə üsulları ilk növbədə, əlbəttə ki, yaranmış olan pozğunluğun səbəbindən asılı olur. Ancaq xəstəliyin səbəbindən asılı olmayaraq aparılan müalicə sxemlərində ümumi qaydalar da mövcuddur. Bu qaydalar aşağıdakılardır:

1. Müalicə hər bir halda fərdi olmalıdır, yəni həkim ilk növbədə xəstədə sonsuzluğun səbəblərini müəyyən etməli və yalnız bundan sonra onun müalicəsi üçün xüsusi müalicə sxemi hazırlamalıdır.

2. Müalicə hər bir halda kompleks şəkildə aparılmalıdır, yəni müalicə sxeminə həm əsas dərman preparatları (xəstəliyin səbəbindən asılı olaraq), həm də köməkçi preparatlar (vitamin və mineral kompleksləri, immunomodulyatorlar və s.) daxil edilməlidir.

3. Müalicə kifayət qədər uzun müddət ərzində aparılmalıdır. Belə ki, spermatozoidlərin yetişməsi prosesi təxminən 74 gün davam etdiyi üçün, kurs müalicəsi də bu rəqəmə yaxın müddət ərzində aparılmalıdır. Əks təqdirdə patoloji spermanın sağlam sperma ilə əvəz olunması baş tutmaya bilər.

4. Spermoqrammanın təkrar müayinəsi isə kurs müalicəsindən təxminən 4-6 həftə sonra aparılmalıdır. Bu, aparılan müalicədən sonra sağlam halda olan xayalar tərəfindən yeni spermatozoidlər kütləsini hazırlamaq üçün müəyyən bir vaxt keçməsi ilə əlaqədardır. Bu halda, spermoqramma göstəricilərinin əvvəlki spermaya deyil, yeni sağlamlaşan spermaya aid olmasına əmin olmaq olar.

5. Müalicə 6 aydan artıq davam etməli deyil: əgər aparılan bir-iki müalicə kursu nəticəsində lazımi effekt əldə edilməyibsə, sonrakı müalicə kursları, adətən, effektsiz olur. Bu halda həkim xəstəyə hər hansı bir müvafiq süni mayalanma üsulunu təklif edə bilər.

6. Spermanın göstəriciləri yaxşılaşdığı halda isə, hamiləliyin baş tutması üçün çox gözləmək də lazım deyil. Əfsuslar olsun ki, bir çox hallarda alınan müsbət nəticələr çox da davamlı olmur. Belə ki, bir müddət keçdikdən sonra spermanın göstəriciləri əvvəlki keyfiyyətsiz hala qayıda bilər.


Şərhlər: 5
Baxılıb: 1059
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
sonsuzluqun artiq bir cox muaicesi var,Rebbim her kese saqlam valideyin olmaqi qismet etsin insallah
18 mart 2015 00:21
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Gel indi kisilerin boynuna qoymaq bele olmaz (sendedi problem sozunu)Birazki,usaq gec olduqda ilk gunahlandiran insan qadin olur.Amma kiside problem olar,hec agillarina bele gelmez.Ele innsan taniyiram ki,17ildi ovladi yoxdu amma helede hekime uz tutmur.Her defesinde xanimini aldadir gederem deye vedler verir ,amma verdiyi sozleri tutmur.Ya qorxur, ya ozune sigisdirmir,ya gizlince gedib mualicenin neticesiz oldugunu bilir duzgunu evdekine demir,yada sigisdirmagi hereketin agilsizliq oldugundan xeberi bele yoxdu.
Her seyin caresi var olumden basqa teki o arzuva qarsi isteyinle beraber irellemek olsun.
17 mart 2015 23:52
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Qlamurr
Bu problem kişilərin çoxunda olur,düzgün və doğru həkim seçməklə,nizamlı müalicə olunmaqla istənilən nəticəni almaq olar.
17 mart 2015 18:44
# 3
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Nazan
tewekkurler
17 mart 2015 17:40
# 2
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
BARBI
Bildiyim qederiyle kisilerde bu mualice qadinlardan daha asanddi ve tez effekt verir
17 mart 2015 15:47
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz