Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cinsi yolla keçən infeksiyalar sonsuzluğun səbəbindən biridir
Cinsi yolla keçən infeksiyalar sonsuzluğun səbəbindən biridir
Göndərən: Wiyinka
Şərhlər: 7
Baxılıb: 1139
Səs ver:
Sonsuzluğun səbəbinin müəyyən edilməsi üçün ailə cütlüyü üzvlərinin hər birinə təyin edilən ən əsas ilkin müayinələrdən biri CYKİ görə müayinənin aparılmasıdır.

Cinsi yolla keçən infeksiyalar (CYKİ) – bir insandan digərinə əsasən seksual əlaqə zamanı (cinsi yolla) keçən xəstəliklərdir.

CYKİ-ın əksəriyyəti, onlara düzgün diaqnoz qoyulduqda, müalicə vaxtında başlandıqda və sona qədər aparıldıqda sağalan xəstəliklərdir. CYKİ-ın qəddarlığı ondadır ki, onlar çox vaxt heç bir əlamətlə özlərini büruzə vermir və ya bu simptomlar çox zəif dərəcədə ifadə oluna bilirlər. CYKİ müalicə olunmazsa və ya onun müalicəsi düzgün aparılmazsa, onlar xroniki, gizli formaya keçərək bir sıra fəsadlar törədə bilərlər: sidik yolları və daxili cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, kişilərdə impotensiya, kişilərdə və qadınlarda sonsuzluq və s. Buna görə də, sonsuzluğun müalicəsi zamanı, CYKİ-yə görə müayinələrin aparılması vacib hesab edilir.

Cinsi yolla keçən infeksiyalar aşağıdakı yollarla ötürülə bilər:

- cinsi akt zamanı;

- qeyri-steril tibbi alətlərdən istifadə edilməsi ilə;

- xəstənin qanı ilə kontaktda olduqda;

- tək-tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.

Anatomik quruluşundakı xüsusiyyətlərinə görə qadınlarda bu infeksiyalara yoluxma ehtimalı kişilərə nisbətən daha çox olur. Bundan başqa, qadının anatomik xüsusiyyətləri xəstəliyin ilkin əlamətlərinin daha gizli şəkildə getməsinə "kömək” edir.

Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır:

- cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı;

- çox tez-tez və ağrılı sidik ifrazı;

- cinsi orqanlardan qeyri-adi görünüşlü və qoxulu selik ifrazının olması;

- cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması;

- bədəndə səpgilərin əmələ gəlməsi;

- cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi;

- limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi;

- qadın və kişilərdə - qarının aşağı hissəsində ağrıların yaranması; qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda olan ağrılar, aybaşılar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması.

Əgər hər hansı insan özündə CYKİ - cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini hiss edərsə o, tez bir zamanda ginekoloqa (qadınlar), uroloq-androloqa (kişilər) və ya dermatoveneroloqa (dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, CYKİ gizli şəkildə də keçə bilərlər! Buna görə də ailə qurmaq istəyində olan hər bir cütlük (həm kişi, həm də qadın) bu infeksiyalara görə tam müayinə keçməli və lazım gəldikdə isə müalicə kursu almalıdırlar! Bu gələcəkdə sağlam uşaq olmasını planlaşdıran hər bir cütlük üçün çox vacibdir!!!

CYKİ - cinsi yolla keçən infeksiyalara diaqnoz qoyulması üçün həkim ilk növbədə pasientin dərisi və cinsi orqanlarına baxış keçirir. Kişilərdə həkim uretradan yaxma (sınaq) da götürür, lazım gəldikdə sidiyin müayinəsini təyin edir. Qadınlarda isə uşaqlıq yolundan və/və ya uşaqlıq boyunundan və sidik kanalından yaxma götürülür. Ola bilər ki, sifilis və QİCS (SPİD) xəstəliklərinə görə müayinə aparmaq üçün pasientdən qan analizi (damardan) də götürülsün. Əgər qadın hamilə olarsa, o bu barədə öz həkiminə xəbər verməlidir. Çünki hər hansı bir infeksiya aşkar edildiyi halda, onun müalicəsi üçün tətbiq edilə biləcək dərman preparatlarının bəziləri dölə çox mənfi təsir edə bilər. Ailə cütlüyünün bir üzvündə hər hansı bir infeksiya aşkar edilərsə, cütlüyün digər üzvü də mütləq müvafiq müayinələrdən keçməli və lazım gəldikdə müalicə olunmalıdır. Aparılan hər bir müalicə kursundan sonra, infeksiyadan tam müalicə olunduqlarına əmin olmaq üçün həm qadın, həm də kişi təkrar olaraq CYKİ-yə görə müayinədən keçməlidirlər.

Qonoreya (tripper-süzənək)

Bu xəstəlik cinsi yolla kecir. Çox nadir hallarda və adətən, uşaqlarda bu xəstəliyə yoluxma məişət şəraitində, şəxsi gigiyenik, tualet əşyaları, ümumi yataq dəstləri vasitəsi ilə də baş verə bilər (məsələn, hamam lifində, hamam dəsmalında xəstəliyin törədicisi olan mikroblar öz həyat qabiliyyətini bir neçə saat ərzində saxlaya bilirlər). Orta hesabla yoluxmadan 3-7 gün sonra kişilərdə sidik ifrazı zamanı ağrı və yandırma hissiyyatı, xayalıqda ağrı, sidik çıxarıcı kanalından sarımtıl-yaşılaçalar rəngdə irinli ifrazat (alt paltarda ləkə qoyan) kimi kliniki əlamətlər meydana çıxır. Qadınlarda isə xəstəlik zamanı uşaqlıq yolundan sarımtıl-yaşılaçalar rəngdə ifrazat, tezləşmiş, ağrılı, çətinləşmiş sidik ifrazı, qarının aşağı hissəsində ağrılar, bəzi hallarda uşaqlıq yolundan qan qarışıqlı ifrazat, aybaşı tsiklinin pozulması və digər əlamətlər baş verə bilər. Ancaq əksər qadınlarda (cinsi orqanların bəzi anatomik xüsusiyyətlərinə görə), adətən, xəstəlik gizli şəkildə gedə bilər ki, bu da çox təhlükəli hesab edilir. Nəticə etibarı ilə bu, xəstəliyin daha gec aşkar olunmasına və bir sıra fəsadların baş verməsinə (hətta sonsuzluğa) səbəb ola bilər.

Qadınlarda qonorreya zamanı sidikifrazedici kanal, uşaqlıq yolu, anal dəlik ətrafındakı sahə və kişilərə nisbətən onların daxili orqanları da (uşaqlıq, yumurtalıqlar, Fallopi boruları) daha asanlıqla xəstəlik törədiciləri tərəfindən zədələnə bilər. Kişilərdə xəstəlik zamanı daxili cinsiyyət üzvləri də zədələndiyi üçün onlarda xaya artımlarının, toxum kisəciyi, prostat vəzinin xroniki xəstəlikləri inkişaf edir. Həm qadınlarda, həm də kişilərdə xəstəlik son nəticədə sonsuzluğa səbəb ola bilər.

Sifilis

Sifilis xəstəliyi seksual əlaqələr zamanı, qan ilə (qan köçürülməsi, tatuirovka - bədəninə şəkillər döydürməsi, iynə vurulması), həmçinin xəstələrin diş fırçasından, qab-qacağından, istifadə edilməsi, öpüş zamanı (xəstələrin ağız boşluğunda və dodaqlarında xoralar və ya qan sızan zədəli sahələr olduqda) də keçə bilər. Xəstəliyə yoluxma steril olmayan tibbi alətlərlə də (ginekoloji, stomatoloji, cərrahi) baş verə bilər.

Sifilis xəstəliyi öz inkişafı prosesində bir neçə mərhələdən keçir:

- Birinci mərhələ (ilkin sifilis) yoluxmadan 3-4 həftə sonra başlayaraq, təxminən 6-8 həftə davam edir. Bu mərhələdə xəstəlik törədicisinin bədənə daxil olduğu yerdə kiçik, ağrısız, kənarları və səthi hamar, səthindən parlaq, şəffaf maye ifraz edən dairə şəkilli xora əmələ gəlir. "Bərk şankr” adlanan belə xora əmələ gəldikdən sonra, ona yaxın olan limfa düyünləri böyüməyə başlayır. Böyümüş bu düyünlər, adətən, ağrısız olur. Şankr əksər hallarda cinsiyyət üzvlərində (kişilərdə, kişi cinsiyyət üzvü və xayalıqda, qadınlarda isə kiçik cinsiyyət dodaqlarında, uşaqlığın selikli qişasında), həmçinin anal dəlik (anus, arxa dəlik) ətrafında, ağız boşluğu və dodaqlarda yaranmış olur. Bir neçə həftədən sonra şankr müalicə olunmadan da sağalır ki, bu da onu daha təhlükəli edir. Çünki bu zaman xəstə sağaldığını düşünərək, özünü rahat hiss etsə da, o digərləri üçün yoluxucu hesab olunur! Xəstəliyin ilkin dövründə başlanan düzgün müalicə heç bir fəsad vermədən tam sağalma ilə nəticələnir.

- Yoluxmadan təxminən 2 ay sonra xəstəliyin ikinci mərhələsi başlayır. Bədənin, ovucların, ayaqaltı sahələrin dəri örtüyündə, ağız boşluğunun və cinsi orqanların selikli qişasında səpgilər (onlar vaxtaşırı yaranır, sonra isə yox olurlar) əmələ gəlir. Səpgidən başqa, qızdırma, titrəmə, yorğunluq, oynaqlarda ağrılar, az hallarda isə saçların tökülməsi də müşahidə edilə bilər.

- Xəstəlik müalicə olunmadıqda yoluxmadan 4-5 il sonra onun üçüncü mərhələsi başlayır ki, bu zaman onurğa beyni və baş beyinin zədələnməsi, psixiki pozğunluqlar, ifliclər, xəstələrin eybəcər hala düşməsi baş verir. Hazırda sifilis xəstəliyi yaxşı müalicə olunduğu üçün xəstəliyin üçüncü mərhələsi çox nadir hallarda təsadüf edilir.

Genital herpes

Genital herpes – çox yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma cinsi əlaqə vasitəsi ilə, öpüşlə (əgər virus ağızda olan səpgilərdə olarsa), qanla, hamilə olarkən anadan uşağa, həmçinin məişət əşyaları vasitəsi ilə keçə bilər. Xəstə adam və onun ətrafında olan yaxınları şəxsi gigiyena qaydalarına çox dəqiqliklə əməl etməli, ayrı-ayrı yataq dəstləri və dəsmallardan istifadə etməlidirlər!!

Genital herpes zamanı selikli qişalar və dəri zədələnmiş olur. Yoluxmadan 3-7 gün sonra xəstələnən şəxslərin (ancaq hamıda yox; belə ki, bir çoxlarında infeksiya özünü heç bir əlamətlə büruzə vermir) cinsi yollarında qaşınma, yandırma hissiyyatı, daha sonra içərisi maye ilə dolu olan qovuqcuqlar əmələ gəlir ki, o da sonradan şəffaf maye ifraz edən xoraya çevrilir. Xoralar həm daxili, həm də xarici cinsiyyət orqanlarında, anal dəlik ətrafında, bir çox hallarda isə dodaqlarda və budlarda da əmələ gəlir. Bundan başqa, xəstələrdə qızdırma, baş ağrıları, ağrılı sidik ifrazı, qadınlarda uşaqlıq yolundan, kişilərdə isə sidik kanalından ifrazat xaric edilməsi də təsadüf edilir. Bütün bu əlamətlər sonradan heç bir müalicə aparılmadan da keçib gedə bilərlər. Virus isə insanın ömrünün sonuna qədər onun orqanizmində qalır və onun inkişafı üçün müvafiq əlverişli şərait yaranmış olduğu halda (bədənin soyuması, qızışması, yorulması, streslər keçirilməsi, digər infeksiyalardan sonra) xəstəlik təkrarən yenidən aktivləşə bilir. Genital herpes xəstəliyini tam şəkildə müalicə etmək mümkün olmur və bu zaman müalicə yalnız xəstəliyin residiv verməsi (təkrarlanması) hallarının sayının, müddətinin və ağırlıq dərəcəsinin azaldılması istiqamətində aparıla bilər.

Bəzi hallarda xəstəlik mərkəzi sinir sistemi və gözləri də zədələyə bilər. Hamilə qadınlarda isə genital herpes əksər hallarda uşaqsalmaya, vaxtından qabaq doğuşa, bəzi hallarda isə uşaqda müxtəlif anomaliyalara da səbəb ola bilər.

Xlamidioz

Hal-hazırda xlamidioz xəstəliyi cinsi yolla keçən infeksiyalar arasında ən çox yayılmış infeksiya hesab edilir.

Xəstəliyə yoluxduqdan 1-4 gün sonra xəstələrdə selikli-irinli ifrazat, ağrılı sidik ifrazı, qarının aşağı hissəsində, beldə ağrılar, qadınlarda aybaşılar arası dövrdə qanaxmalar, kişilərdə xayalıq və aralıq nahiyəsində ağrılar baş verir. Əksər qadınlarda və kişilərin bir hissəsində xəstəliyin bütün bu əlamətləri ya çox zəif ifadə olunur, ya da heç olmaya da bilir. Xlamidioz xəstəliyi müalicə olunmadığı hallarda, uşaqlıq boruları, uşaqlıq boynunun iltihabı, hamiləlik və doğuş patologiyaları, daxili orqanların (qara ciyər, dalaq, periton - qarın boşluğu divarlarını və üzvlərini örtən qişa) müxtəlif xəstəlikləri, xaya artımlarının, prostat vəzi, sidik kisəsinin iltihabı, kişilərdə potensiyanın pozulması kimi patoloji hallara da səbəb ola bilər.

Trixomoniaz

Trixomoniaz - əksər hallarda digər cinsi yolla keçən infeksiyalarla (CYKİ) birgə təsadüf edilir. Xəstəlik əsasən cinsi yolla ötürülür. Məişətdə yoluxma yalnız tək-tək hallarda baş verir.

Xəstəliyin əlamətləri yoluxmadan 4-21 gün keçdikdən sonra özünü büruzə verə bilər. Bu zaman qadınlarda xeyli miqdarda ağ və ya yaşıl-sarı rəngli, köpüklü, kəskin, pis-xoşagəlməz iyli ifrazatın xaric olması qeyd oluna bilər. Bu ifrazat isə öz növbəsində, cinsi orqanlarda qaşınmaya, qıcıqlanmaya, həmçinin sidik ifrazı zamanı ağrı və yandırma hissiyyatının yaranmasına, cinsi əlaqə zamanı isə ağrılara da səbəb ola bilər. Aybaşı zamanı qadınlarda göstərilən bu əlamətlər arta da bilərlər. Kişilərdə sidik ifrazı zamanı yandırma hissiyyatı, uretradan (sidik kanalından) selikli-irinli ifrazatın olması baş verir. Ancaq bir çox hallarda xəstəlik açıq şəkildə ifadə olunmuş əlamətlər olmadan da keçə bilər ki, bu da müalicə olunmadığı təqdirdə son nəticədə ciddi fəsadlara səbəb ola bilər.

Trixomoniaz zamanı qadınlarda uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlığın daxili təbəqəsi, uşaqlıq boruları və yumurtalıqlar zədələnmiş olur. Bəzi hallarda infeksiya periton qatının iltihabına da (peritonit) səbəb ola bilir. Kişilərdə xəstəlik prostat vəzini, xaya və xaya artımlarını, sidik yollarını zədələyə bilir ki, bu da onlarda potensiyanın pozulması ilə də nəticələnə bilər. Xlamidioz kimi, trixomoniaz da bir çox hallarda sonsuzluğun səbəbi ola bilər.

Kandidoz

Kandidoz xəstəliyini – Kandida nəslindən olan maya göbələklərinə bənzər mikroorqanizmləri törədirlər. Az miqdarda olmaqla, onlar əksər adamların cinsi orqanlarında, bağırsaqda mövcud olaraq heç bir xəstəlik halına səbəb olmurlar.

Ancaq uzun müddət ərzində antibiotik preparatları qəbul etdikdə, şəkərli diabetdə, hamiləlik vaxtı və s. hallarda immunitetin zəifləməsi fonunda bu göbələklərin sayının sürətlə artması baş verə bilər. Kandidozun inkişaf etməsinə dar və sintetik paltarların geyilməsi və uşaqlıq yolunun müxtəlif tərkibli mayelərlə tez-tez püskürdülməsi, şırınqa ilə yuyulması da səbəb ola bilər. Beləliklə, kandidoz əksər hallarda cinsi əlaqədə olmadan da əmələ gələ bilir. Ancaq bu xəstəlik cinsi yolla da ötürülə bilər. Uşaqlar doğuş zamanı anadan, həmçinin sanitar-gigiyenik normaların pozulması nəticəsində digər hallarda da yoluxa bilərlər.

Kandidoz xəstəliyi ilə daha çox hallarda qadınlar xəstələnirlər. Xəstəlik kliniki olaraq, uşaqlıq yolundan xeyli miqdarda olan ağımtıl "kəsmiyə bənzər" ifrazatın, xarici cinsi üzvlərin şişkinliyi, qaşınma, sidik ifrazı zamanı yandırma hissiyyatı kimi əlamətlərlə müşayiət olunur. Əksər hallarda isə xəstəlik ya gizli şəkildə, ya da çox az əlamətlərlə keçir. Kişilərdə kandidoz xəstəliyi zamanı cinsiyyət üzvü başının və kənar pülüyün iltihablaşması, cinsiyyət üzvünün başının qızarması və üzərində xarakterik kəsmiyə bənzər təbəqənin əmələ gəlməsi və uretradan (sidik kanalından) ifrazatın olması kimi kliniki əlamətlər baş verə bilər. Kişilərdə kandidoz xəstəliyi zamanı prostat vəzi, xayalar və onun artımları, sidik kisəsi kimi orqanlar, qadınlarda isə daxili qadın cinsi orqanları, sidik kisəsi və böyrəklər də zədələnə bilər.

Papillomavirus infeksiyası

Xəstəlik insan papilloma virusu (İPV) tərəfindən törədilir. Xəstəlik həm cinsi yolla, həmçinin hamiləlik və doğuş zamanı isə anadan uşağa keçə bilər.

Xəstəliyin əlamətləri infeksiyaya yoluxduqdan 1-9 ay sonra (orta hesabla 3 ay ərzində) özünü büruzə verməya başlayır. Xarici cinsiyyət üzvlərində, anal dəlik ətrafında, uşaqlıq yolu və ya sidik kanalı daxilində açıq qırmızı və ya dəri rəngində olan ziyillər əmələ gəlir. Onlar bəzi hallarda yastı şəkildə qalaraq az nəzərə çarpa bilərlər. Bəzən isə onların sayı və ölçüləri artaraq, tədricən gül kələminə və ya xoruz pipiyinə bənzər şəkil ala bilər. Kandilomalar (ziyillər) xəstə insanda zədələnmə sahəsində qaşınma, yandırma hissiyyatı, ifrazatın olması, bir qədər qanaxma, sidik ifrazı zamanı ağrı, cinsi əlaqə və gəzinti zamanı narahatlıq kimi kliniki əlamətlərə səbəb olurlar.

Həkimlərin fikirinə görə, əksər hallarda qadınlarda uşaqlıq boynunun xərçənginin və kişilərdə isə xərçəng xəstəliklərinin bir hissəsinin səbəbi də insan papilloma virusunun (İPV) bəzi tipləri hesab olunur.

Yadda saxlamaq lazımdır ki, bədənin aşağı hissələrində olan ziyillərin heç də hamısı kandiloma olmasa da, belə törəmələr cinsi orqanlar və onlara yaxın yerlərdə yerləşmiş olarlarsa, mütləq həkimə müraciət etmək lazımdır! Kandilomaların heç bir halda özünüz tərəfindən xaric edilməsinə cəhd etmək olmaz!

Mikoplazmoz. Ureaplazmoz

Bu xəstəliklər əsasən cinsi yolla ötürülür. Bəzi hallarda isə qadınlar, xüsusilə qız uşaqları ümumi gigiyena əşyaları ilə də yoluxa bilərlər. Xəstəliklə həm kişilər, həm də qadınlar eyni dərəcədə xəstələnirlər. Kişilər və hamilə qadınlar üçün bu xəstəlik daha təhlükəli hesab edilir.

Mikoplazmoz və ureaplazmoz xəstəlikləri yoluxmadan 3-5 gün sonra, özlərini müəyyən əlamətlərlə büruzə verirlər. Bu zaman xəstə qadınlar cinsi üzvlər sahəsində qaşınma və diskomfortdan (narahatlıq), az miqdarda şəffaf ifrazat, ağrılı sidik ifrazından, qarının aşağı hissəsində ağrılardan şikayət edirlər.

Xəstəlik müalicə olunmadığı təqdirdə həm qadınların, həm də kişilərin cinsi üzvlərində iltihabi proseslərin baş verməsi ilə nəticələnə bilər. Kişilərdə bu xəstəliklər, həmçinin spermatogenezin (spermanın hazırlanması) pozulması nəticəsində sonsuzluğa da səbəb ola bilər.


Şərhlər: 7
Baxılıb: 1139
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
talis balasi
Butun bu xesdrliklerin sebebi kisilerin bir yerde oturmamasidi sonrada diyirler arvad xesdeydi usaqi olmadi
6 mart 2015 21:38
# 7
ece uslu
bele xestelikler daha cox kiwilerde olur
6 mart 2015 00:48
# 6
qanadli melek
Kiwiler ozlerini yaxsi aparsa bele weylerde yaramaz
5 mart 2015 17:56
# 5
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Menim balam
Eslinde evli qadin 6 aydan bir ginkoloqa getmelidir.
5 mart 2015 15:47
# 4
Aysel Tatli
Bele xestelikler kiwilerde cox olur
5 mart 2015 15:40
# 3
BARBI
Bu xestelik kusilerde daha cox olur muxtelif qadinlarla elaqede olduqlari ucun
5 mart 2015 15:17
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
ay amaaaannn coxusuda kisilerden kerir ee qadinlara orda burda agillarina geleni ediller sorada....nese maraqli xeber oldu

ay amaaaannn coxusuda kisilerden kerir ee qadinlara orda burda agillarina geleni ediller sorada....nese maraqli xeber oldu
5 mart 2015 14:41
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz