Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonsuzluğun 8 başlıca səbəbi
Sonsuzluğun 8 başlıca səbəbi
Göndərən: Wiyinka
Şərhlər: 9
Baxılıb: 1687
Səs ver:
Övlad sahibi olmaq istəyən cütlüklərin qarşısına çıxan ən böyük problemlərdən biri sonsuzluqdur. Aparılan araşdırmalar göstərir ki, bu gün təxminən 15 faiz insan sonsuzluqdan əziyyət çəkir. Əksər hallarda isə kişilərin bu xəstəliyə tutulması cütlüklərin övlad sahibi olmasına maneçilik törədir. Amma təəssüflər olsun ki, bu gün çox az insan sonsuzluq yaradan səbəblər haqqında məlumatlıdır. İnsanlar bu barədə məlumatsız olduqları üçün ondan qorunmaq yollarını da bilmirlər. Budəfəki məqaləmizdə çalışacağıq ki, sizə məhz bu barədə məlumat verək.

Mütəxəssislər belə hesab edirlər ki, kişilərdə sonsuzluq yaradan əsas səbəb bir çox hallarda onların səhhətlərinə qarşı biganə davranmalarıdır. Ümumilikdə isə sonsuzluğa səbəb olan amillər aşağıdakı kimi qruplaşdırılır:

1. Cinsi orqanların zədələnməsi və ya onlarda anadangəlmə müşahidə edilən hansısa problem

2. Kisəcikdə yerləşən və xüsusi olaraq spermanın xaricə ötürülməsi üçün nəzərdə tutulan damarın və toxum kanalcığının böyüməsi. Belə olduqda xayada hərarət artır, iş prinsipi pozulur və spermatozoidlər zədələnirlər.

3. Cinsi əlaqə yolu ilə ötürülən infeksion xəstəliklər: qonoreya, sifilis, xlamidioz, trixomoniaz və s.

4. Sidik-cins üzvlərinin, məsələn, prostat vəzi və ya sidik kanalının iltihabı.

5. Ereksiyanın pozulması, vaxtından qabaq toxumaxıtma və s.

6. İmmun pozulmaları: immunitetin işinin pozulması ilə orqanizmdə spermatozoidləri zədələməyə qadir olan xüsusi maddələr əmələ gəlir.

7. Kişi cinsi hormonunun – testosteronun çatışmazlığı. Bunun isə əsas səbəbi qanda testosteron hormonunun səviyyəsinin azalmasıdır. Buna səbəb isə xayalarda testosteron hormonu istehsal edən Leydinq hüceyrələrinin zədələnməsi ola bilər. Leydinq hüceyrələri isə xayalıq orqanlarının travmatik zədələnmələri, cinsi sistem orqanlarının vaxtında müalicə edilməmiş yoluxucu-iltihabi xəstəlikləri, xayaların anadangəlmə patologiyaları və s. səbəblərə görə zədələnə bilər.

8. Qanda prolaktin hormonu səviyyəsinin artması. Bu hal kişi orqanizmində testosteron hormonunun səviyyəsinin azalmasına səbəb ola bilər. Bu isə öz növbəsində kişi sonsuzluğunun inkişafına şərait yaradır. Kişi orqanizmində qanda prolaktinin səviyyəsinin artmasının səbəbi isə hipofizin şiş xəstəliyi, həmçinin davamlı stresslər ola bilər

Kişi orqanizmində olan hormonal pozğunluqlar qadın orqanizminə nisbətən daha gec müalicə olunur. Buna görə də həm özünüzün, həm də ailənizin gələcəyi üçün hansısa cinsi narahatlığınız olduğu zaman həkimə müraciət etməkdən çəkinməyin.


Şərhlər: 9
Baxılıb: 1687
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
isveç.de
Allah butun ailələrə övlad payı versin inşAllah. Çox çətin bir vəziyyətdir.
4 mart 2015 05:40
# 9
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Qlamurr
Təəssüf ki,kişilər özlərində problem olduğunu qəbul edə bilmirlər,həkimə müraciət etməkdə inadcıllıq edirlər....səbəb qınaqdan qorxmalarıdır....
3 mart 2015 20:05
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
gulunnn
Allah gostermesin hec birimize amin
3 mart 2015 19:52
# 7
qanadli melek
Allah uzaq elesin
3 mart 2015 18:31
# 6
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Nergız33
Allah görsetmesin cetin derddi
3 mart 2015 15:34
# 5
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
AYKA-ISI
Allah hec kese gostermesin
3 mart 2015 15:27
# 4
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Fialka
Problemi olan kəslər inadı buraxıb vaxtında həkimə müraciət etsələr daha yaxşı olar..
3 mart 2015 14:42
# 3
BARBI
Teesufki bu hallar coxdu kisilerimizse bunu qebul edib hekime getmeyi sexsiyetine sigdirmir deyirki hec bir problem yoxdur
3 mart 2015 14:35
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
nc nc allah uzaq elesin...
3 mart 2015 14:32
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz