Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonsuzluq haqqında bilmək istədiyiniz məlumatlar
Sonsuzluq haqqında bilmək istədiyiniz məlumatlar
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 1651
Səs ver:
Evləndiniz və artıq bir uşağınız olsun istəyirsiniz. Halbuki bütün sınaqlarınıza baxmayaraq bir nəticə əldə edə bilmirsiniz. Bu vəziyyətdə sonsuzsunuzmu? Sonsuzluq haqqında nə bilirsiniz?

Sonsuzluğun əsas səbəbləri nələrdir?
Ailələrdə sonsuzluq kişi, qadın və ya hər ikisindəki problemlərə bağlı ola bilər. Sonsuz cütlərin 30% i kişiyə bağlı, 30% i qadına bağlı səbəblər üzündən körpə sahibi ola bilmirlər. Cütlərin 40% i isə həm kişi və həm də qadında olan problemlər üzündən körpə sahibi ola bilmirlər. Kişilərdə spermatozoidlərin sayının, hərəkətliliyin az olmasının və ya normal quruluşdakı spermatozoidlərin az olması, spermada heç spermatozoid olmaması nəticəsində sonsuzluq yarana bilir. Bundan əlavə cinsi əlaqə zamanı bacarıqsızlıq da sonsuzluq səbəbi ola bilər. Qadında isə ovulyasiyanın olmaması, endometrioz (uşaqlığa aid bir xəstəlik),uşaqlıq borularının mənfəzinin müəyyən səbəblər üzündən bağlı olması və uşaqlıqda miomaların olması sonsuzluğa səbəb ola bilər.

Sonsuzluq indi daha çoxmu yayılıb?
İndiki vaxtda evlənmə yaşı artdığı üçün və evlənən cütlər uşaq törətməyi təxirə saldıqları üçün sonsuzluq daha sıx rast gəlinir. Bundan əlavə zəmanəmizdə infeksiyaların artması uşaqlıq borularının mənfəzinin bağlanmasına səbəb olaraq sonsuzluğa gətirib çıxara bilir. Son zamanlar aparılan tədqiqatlar hər altı ailədən birində sonsuzluq problemi olduğunu göstərmişdir.

Köklük sonsuzluğa səbəb olurmu?

Xeyr, bir çox kök qadın sonsuz deyil. Lakin, köklük polikistoz xəstəliyi və ya hormon pozğunluqlarının nəticəsidirsə sonsuzluq problemləri yaşana bilər.
Hamiləliyin qarşısını alan dərmanları istifadə edən qadınlar sonradan hamilə qalmaqda çətinlik çəkə bilərmi?
Hamilə olmağın qarşısını alan dərmanları istifadə etməni buraxdıqdan sonra hamiləliyin reallaşa bilməsi üçün bir neçə ay keçə bilər. Xüsusilə yaşı çox olan qadınlarda bu vəziyyət daha diqqətə çarpandır. Bu təsir keçicidir.

Uşaqlıqdaxili spiral istifadə edənlərin daha sonra hamilə qalmaları çətindirmi?

Ümumiyyətlə bir problem olmaz. Lakin, uşaqlıq içi vasitə istifadə etmək infeksiyaya gətirib çıxararaq uşaqlıq borularının mənfəzinin tutulmasına səbəb ola bilər. Uşaqlıqdaxili vasitə istifadə edərkən artan qanaxma və ya ağrı bir problem olduğunu göstərir.

Stress sonsuzluğa səbəb ola bilərmi?

Stress ümumiyyətlə sonsuzluğun nəticəsidir. Lakin çox ağır stress ovulyasiyada problemlərə və cinsi əlaqənin azalmasına səbəb ola bilər.

Sonsuzluqdan müalicə olunan cütlərin hamilə qalma şansı nə qədərdir?

Bu cütün probleminə bağlıdır. Bəzi səbəblər çox asan müalicə edilərkən, digərlərində inkişaf etmiş texnikaların istifadə edilməsi və uzun zaman lazım ola bilər.

Cütlər sonsuzluq səbəbi ilə həkimə nə zaman müraciət etməlidirlər?

Sağlam cütlərin hər ay hamilə qalma şansı 20% dir. Cütlərin yarısından çoxu 6 ay içində hamiləlik əldə edir. Ailə qurduqdan sonra 18 ay nizamlı cinsi əlaqədə olmanıza baxmayaraq hamiləlik əldə edə bilmirsinizsə, həkimə müraciət etməniz lazımdır.

Bu qədər uzun müddət gözlənməsi lazım olmayan cütlər varmı?

Əgər cütlər hər hansı bir problemdən şübhələnirsə, məsələn qadının aybaşısı çox nizamsız və ya yoxsa, infeksiya təhlükəsi və ya aybaşı qanaxmaları və cinsi əlaqə zamanı şiddətli ağrı şikayətlənməsi varsa, kişilərdə aşağı enməmiş xayalar (xayalar uşaq doğulanda aşağıda xayalıq kisəsində yerləşir, ancaq ana bətnində çanaqda yerləşirlər və bəzən uşaq doğulduqdan sonra da xayalar çanaqda qalır və xayalıq kisəsi boş olur), xayalarda keçirilmiş cərrahi əməliyyatlar və ya xayalara zərbə halları varsa həkimə dərhal müraciət etmək lazımdır. Həkimə müraciət etməsi lazım olan digər qrup qadınlar və kişilər yaşı 35dən çox olan və hamilə qalmaq istəyən qadınlardır. Hamilə qala bilmə şansı yaş artdıqca azaldığı üçün bu cütlər vaxt itirməməlidirlər.

Cütlər həkimə birlikdə getməlidirlərmi?

Uşaq sahibi ola bilməmənizə səbəb olan problem qadında, kişidə və ya hər iki yoldaşda birdən ola biləcəyi üçün həkimə mütləq cütlərin birlikdə müraciət etmələri lazımdır.

Həkim nə kimi suallar verə bilər?

Qadına yönəldiləcək suallar- Qadının yaşı, nə qədər zamandır uşaq istəndiyi, əvvəllər bir hamiləliyin olub olmadığı, aybaşı dövrlərinin nizamı, qanaxmanın miqdarı, müddəti, ağrı və digər şikayətlənmələrin olub olmadığı qadına yönəldiləcək suallardır. Bundan əlavə vaginal (uşaqlıq yolu) axıntı, cinsi əlaqədə ağrı, keçirilmiş infeksiyalar, keçirilmiş cərrahi əməliyyatlar haqqında məlumat istənilə bilər.
Kişiyə yönəldiləcək suallar-Kişinin ümumi sağlamlıq vəziyyəti, keçirilmiş əhəmiyyətli xəstəlik və cərrahi əməliyyatlar, parotit infeksiyasını (el arasında "svinka"deyilir) keçirdisə hansı yaşda keçirdiyi, enməmiş xayalar və ya xayalara zərbə hallarının olub olmadığı, erkən boşalma və impotensiya (bacarıqsızlıq) kimi cinsi funksiya pozğunluqlarının varlığı ilə bağlı suallar soruşulacaq.


Şərhlər: 7
Baxılıb: 1651
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
wenikmurik
Stress sonsuzluğa səbəb ola bilərmi?
Stress ümumiyyətlə sonsuzluğun nəticəsidir. Lakin çox ağır stress ovulyasiyada problemlərə və cinsi əlaqənin azalmasına səbəb ola bilər.
10 iyul 2015 19:18
# 7
Bugunume wukr!
vipbetul
sonsuzluq hali indi cox yayilmiyib
10 mart 2015 00:07
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lelos
Allah hamiya kömek olsun xeyal
12 fevral 2015 15:49
# 5
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
BARBI
Sonsuzluq boyuk problemdir allah gostermesin
12 fevral 2015 15:44
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
allah uzag elesin
12 fevral 2015 15:15
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Sonsuzluq elə bir patalogiyadır ki,indivudaldı,hər kəsdə səbəblər fərqlidi,bu da orqanizmlərin fərqli olduğunu göstərir....inşallah ki,heç birimiz bu problemlərlə üzləşmərik...tşk...
12 fevral 2015 14:53
# 2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Allah hər bir ailəyə körpə sevincini yaşatsın Amin
12 fevral 2015 14:45
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz