Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonsuzluq nədir?
Sonsuzluq nədir?
Göndərən: NoName
Şərhlər: 13
Baxılıb: 854
Səs ver:
Bir il cütlüyün sonsuz olub-olmamasını müəyyənləşdirmək üçün kifayətdir.
Son zamanlar evli cütlüklərin qarşılaşdığı problemlərdən biri də sonsuzluqdur. Mütəmadi intim əlaqə zamanı bir il müddətinə hamiləlik olmasa, sonsuzluq haqda düşünmək və ər-arvadın müayinəsinə başlamaq lazımdır. Sağlam ər-arvad cütlüyünün 30%-də hamiləlik ilk üç ayda, 60%-də yeddi ayda, 10%-də isə on bir və on ikinci aylarda baş verir. Bir il cütlüyün sonsuz olub-olmamasını müəyyənləşdirmək üçün kifayət zamandır.

Sonsuzluğun formaları onu yaradan səbəblər kimi müxtəlifdir. Qadın sonsuzluğu strukturunda «ilkin» və «sonrakı» sonsuzluq anlayışı da mövcuddur. Əgər qadın heç vaxt hamilə qalmayıbsa, bu, ilkin sonsuzluqdur. Əgər qadında heç olmasa, bir hamiləlik olubsa, onun nə ilə nəticələndiyindən asılı olmayaraq, bu sonrakı sonsuzluqdur. Əgər sonsuz nikahın səbəbi qadın orqanizmindəki pozğunluqdusa, bu qadın sonsuzluğu sayılır. Kişi sonsuzluğu halında isə sperma aşağı mayalanma qabiliyyətinə malik olur. Bunlardan əlavə, kişi və qadın sonsuzluğunun birləşməsi «kombinə olunmuş» sonsuzluq hesab edilir. Sonsuzluq tam sağlam ailələrdə də baş verir. Bu hal izah olunmayan və ya iliopatik sonsuzluq adlanır.

Qadın sonsuzluğuna səbəb olan amillər:
1.Endokrin sonsuzluq (30-40%): Buna səbəb toxum hüceyrəsinin yetişmə prosesinin pozulması və ovulyasiyanın olmamasıdır. Ovulyasiyanın olmamasına səbəb isə menstruasiya siklinin pozulması və ya 6 aydan çox müddətə olmamasıdır.

2.Boru sonsuzluğu (20-60%). Bu növ sonsuzluq uşaqlıq borularının patologiyası ilə xarakterizə olunur. Bu patologiya anadangəlmə anomaliya, iltihablı xəstəliklər, uşaq saldırmadan yaranır. Bütün bu faktorlar uşaqlıq borusunun funksiyasını poza bilər.

3.Ginekoloji patologiya nəticəsində sonsuzluq (15-30%). Bu sonsuzluğa uşaqlıq mioması, patoloji endometriya, endometrioza səbəb olur.

4.İmmunoloji sonsuzluq (2-3-%). Sonsuzluğun bu növü orqanizmdə spermatozoidi məhv edən antitellərin yaranması ilə əlaqədardır.

5.İdiopatik və ya aydın olmayan sonsuzluq (5-10%): Təəssüflər olsun ki, 5% sağlam cütlükdə anatomik və funksional nöqsanları diaqnostik metodla müəyyən etmək olmur.

6.Mütləq sonsuzluq. Sonsuzluğun bu növü uşaqlığın, yumurtalığın, uşaqlıq borularının yoxluğu, cinsiyyət orqanlarının inkişafının anomaliyası ilə bağlıdır.

Sonsuzluğun növünü müəyyənləşdirmək üçün qadın və kişini müayinə etmək lazımdır.

Sonsuzluğun müalicəsi sonsuzluğa gətirib çıxaran bütün səbəbləri aradan qaldırmaqdan ibarətdir. Boru sonsuzluğunda boruların keçirmə qabiliyyətini bərpa etmək lazımdır kİ, bu da laparoskopiya vasitəsilə edilir. Onun effektivliyi 30-40%-dir. Əgər boru keçirməzliyi problemi 2-3 il müddətində mövcuddursa və bir dəfə laparoskopiya edilibsə, onda cərrahi müalicəyə əl atılır. Endokrin sonsuzluqda hormonal pozuntunun korreksiyası və yumurtalıqların işinin stimulyasiyası həyata keçirilir. Müalicənin effektivliyi 70-80% təşkil edir. Uşaqlığın patologiyası zamanı, inkişafda qüsur olanda rekonstruktiv-plastik əməliyyat edilir. Əməliyyatdan sonra hamilə qalma şansı 15-20%-dir. Uşaqlığın inkişaf qüsuru və ya olmaması zamanı da genetik uşağa sahib olmaq mümükündür, əlbəttə ki, surroqat ana vasitəsilə. Endometriozla bağlı olan sonsuzluq laparoskopiya vasitəsilə diaqnostika və müalicə olunur. Laparoskopiyanın effektini dərman müalicəsilə əlaqələndirmək lazımdır. Müalicə 6 aya qədər uzana bilər. Bu müalicənin effektivliyi 30-40%-dir.

Kişi sonsuzluğunun müalicəsi spermopram göstəricisinin pozuntusu zamanı spermatogenezin stimulyasiyası vasitəsilə aparılır. Müasir dövrdə kişi sonsuzluğunun bir sıra səbəbləri zamanı süni mayalanma üsulundan istifadə olunur. İmmunoloji sonsuzluğun müalicəsi isə plazmafarez vasitəsilə aparılır. Bu zaman müalicənin effektivliyinə ər-arvadın yaşı (əgər qadının yaşı 37 yuxarı olarsa, effektivlik aşağı düşür), müalicənin davamlılığı təsir edir. Ona görə də eyni metodla müalicəni davam etdirmək məsləhət deyil.                 Bunu da qeyd etməliyik ki,  illər sonra övlad sahibi olanlarla həyatda  az rastlaşmamışıq. Bəzən uca Allah sonsuz adını alan şəxslərə özünə agah hikmət səbəbindən övlad verir, bəzən  də övlad sahibi olmaqda heç bir qüsuru olmayan şəxslər  ömrün sonunadək valideyn olmaq həsrətilə yaşayırlar.  Sözsüz ki,  övlad sahibi olmaq üçün müalicə olunmaq, eyni zamanda Allahdan ümidi kəsməmək lazımdır.

Həzrət Musadan rəvayət nəql olunur ki, Allaha dedi:
Ey Rəbbim! Dərd və onun dərmanı kimdəndir?
Allah-taala buyurdu:
Mənim tərəfimdən.
Bəs təbiblər nə edirlər?
Öz ruzilərini qazanıb bəndələrimi qurtarırlar, indi ya şəfam gələr  (şəfa verərəm), ya da qəzam (öldürərəm).


Şərhlər: 13
Baxılıb: 854
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
vay be ne cox sonsuzluq barede melumat var
9 mart 2015 22:54
# 13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ayan97
Allah her kese usag sevgisi qismet etsiin.. Amin
31 yanvar 2015 19:26
# 12
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
ece uslu
rebbim hec kimi ovladla imtahana cekmesin
31 yanvar 2015 19:05
# 11
sona
Allah her bir aileye korpe sevinci yawatsin Amin
31 yanvar 2015 18:24
# 10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Сладкий Ангел
Allax hec kime nesib etmesin
31 yanvar 2015 18:17
# 9
.Bir gülüşüm var Sizlərə ömür...
Qlamurr
Sonsuzluq günümüzün ən böyük problemlərindən biridi....Allah heç kəsi uşaqla imtahana çəkməsin,arzusunda olan hər kəsə nəsib etsin.Amin inşallah...
31 yanvar 2015 18:11
# 8
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
lili)
Rebbim hec bir qadini usaqla imtahana cekmesin
31 yanvar 2015 17:49
# 7
Gulu-Qezi
ALLAH hec kime bele wey gorsetmesin((((((((
31 yanvar 2015 17:30
# 6
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
Aysel Tatli
allah hec kime ovlad saridan imthana cekmesin
31 yanvar 2015 15:18
# 5
Fialka
Allah usaq hesretin cekenlere kömək olsun onları sevindirsin
31 yanvar 2015 15:12
# 4
Tomris Müslümova
mmm maraqli faktlardi ama allah hamiya komey olsun
31 yanvar 2015 14:56
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Allah gostermesin agir derddi her evden korpe sesi gelsin
31 yanvar 2015 14:48
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
AYKA-ISI
Allah hec kese gostermesin
31 yanvar 2015 14:35
# 1
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz