Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xarici mühitin zərərli təsirləri və kişi sonsuzluğu
Xarici mühitin zərərli təsirləri və kişi sonsuzluğu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1596
Səs ver:
Təbiətin özü tərəfindən, kişi cinsiyyət (genital) üzvlərinin istidən qorunması nəzərdə tutulmuşdur – xayalar, elə bil ki, "bədəndən kənarda” xaya kisəsində yerləşmişlər ki, burada da temperatur bədən temperaturundan 2-2,5°C aşağı olur.
Temperaturun bircə dəfə 38°C qalxması kifayət edir ki, spermatogenez prosesi 5 ay müddətində sıradan çıxsın.
Dar və sintetik materiallardan olan alt paltarı və şalvar geyinilməsi xayalarda temperaturun qalxmasına səbəb olur. Bu zaman xayalarda temperatur o qədər yüksəlmiş olur ki, yetişmiş spermatozoidlər yaşaya bilməyərək məhv olurlar. Eyni səbəbdən, öz nəslini artırmaq qayğısına qalmaq istəyən kişilər, uzun müddət ərzində isti vannaları qəbul etməməli və saunaya getməməlidirlər.
Tibb işçilərinin ümumi rəyinə əsasən, elektromaqnit sahələrin mənfi təsirinə əsaslanaraq, mobil telefonlar da spermatogenez prosesi göstəricilərinin pisləşməsinə səbəb ola bilər. Məhz buna görə mobil telefonları şalvarın ciblərində və beldə gəzdirmək məsləhət görülmür.
Davamlı olan streslər, qidanın tərkibində zülal, vitamin və mineralların çatışmazlığı, zərərli ekoloji faktorlar, xroniki yuxusuzluq, çoxlu sayda siqaret çəkilməsi, spirtli içkilərin və narkotiklərin qəbul edilməsi, zərərli istehsalat sahələrində işləmək və s. bu kimi faktorlar da spermanın keyfiyyətinin azalmasına səbəb ola bilər. Uzun müddət ərzində ximioterapevtik preparatlarılə müalicə (xərçəng xəstəliyinin müalicəsi zamanı istifadə edilən preparatlar) bir çox hallarda (bəzən hətta geriyədönməz) sonsuzluğa səbəb olur. Uzun müddət ərzində epilepsiya əleyhinə olan dərmanlar, bəzi antibiotiklər və antiandrogen preparatların qəbul edilməsi də spermatogenez prosesi üçün zərərli hesab olunur.
Tərkibində kişi cinsi hormonları olan anabolik steroidlərdən istifadə edilməsi də kişi spermatozoidlərinin mayalanma xüsusiyyətinə çox mənfi təsir göstərir. Bu preparatları böyük idmanla məşğul olan idmançılar və kulturistlərin əksəriyyəti qəbul edir. Yəqin ki, əlavə kişi cinsi hormonlarının qəbul edilməsinin kişi spermatozoidinin mayalanma xüsusiyyətinə mənfi təsir göstərməsini eşidən kişilər xeyli təəccüblənmiş olarlar. Axı, bu necə ola bilər? Spermanın hazırlanmasını hipofiz vəzinin hormonları stimullaşdırır. Əsas vəzi rolunu oynayan hipofiz xayaların testosteron hazırlanmasını da tənzimləyir. Əlavə olaraq kişi cinsi hormonları qəbul edən şəxslərdə, hipofiz vəzi tez bir zamanda onların qanda artıq olduğunu müəyyən edərək, xayalar tərəfindən testosteronun hazırlanmasını azaldır. Uzun müddət ərzində tərkibi anabolik steroidlərdən ibarət olunan həblərin (tabletlərin) tətbiq edilməsi nəticəsində xayalar, ümumiyyətlə, aktivliyini itirərək hətta atrofiya (tam fəaliyyətsizlik) oluna bilərlər.
Sonsuzluğun yaranma təhlükəsi, gün ərzində sükan arxasında 4 saatdan artıq oturan peşəkar sürücülərdə (kiçik çanaq üzvlərində yaranan durğunluq nəticəsində), poladəridənlərdə (davamlı istiləşmənin təsiri nəticəsində), rentgen otaqlarında işləyən laborantlarda (uzun müddət ərzində şüalandıqları üçün), rəngsazlarda (rənglərin tərkibində olan zərərli maddələrin təsiri nəticəsində), zərərli istehsal sahələrində işləyən şəxslərdə daha çox olur.


Şərhlər:
Baxılıb: 1596
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz