Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Spermoqrammanın yaxşılaşması üsulları
Spermoqrammanın yaxşılaşması üsulları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2631
Səs ver:
Əksər hallarda kişi sonsuzluğun səbəbi spermoqrammanın göstəricilərinin aşağı olmasıdır.

Məhz bu səbəbdən ailədə sonsuzluğun səbəbini aşkar etmək üçün kişiyə ilk növbədə spermoqramma təyin olunur.

Spermoqrammanın nəticələri müsbət olduqda kişi sonsuzluğu faktoru müzakirə edilmir.

Spermoqrammanın nəticələri normalara uyğun olmadıqda isə kişi lazım olan digər müayinələr  və müalicə üçün uroloqa və ya androloqa müraciət etməlidir.

Kişidə aşkar olunan pozulmadan asılı olaraq həkim lazım olan dərman preparatları təyin edir. Lakin həkimlərin ümumi fikirinə görə, kişi öz həyat tərzində, qidalanmasındə və s. müəyyən dəyişikliklər etmədikdə, ən müasir və yaxşı dərmanlar lazım olan müalicəvi effekt verməyəcək.

Beləliklə, sonsuzluqla bağlı müalicə alan kişilərə bəzi həkim məsləhətləri:

1. Müalicə zamanı kişi bütün spirtli içkilərdən (xüsusilə pivədən, araqdan, konyakdan) qəti şəkildə imtina etməlidir. Bu çox vacib şərtdir. Alkoqol spermatogenez prosesinə (spermatozoidlərin yetişməsi) çox güclü mənfi təsir edir - xayalarda olan Leydinq hüceyrələrini zədəliyir, cinsi hormonların istehsalını və spermatozoidlərin hərəkətliliyini pozur, morfoloji anormal spermatozoidlərin (ikiquyruqlu, quyruqsuz, başsız və s.) sayının artmasına səbəb olur və s.

Həkimlərin müşahidələrinə görə, içki düşkünlərin əksər hissəsi (bəzi məlumatlara görə, 80%-i) tam sterildir. Bu o deməkdir ki, onların sperma mayesində sağ spermatozoidlər yoxdur.

2. Siqaretlərin çəkilməsi də spermatogenez prosesinə mənfi təsir edir. Bu ziyanlı vərdiş damarların sıxılmasına səbəb olur ki, nəticədə orqanizmdə qan dövranı pozulur. Çoxlu miqdarda siqaret çəkənlərdə testosteronun (əsas kişi hormonu) sekresiyası pozulur, spermada spermatozoidlərin konsentrasiyası azalır, spermatozoidlərin hərəkətliliyi pozulur və s.

3. Yüksək hərarət spermatogenezin ciddi şəkildə pozulmasına səbəb olur. Bu səbəbdən sonsuzluqdan müalicə olunan kişilərə isti vannaların qəbulu (ilıq duşla əvəz olunur), sauna qəti şəkildə əks göstərişdir.

4. Həkim tərəfindən təyin etdiyi dərman preparatlarla yanaşı arı məhsullarından istifadə çox yaxşı effekt verir. Demək olar, bütün arı məhsulları (bal, arı südü, perqa və s.) spermatogenezin yaxşılaşmasına kömək edir.
 
 
5. İtburnu, dazı otu, jenşen kökü kimi bitkilər də kişilərə çox xeyirlidir. Həkimlə məsləhətləşdikdən sonra bu bitkilərdən də istifadə edə bilərsiniz.

6. Hirudoterapiya (zəli ilə müalicə) də çox yaxşı effekt verir. Hirudoterapiya yerli qan dövranı yaxşılaşdırır. Kiçik çanaqda qan dövranın pozulması durğunluğa və nəticədə spermatogenezin pozulmasına səbəb ola bilər. Nəzərinizə çatdıraq ki, hirudoterapiya müalicə metodu sayılır. Zəli ilə müalicə yalnız həkim tərəfindən həyata keçirilə bilər!

7. Sperma zülaldan ibarətdir. Bu səbəbdən kişilərdə qidalanmanın pozulmaları (xüsusilə pəhrizdə zülalların azalması) spermatogenezə çox mənfi təsir edir. Əksinə olaraq, sağlam və tamdəyərli qidalanma spermatogenezin yaxşılaşmasına kömək edir. Sonsuzluqdan müalicə olunan kişinin qidalanmasında mütləq lazım olan miqdarda zülallar olmalıdır. İlk növbədə söhbət ət (yağlılığı az olan mal, dana, toyuq, dovşan əti), balıq, yumurta (xüsusilə bildirçin yumurtası), süd məhsulları (xama, qatıq, pendir) kimi qidalardan gedir.

Həkimlərin müşahidələrinə görə, bəzi məhsullar spermatogenezin normallaşması üçün xüsusilə xeyirlidir. Bu məhsulların arasında: dəniz məhsulları (krevet, kalmar, dəniz molyuskları), qoz-fındıq, balqabaq tumları, sitrus meyvələri, kələm, pomidor, acı qırmızı bibər, soğan, sarımsaq və s.

8. Müalicə zamanı kişi mütləq fiziki aktiv olmalıdır (gündəlik ədən tərbiyyəsi, piyada gəzintilər, üzgüçülük və s.) Bu da çox vacibdir. Lakin həddən artıq idmanla məşğul olan kişilər (peşəkar idmançılar, kulturistlər və s.) bir çox hallarda spermatogenezin pozulması ilə üzləşir.

9. Müalicənin nəticələri müalicə başladıqdan 3 ay sonra qiymətləndirilə bilər. Təzə spermatozoidlərin tam inkişafı məhz 3 ay ərzində baş verir. Beləliklə, müalicə başladıqdan 3 ay sonra kişi təkrar spermoqramma verməlidir.
Sağlam olun!


Şərhlər:
Baxılıb: 2631
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz