Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sonsuzluğu düzgün müalicə etmək lazımdır
Sonsuzluğu düzgün müalicə etmək lazımdır
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1999
Səs ver:
Sonsuzluq xoşagəlməz, çox narahatedici diaqnoz olsa da, xəstəyə bu diaqnozu yazmağa tələsmək lazım deyil.

Belə də olur ki, bir neçə hamilə olmaq cəhdi boşa çıxmış olan ailə cütlüyü xeyli ümüdsüzlüyə qapılır. Ancaq bu cür xəbər narahatlığa səbəb olsa da, bəzən öz qəti təsdiqini tapmaya da bilər.

Hamiləliyin qarşısını alan vasitələdən istifadə etməmək şərti ilə, 1 il ərzində müntəzəm cinsi əlaqə fonunda hamiləlik baş vermədiyi halda, ailə cütlüyü sonsuz hesab edilir.

Beləliklə, evlilikdən sonra 1 il müddətində ailə cütlüyündə uşağın olmaması problemi meydana çıxmışdır. Bəs bu halda nə etməli, hansı müalicələri aparmalı? Həkimlərin ümumi rəyinə görə, bu halda daha effektiv müalicə üsulunu müəyyən etmək üçün, ilk növbədə, sonsuzluğun səbəbini (və ya səbəblərini) müəyyən etmək lazımdır.

Azərbaycan ailəsində "qəbul edilmiş ümumi ənənəyə görə” uşaq olmamasının "günahını” hər zaman qadında görürlər. Nəticədə qadın sonsuz sayda müayinələr keçir, yeni və daha yeni müalicə kursları alır, lakin hamiləlik yenə də baş vermir. Bu zaman həm xeyli miqdarda vəsait xərclənir, həm də qiymətli vaxt itkisi baş verir. Yalnız günlərin birində, kişi özü "cəsarət göstərib” müayinə üçün həkimə müraciət etdikdə, uşağın olmamasının əsas səbəbkarı məhz onun sağlamlığında pozğunluqların olduğu və ya ailə cütlüyün arasında immunoloji uyğunsuzluğun olması aşkar edilmiş olur.

Sonsuzluğun müalicəsinə bu cür yanaşılması qətiyyən düzgün hesab edilmir! Sonsuzluğun səbəbi bir halda kişi orqanizmindəki pozğunluqlardan, digər halda qadın orqanizmindəki pozğunluqlardan, üçüncü halda isə hər ikisindən asılı ola bilər. Bundan başqa, immunoloji sonsuzluq adlanan daha bir patoloji hal da mövcuddur. Bu zaman qadın orqanizmi kişi spermasına qarşı anticisimlər hazırlayır ki, bu səbəbdən də hamiləlik baş vermir.

Bəzi hallarda normal immunoloji uyğunluğu və tam sağlam olan cütlük iştirakçıları arasında da sonsuzluğun olması müşahidə edilir. Bu hallar izah olunmayan və ya idiopatik sonsuzluq adlanır.

Beləliklə, sonsuzluğun diaqnostikası və müalicəsi əvvəlcədən düzgün və elmi cəhətdən əsaslandırılmış şəkildə aparılmalıdır. Yəni sonsuzluğun səbəblərini müəyyən etmək üçün cütlüyün hər bir üzvü eyni vaxtda (!) müayinədən keçməlidirlər.

Bəs bu müayinələr hansılardır? Bunlar əsasən aşağıdakılardır:

- cütlüyün hər iki üzvü cinsi yolla keçən infeksiyalara (xlamidioz, mikoplazmoz, ureaplazmoz, genital herpes və həkim təyinatına görə digərləri) görə müayinədən keçməlidir; əksər hallarda bu infeksiyalar cinsi üzvlərin bir sıra pozğunluqlarının əsas səbəbi olur;

- kişilər - spermanın keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etmək üçün spermoqrammanın müayinəsindən keçməlidirlər;

- qadınlar:

- qanın hormonal müayinəsi - qadın hormonal sahəsinin müxtəlif göstəricilərinin pozğunluqları əksər hallarda qadın sonsuzluğunun səbəbi olur;

- USM – ultrasəs müayinəsi hamiləliyin baş tutmasına və saxlanmasına mane ola bilən xəstəliklərin aşkar edilməsi (uşaqlığın mioması, cinsi orqanların inkişaf qüsurları, uşaqlıq boşluğunda olan çapıqlar və s.) və yumurtalıqların nə dərəcədə düzgün fəaliyyət göstərməsini (follikulların yetişməsi, ovulyasiyanın olub-olmaması) müəyyən etmək üçün aparılır;

- histerosalpinqoqrafiya – bu müayinə uşaqlıq boruları keçiriciliyinin müəyyən edilməsi, orada çapıqların və digər patoloji halların olub-olmamasını müəyyən etmək məqsədi ilə aparılır.

Bu müayinələrdən savayı, cütlük postkoital (cinsi əlaqədən sonra) test (uşaqlıq boynu və uşaqlıq yolu seliyinin) müayinəsindən də keçməlidirlər (bu testin digər adı - Şuvarski testi). Bu test sonsuzluğun immunoloji formasını aşkar etməyə imkan verir.

Aparılan bütün bu müayinələr nəticəsində həkim, ailə cütlüyü sonsuzluğunun səbəbini (və ya səbəblərini) müəyyən etdikdən sonra tələb olunan müvafik müalicə təyin edir.

Bir çox hallarda, uzun bir müddət ərzində, hətta bütün qaydalara əməl olunması ilə aparılan EKM və digər üsullardan dəfələrlə istifadə edilməsinə baxmayaraq ailə cütlüyü yenə də uşaqsız qalmış olur. Bu halda bir-birinizi, həkimləri, tibb elmini və digər ağıla gələn səbəbləri günahlandırmaq lazım deyil. Axı həyatda bizlərə hər bir şeyi və uşaqları da, verən və ya verməyən ALLAHDIR! Biz ONUN qərarını müzakirə etmək və ya ondan narazı olmaq ixtiyarında deyilik! Yalnız O bizim hər birimiz üçün nəyin yaxşı olduğunu bilir!

Müqəddəs Quranda ALLAHIN adından belə deyilir:

"Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!" (ət-Tövbə 87).
Sağlam olun!


Şərhlər:
Baxılıb: 1999
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz