Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İkibuynuzlu uşaqlıq və hamiləlik
İkibuynuzlu uşaqlıq və hamiləlik
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3300
Səs ver:
İkibuynuzlu uşaqlıq bu orqanın kifayət qədər yayılmış anadangəlmə patologiyadır. Bu patologiya zamanı uşaqlığın boşluğu (cisimi) sanki iki hissəyə bölünmüş olur.

Patologiyanın mərhələsindən asılı olaraq uşaqlığın böşluğunu bölən çəpər qısa və ya çox uzun ola bilər ki, bu halda uşaqlıq və hətta uşaqlığın boynu tam iki hissəyə bölünmüş olur.

Bəzi hallarda uşaqlığın yuxarı hissəsi bir qədər içəri əyilmiş olur ki, bu halda uşaqlıq "yehər"ə oxşamağa başlayır. Bu formada olan uşaqlığı həkimlər "yehərvari uşaqlıq" adlandırırlar.

Yuxarıda sadaladığımız uşaqlığın normal formasından kənara çıxmalar özünün heç bir əlamətlə büruzə verməyə də bilər və bu patologiya yalnız təsadüfən USM zamanı aşkar oluna bilər. Bəzən ikibuynuzlu uşaqlığı olan qadınlarda menstrual dövrünün müxtəlif pozulmaları müşahidə olunur - uşaqlıq qanaxmaları, dismenoreya (ağrılı menstruasiyalar) və s. Bir çox hallarda isə bu patologiya sonsuzluğun müalicəsi ilə bağlı həkimə müraciət etdikdə aşkar olunur.

Məsələ burasındadır ki, uşaqlığın geyri-normal forması bəzi hallarda sonsuzluğa, bir çox hallarda isə hamiləliyin öz-özünə pozulmasına (uşaqsalmaya) səbəb olur. Bu zaman qadın müayinə üçün həkimə müraciət edir və USM və ya histeroskopiya, histerosalpinqoqrafiya zamanı uşaqlığın ikibuynuzlu olması aşkar olunur.

Məhz bu səbəbdən həkimlər qadınlara hamiləliyə ciddi hazırlaşmaq və tam müayinədən keçmək məsləhət edir (USM, analizlər və s.). Bu halda qadın onun səhhətində olan problemlər, patologiyalar və s. haqda məlumatlı olur və nəticədə öz səhhətinə qarşı daha diqqətli olur, vaxtında həkimə müraciət edir, lazım olan müalicə alır və s. Bu isə qadına asan hamilə qalmaq, hamiləliyi rahat keçirmək və sona qədər çatdırmaq üçün yaxşı şərait yaradır.

Beləliklə, ikibuynuzlu uşaqlıq sonsuzluğa səbəb ola bilər? Adətən bu patologiyası olan qadınlar hamilə qalır. Lakin bu qadınlarda hamiləlik çətin keçir. Uşaqlığın qeyri-normal olması ciftin çox aşağıda, uşaqlığın çıxışına yaxın yerləşməsinə səbəb ola bilər. Bu isə öz növbəsində qanaxmalara, ciftdə qan dövranın pozulmasına, ciftin qopmasına və uşaqsalmaya səbəb ola bilər. Digər tərəfdən qadında uşaqlıq boynu çatışmazlığı inkişaf edə bilər ki, uşaqlıq boynu doğuşdan xeyli əvvəl açıla bilər və nəticədə uşaqsalma baş verə bilər. Uşaqlığın qeyri-normal formasına görə uşaq ana bətnində çox darısqal şəraitdə olur və bu da uşaqsalmaya gətirib çıxara bilər.

Bir çox hallarda ikibuynuzlu uşaqlığı olan qadınlarda hamiləlik 1-ci üçaylığında pozulur. Lakin bəzən hamiləlik saxlanılsa da, təbii doğuş mümkünsüz və ya həm ana, həm də uşaq üçün çox təhlükəli olur. Bu halda Qeysəriyyə kəsiyi əməliyyatın keçiriliməsi haqqında qərar verilir. İkibuynuzlu uşaqlığı olan hamilə qadın daim ginekoloqun nəzarətində olmalı, özünü daim qorumalı (ağır fiziki yükləmələr, stress və s. əks-göstərişdir) və lazım olduqda hamiləliyin saxlanılması üçün xəstəxanaya yerləşdirilməlidir.

Yuxarıda sadaladığımız pozulmaların əksəriyyəti ikibuynuzlu uşaqlığın ağır formalarında inkişaf edir (uşaqlıq çəpərlə iki hissəyə bölünüb). Daha yüngül formalarında isə (məsələn, çəpər çox qısa olduqda və ya yehərvari uşaqlıq zamanı) bu pozulmalar inkişaf etməyə də bilər. Lakin hər halda qadın daim ginekoloqun nəzarətində olmalıdır.

İkibuynuzlu uşaqlığı olan qadında bir neçə dəfə uşaqsalma baş verərsə və müayinələr nəticəsində bunun əsas səbəbi məhz uşaqlığın qeyri-normal formada olması təsdiq olunarsa, bu halda qadına cərrahiyyə müalicəsi təyin oluna bilər. Cərrahiyyə əməliyyatı zamanı uşaqlığın normal forması bərpa olunur. Belə əməliyyatdan sonra qadında hamiləliyin sona qədər çatdırılması ehtimalı yüksəlir.
Sağlam olun!


Şərhlər:
Baxılıb: 3300
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz