Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Böyük uşaqlar...(tesirli hekye,mütleq oxuyun)
Böyük uşaqlar...(tesirli hekye,mütleq oxuyun)
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4428
Səs ver:

Böyük uşaqlar...(tesirli hekye,mütleq oxuyun)


Böyük uşaqlar...(tesirli hekye,mütleq oxuyun)

— Men artıq heyatdan yorulmuşam- pencere qarşısında eyleşmiş oğlan uşağı dillendi.
— Niye?- deye yaxınlıqdakı anası soruşdu.
— Menim bu heyatla mübarize aparmağa gücüm yoxdur- deye uşaq fikirli ve kederli halda cavab verdi.
......— Kimse mektebde xetrine deyib? Yeqin yene de o 5-ci sinifde oxuyan Dimkadır. Artıq neçenci defedir ki, sinif rehberinize şikayet edirem. Göresen onun valideynleri ne fikirleşir.
— Yox, ana, yox, mektebde her şey qaydasındadır.
— Bes senin ehvalını pozan nedir?
— Ne üçün bu heyatda menim fantaziyalarıma, arzularıma yer yoxdu?
— Başa düşmedim, sen ne haqda danışırsan, oğlum?
— Sinifde yalnız men teyyareçi olub buludlar üzerinde uçmaq isteyirem. Diger yoldaşlarım ise biznesmen, direktor olub çoxlu pul qazanmaq isteyirler.Dostum Vanyanın atası deyir ki, teyyareçi olmaq hem axmaqlıq, hem de qorxuludur. Çünki teyyare xarab ola biler, sen qezaya uğraya bilersen, hem de ki, onlar çox az maaş alırlar. En yaxşısı bir dükan açmaqdır.
Dostlarım arasında yegane men bedii edebiyyat oxumağı xoşlayıram. Ona göre yox ki, bunu bize tapşırıq kimi verirler, sadece mene bu doğrudan da maraqlıdır. Tekce men kitabxanaya gedir, o toz basmış kitabları oxuyuram. Digerleri ise mene gülür, meni botanik adlandırırlar. Özleri ise kompüter oyunlarını, internetdeki hazır hekayeleri xoşlayırlar. Men çalışıram ve bezen de ev tapşırıqlarında sehvler edirem, yoldaşlarım ise valideynlerinin uşaqlarının yaxşı oxuması üçün onlara aldıqları vesaitlerden hazır helleri köçürürler. Vladik mene deyir ki, onun atası 7-ci sinife qeder oxuyub, buna baxmayaraq tikinti firmasında müdirdir, lakin onun qarovulu institut bitirib.
Ana, insanlar ne üçün bu qeder ünsiyyet vasiteleri fikirleşirler, lakin öz yaxınları ve sevdikleri ile çox az ünsiyyetde olurlar. Bilerek ki, istenilen an zeng ede bilerler, çox zaman bu zengi de unudurlar...
— Oğlum! -kövrelmiş ana oğlunu qucaqladı.
— Yeqin men bu dünyanı başa düşmek üçün çox balacayam. — deye uşaq qemgin halda sözüne davam etdi — o heyatı ki, menim yaşıdlarımın uşaqlıq arzularını, ümidlerini, sadelövhlüyünü alır, indi heç kim düzgünlüye, xeyirxahlığa, sedaqete, semimiliye inanmır...
— Men hele balacayam — deye uşaq anasının qucağında mürgüleyerek sözüne davam edirdi — Men hele mübarize aparmaq üçün balaca ve gücsüzem, lakin böyüyende mütleq, amma...amma mene maraqlıdır ki, bes böyükler niye heç bir şey etmirler, sadece olaraq vaxtın, pulun, gücün, sağlamlığın azlığından şikayet edirler. Yadındadı atam deyirdi ki, müdir olandan sonra bizimle daha çox vaxt keçirecek, amma o indi heç eve de normal gelmir, gah mezuniyetler, gah iclaslar. O hetta dünen menim oynadığım tamaşaya da gelmedi. Ana, sen ise baş mühasib olandan sonra artıq menim sevdiyim blinçiklerden de hazırlamırsan., hansı ki, qezete büküb menim çantama qoyurdun ki, men mektebde ac qalmayım. Onların evezine indi çantamda kağız parçaları var, o kağız parçaları ki, onlarla men mektebin bufetinden özüme yemeye nese almalıyam. Axı orada senin blinçiklerinden satmırlar, men onların qoxusu üçün darıxmışam. Men heç vaxt, amma heç vaxt senin blinçiklerini o çantamda olan kağız parçalarının milyonuna da deyişmerem. Men hele balacayam, balacayam, balaca...
O yuxuya daldı, harda ki, o heqiqeten de xoşbext idi...



Şərhlər:
Baxılıb: 4428
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz