Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızlıq Pərdəsi Haqqında
Qızlıq Pərdəsi Haqqında
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 56496
Səs ver:

Qızlıq Pərdəsi

Bu məqalədə bizə "qızlıq pərdəsi nədir, qızlıq pərdəsi quruluşu necədir, qızlıq pərdəsi şəkilləri və qızlıq pərdəsi cırılması necədir? kimi sıxca verilən suallara cavab tapa biləcəksiniz.


Qızlıq Pərdəsi (Hymen) Mifologiyası
Qızlıq pərdəsi yəni Latınca adı ilə HYMEN, Yunan və Roma mifologiyalarında Dionysus və Afroditin oğlu olan "evlilik və toy tanrısı” dır. Gərdək gecəsi bu Tanrıya həsr edildiyindən qızlıq pərdəsi də eyni adla xatırlanmaqdadır. (Bu tanrının xüsusiyyəti, qanadlı olması və əlində bir məşəl daşımasıdır)

Az qala bütün cəmiyyətlərdə dəyişik dərəcələrdə sosioloji bir əhəmiyyətə sahib olan qızlıq pərdəsinin tibbi adı (latıncası) "Hymen” dir. Xüsusilə Müsəlman ölkələrdə daha əvvəldən cinsi əlaqənin olub olmadığının bir meyarı olaraq görüldüyündən əhəmiyyəti böyükdür.

İndiki zamanda da, evləndikdən sonrakı ilk əlaqədə qanamanın olmaması səbəbiylə, bir çox qızımız haqsız yerə bakirə olmadığı düşüncəsiylə qızlıq pərdəsi müayinəsi üçün ginekologlara gətirilməkdədir. Bu vəziyyətdə gənc qızlar evliliklərinə təəssüf ki, çox pis bir xatirə ilə başlamaq məcburiyyətində qalır; çox vaxt da duyulan etibarsızlıq səbəbiylə evlilikləri qısa zaman içində boşanma ilə nəticələnənir.

İnsanın tarixi inkişaf müddətində bir çox cəmiyyət hymeni saflığın və əl dəyməmişliyin yəni "bəkarətin simvolu” olaraq görmüşdür. Bu inanışın uzadılmaları bizim cəmiyyətimiz kimi dünyadakı bir çox cəmiyyətdə ön plandadır.

Bəzi ölkəmizdə liseyə başlama çağlarında, pansion məktəblərə yerləşdiriləcək gənc qız şagirdlər müdiriyyət tərəfindən zəruri olaraq qızlıq pərdəsi müayinəsindən keçirilir və ginekoloqlar tərəfindən təşkil edilən "bakirəlik” hesabatları ilə ancaq qeydiyyat aparılırdı.


Qızlıq pərdəsi nədir? Qızlıq pərdəsi nə işə yarayar?
Qızlıq pərdəsinin fizioloji (funksional) vəzifəsi bu günə qədər tam olaraq açıqlana bilməmişdir və ümumiyyətlə xüsusi bir vəzifəsinin olmadığı düşünülməkdədir.

Yenə də bəzi araşdırmaçılar isə qızlıq pərdəsinin, mikroorqanizm və xarici cisimlərin vagina içinə girişinin qarşısını aldığı fikrini irəli sürmüşdür.
Dövrümüzdə qızlıq pərdəsinin fizioloji bir vəzifəsindən çox "sosioloji bir funksiyası” vardır.


Qızlıq Pərdəsin Quruluşu
Hymen, anatomik olaraq vaginayı meydana gətirən və "mukoza” adı verilən toxunun vagina girişini meydana gətirən təbəqə qıvrımıdır. Yəni qızlıq pərdəsi vagina içində deyil vaginanın dərhal girişində dodaqların təxminən 1-1.5 sm içindədir və kiçik dodaqlara bağlıdır.

Qızlıq pərdəsi, bu quruluşuyla xarici genital meydana gəlmələr içində qəbul edilməkdədir. Çölə baxan ön üzü "dəri”yə, vagina içəri baxan arxa üzü isə "mukoza"ya bənzər.

Qız uşaqların hamısında olan hymen çox nadir olaraq doğuşdan heç olmaya bilər. Uşaqlıq çağında daha sərt olan təbəqə yetkinliklə birlikdə ostrogen hormonu nəticəsində dəyişib elastiklik qazanar.

Yuxarıdakı şəkildə 18 yaşındakı gənc bir qızın genital orqanları öndən görülməkdədir. Qızlıq pərdəsi, vagina girişinin 1-1.5 sm iç qisimində iştirak edən incə bir quruluşdur.

Qızlıq pərdəsi vagina girişini tamamilə bağlamaz, ortasında aybaşı qanının və vaginal ifraz edərin çölə axmasını təmin edən bir dəlik olar. Bu dəliyin şəkli və quruluşu hymen növlərinin təyin olunmasında istifadə edilər.
Qızlıq pərdəsinin növləri, qalınlığı və elastikliyi hərkəsdə fərqli ola bilər.



Şərhlər:
Baxılıb: 56496
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz