Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi cinsiyyət orqanlarının xəstəliyi-Prostatit
Kişi cinsiyyət orqanlarının xəstəliyi-Prostatit
Göndərən: NoName
Şərhlər: 1
Baxılıb: 646
Səs ver:
Demək olar ki, hər bir qadın bilir ki, qadın həkiminə ən azı ildə 2 dəfə getməlidir. Və çoxu bu qaydaya riayət edir. Güclü cins nümayəndələri arasında isə uroloqun qəbulunda olanların sayı çox azdır. Əgər elələri tapılırsa, onları həkimə müraciət etməyə güclü ağrı hissi və ya həyat yoldaşlarının təqlidi məcbur edir. Kişilər həkim uroloqa sistematik olaraq müraciət etsələr, xanımlarının narazılığına az səbəbləri olar. Təəssüf, hələ ki həkimlərə müalicəsi buraxılmış halları müşahidə etməyə məcbur olurlar.
Misal olaraq, prostatitdən danışaq. Hamı bu xoşagəlməz xəstəliyin əsas əlamətlərini: sidik ifrazatı zamanı ağrı, sancı olmasımı bilir. Lakin çoxlarına məlum deyil ki, prostatitin kəskin formasından əlavə kəskinə yaxın, ləng şəkildə özünü göstərən, xroniki və hətta əlamətsiz forması vardır. Və şübhəsiz, yalnız az insan bilir ki, vaxtından əvvəl boşalma və ereksiyanın pozulması kimi xoşagəlməz hallar simptomsuz formanın təzahürlərindən biridir. Belə hallarda, güclü cins nümayəndələri potensiyanı yaxşılaşdıran vasitələrdən istifadə edir, lakin prostat vəzinin müalicəsi ilə ciddi məşğul olmaq lazımdır.
Təəssüf ki, kişilərin əksəriyyəti öz səhhətinə etinasız yanaşır və o və ya digər dərman vasitəsini dostların məsləhətləri ilə və ya mövzuya uyğun reklama baxdıqdan sonra qəbul edir .Lakin, həmin prostatit sidik xəstəliyinin , prostat vəzi iltihabının, p-mühitin dəyişməsi və uro-genital infeksiyalar səbəb ola bilər. Həmçinin bu xəstəliyə nəinki bakteriyalar, həm də az hərəkətli həyat, siqaret çəkmək, həyatımızda az yer tutmayan stresslər də səbəb ola bilər. Bunu üçün hər bir ayrılıqda götürülən halın öz xüsusi müalicəsi vardır. Belə ki, əziz kişilər heç kəsin məsləhətlərinə qulaq asmayın, bu problemlə rastlaşdıqda dərhal həkimə müraciət edin.
Analizləri verin!
Hal-hazırda elmə ucbatından əksər problemlərin baş verdiyi 30 aşkar olunmayan infeksiya məlumdur. (həmçinin seksual səpkili problemlər). Kişilərin əksəriyyəti onlardan yalnız bir-ikisinin adını çəkə bilər. Bir qayda olaraq, güclü cins nümayəndələri sadəlövhcəsinə düşünülər ki, onların heç bir yeri ağrımırsa, səhhəti qorumaq lazım deyil. Təəssüf ki, onlar çox vaxt yanılırlar. Süzənək və sifilis kimi xoşagəlməz xəstəliklərdən fərqli olaraq, bəzi infeksiyalar, qeyd olunduğu kimi əlamətsiz baş verir. Bakteriyalar orqanizmdə uzun müddət gizli qala bilərlər, lakin spirtli içkilər, acılı qida və soyuqdəymə və s. nəticəsində onların həyat fəaliyyəti üçün əlverişli şərait yaranarsa, özlərini sancı və ifrazatla büruzə verə bilərlər. Mikrobların özünü passiv aparan dövr virus daşıyan dövr adlanır. Bu zaman kişi cinsi əlaqədə olduğu qadın üçün infeksiya mənbəyi olaraq, özünü əla hiss edə bilər. Buna görə mütləq sidiyin ümumu analizi, prostat şirəsi flora üçün və infeksiyalara qarşı analizləri vermək lazımdır. Müalicəni axıra çatdırmağın vacibliyini yadda saxlamaq lazımdır. Bunu etməsək qalan mikrob orqanizmdə gizlənib və bir müddət sonra xroniki prostatit və ya başqa xoşa gəlməz xəstəlik əmələ gələ bilər. Və əlbəttə, mütləq müalicənin uğurlu keçməsindən əmin olmaq üçün sonuncu analizi vermək lazımdır. Əsas şərtlərdən biri də odur ki, bir yerdə müalicə olmaq lazımdır, çünki partnyerlardan birində infeksiya qalsa müalicə boşuna olacaq. Müalicə müddəti ərzində spirtli içkidən, acılı, duzlu, yağlı qidadan əl çəkmək lazımdır. Və əlbəttə, seks haqqında unutmaq lazımdır.
Əsil kişi və onun 6 qanunu
Güclü cins nümayəndəsi adını şərəflə daşımaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır.
1. Mümkün olduğu qədər çox hərəkət etmək. Səhər adi idman hərəkətləri etmək məsləhətdir.
2. Müntəzəm olaraq sekslə məşğul olmaq. Amma bu işdə hər şeyin individual olduğunu unutmamaq lazımdır. Bəzi kişilər üçün sekslə hər gün məşğul olmaq normadır, digərləri üçün iki həftədən bir də çoxdur. Əsas rekordları vurmağa çalışmamaqdır, ya heç bir şey, ya hər şey birdən vəziyyətinə çatdırmamaq. Əsas kəmiyyət deyil keyfiyyətdir sadə həqiqəti unutmamaq lazımdır. Keyfiyyətli cinsi əlaqə heç də həmişə faydalı olmayan, bəzən iltihaba səbəb olan prostatın masajını əvəz edir.
3. Çox sevdiyiniz siqaretlərdən əl çəkmək. Tütünün tərkibində olan nikotin cinsi orqanın qanla yaxşı təmin olunmamağına gətirən damar daralmasına səbəb olur.
4. Daim uroloq həkimində yoxlanmaq, infeksiya müşahidə edilsə. onu vaxtında müalicə etmək
5. Təhlükəsiz sekslə məşğul olmaq, müdafiəni unutmursunuzsa aşağıdakı tədbirləri görün: sidik kanalına miramistini daxil edin (əvvəlcədən sidik ifraz edərək), bunu təhlükəli seksdən 2 saatdan gec olmayaraq etmək lazımdır. Uroloqun qəbulunda bunu hansı pozada edilməsini öyrənmək lazımdır.
6. Həkimin məsləhəti olmadan, potensiyanı yaxşılaşdıran vasitələrdən istifadə etməmək. Onların istifadəsi nəticəsində orqanizm tükənir.
Ürək xəstələrinə çox ehtiyatlı olmalıdırlar. Viaqra kimi vasitənin nitroqliserinlə birlikdə qəbulu ölümlə nəticələnə bilər.
Prostatitdən azad olması üçün idman
“Kişi problemlərindən” azad olunmasının ən yaxşı dərmanı idmandır. Hərəkət edəndə qan dövranı yaxşılaşır, prostat vəzinin maddələr mübadiləsi yüksəlir. İdman məşğələləri zamanı qarındaxili təzyiq də dəyişir və bu sidik tənəssül sisteminə müsbət təsir göstərir. Aşağıda göstərilən idman hərəkətlərə nəinki prostatit zamanı, həmçinin böyrək ləyənciklərinin, sidik kisəsinin iltihabı zamanı, böyrəklərdə daş olduqda çox faydalıdır.
Prostatitə aid müalicəvi gimnastika
1. Oturarkən, əllər bud nahiyəsində, əlləri hər iki tərəfə ayıraraq, əyilmək 6-7 dəfə təkrar etmək.
2. Çıxış vəziyyət «farağat» – duruşu (стойка «смирно»), bədəni sağa və sola əymək 5-8 dəfə təkrar etmək.
3. Uzanaraq, əlləri bədən boyunca uzatmaq .Ayaqları yığaraq sinəyə qarşı sıxmaq . 7-10 dəfə təkrar etmək.
4. Uzanaraq, bir əl qarın, o biri əl isə sinə üzərində. Əllərin nəzarəti altında dərin nəfəs almaq. 6 -7 dəfə təkrar etmək.
5. Çıxış vəziyyət «farağat» – duruşu. Əllər bud nahiyəsində. Əlləri qabağa uzadaraq əyilib – durmaq 7-10 dəfə təkrar etmək.
6. Dayanaraq, əlləri başın arxa tərəfinə qoymaq. Barmaqları bir-birinə ilişdirərək yuxarı qaldırmaq. Əllərin içi yuxarı yönəlib. 6-7 dəfə təkrar etmək
7. Dayanaraq, əllər çiyinlərin səviyyəsində. Əlləri döşəməyə toxunduraraq əyilmək. Dizlər bükülmür. 6-8 dəfə təkrar etmək
8. Dayanaraq, əllər bud nahiyəsində. Sağ və sol ayaqları arxaya çəkib, növbə ilə sirkələmək. 5 dəfə təkrar etmək.


Şərhlər: 1
Baxılıb: 646
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
kisilerde en cox yayilmis xesdelikdir Aııah uzaq elesin
3 iyul 2016 08:56
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz