Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərə xəbərdarlıq: porno izləmək zərərlidir
Kişilərə xəbərdarlıq: porno izləmək zərərlidir
Göndərən: Tomris Müslümova
Şərhlər: 1
Baxılıb: 1061
Səs ver:
Kişilər arasında belə bir fikir yayılıb: "Həddindən artıq masturbasiya orqanizm üçün zərərlidir”. Amma mütəxəssislər bildirir ki, bu fikirlərin heç bir məntiqi əsası yoxdur. Masturbasiya yalnız orqanizm tələb etmədiyi halda özünüzü boşalmağa məcbur etdiyiniz zaman zərərli ola bilər. Bunu yaradan ən birinci amil isə pornoqrafik materiallardır.

Müasir dövrdə biz internet vasitəsilə istədiyimiz məlumatı, videonu bir-iki saniyə içərisində əldə edə bilirik. Bunun üçün hansısa məhdudiyyət yoxdur. Padua Universitetinin professoru Carlo Foresta və onun komandası tərəfindən aparılan bir araşdırmaya görə, cinsi istəksizlik səbəbi ilə həkimə müraciət edən gənclərin 70%-i həddindən artıq pornoqrafiya izləyir.

Dr. Forestanın sözlərinə görə, gənclər əsasən əyləncə məqsədi ilə bu cür videolar izlədiklərini bildirsələr də, amma sonradan bu əyləncə növü onların tərəf müqabilləri ilə cinsi münasibətlərinə mane olur. Elm adamları bunun səbəbini beyindəki dopamin adlı hormonla əlaqələndiriblər. Dopamin insanın qarşı tərəflə münasibətində, bağlılığın yaranmasında əhəmiyyətli hesab edilən əsas hormondur. Pornoqrafiya izləyən insanlarda isə bu hormon kifayət qədər yaxşı inkişaf etmir. Araşdırma nəticəsində məlum olub ki, bu tipli videoların izlənmə müddəti qısaldıldığında kişilər yenidən bütün diqqətlərini qarşılarındakı insana yönəldə bilirlər və nəticədə münasibətləri yenidən əvvəlki qaydasına qayıdır.

Buna görə də mütəxəssislər pornoqrafiyanın izlənməsinə tamamilə son qoyulmasını deyil, belə materialların izlənmə müddətinin azaldılmasını tövsiyyə edirlər.


Şərhlər: 1
Baxılıb: 1061
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Kölge
İzleyen kişiler uçundu bu melumat
12 may 2016 12:31
# 1
Her şeye gore şukur
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz