Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər bu qidaları çox yesin - SİYAHI
Kişilər bu qidaları çox yesin - SİYAHI
Göndərən: NoName
Şərhlər: 1
Baxılıb: 799
Səs ver:
Sağlam hamiləliyin olması və rahat doğuş üçün sağlam genetik maddələrin olması vacibdir. Bəs spermanın sayını və keyfiyyətini artıran hansı qidalar var?
 
L-Arginin: bir amin turşusudur. Əsas təsiri spermanın sayını və hərəkətliliyini artırmaqdır. Arginin eyni zaman ereksiya problemləri üçün də təbii müalicəyə yararlıdır. Arginin bədəndə damarı genişləndirir və qan dövranını artırır. Şokolad, keçi buynuzu, yulaf, yer fıstığı, badam, qoz, Hindistan qozu, ağ un, buğda və süd məmulatlarının tərkibində L-Arginin var.
 
L-carnitine: enerji metabolizmasında önəmli rol oynayan amin turşusu növüdür. Aparılan araşdırmalar göstərir ki, carnitine maddəsi spermanın hərəkətliliyində, sayında və çoxluğunda önəmli rol oynayır. Qırmızı ət, balıq, ev quşları və süd L-carnitine ilə zəngindir.
 
Yabanı təkə otu: bu bitkinin içərisi "icariin” olaraq da tanınır. PDE5 adlı bədən hissəsini basqılayaraq ereksiya disfunksiyasını düzəltməyə kömək edir
 
Tribulus terrestris: Hindistanda daha çox istifadə olunan şəfa verən bitkidir. Kişilərdə testeronu artıran, normada saxlayan qoruyucudur. Cinsəl istəyin yox olmasının qarşısını alır. Kişi klimaksı adlandırdığımız andropoz simptomlarını azaldır. Spermanın sayını və keyfiyyətini artırır.
 
Fol turşusu: Spermanın çoxalmasını, sayını, hərəkətliliyini və aşağı sperma probleminin qarşısını almaq üçün lazımlıdır. Müxtəlif dənli bitkilər, paxla, göy noxud, ispanaq, çuğundur, limon, portağal, avokado fol turşusu ilə zəngindir.
 
Selenium: bir mineraldır və orqanizmdə az olması sonsuzluğun səbəblərindən biridir. Spermanın sayına müsbət təsirləri var. Yüksək yağ tərkibli, spermanın hüceyrələrinin qoruyan güclü antioksidandır. Seleniumla zəngin olan qidalar ət, toyuq balıq, göbələk, soğan, sarımsaq, kələm və taxıldır.
 
Coenzym Q10: Qidaları enerjiyə dönüşdürən molekuldur. Eyni zamanda güclü bir antioksidan olan coenzym Q10 bədənin demək olar ki, hər hüceyrəsində var. Qan dövranını yaxşılaşdırır. Enerji verir və sperma hərəkətliliyini artırır. Qırmızı ət, soya, balıq, brokoli, yer fındığının tərkibində bu maddə var.
 
Sink: hüceyrə bölünməsi və sağlam sperma istehsalı üçün önəmlidir. Kişilərin cinsəl funksiyaları üçün gərəkli mineraldır. Testeron metobolizması, sperma artımı, sayı üçün çox olan estrogeni azaltmaq üçün lazımdır. Ət, süd, pendir, yumurta, dəniz məhsulları və balıq kimi heyvan mənşəli qidaların hamısı sinklə zəngindir. Bundan əlavə bütün taxıl məhsulları, quru paxlalılar, soya paxlası və günəbaxan tumu da yaxşı sink qaynaqlarıdır.
 
Vitamin C: sərbəst radikallardan qaynaqlanan zədənin qarşısını alır, sağlam sperma istehsalı üçün lazımlıdır. Spermanın hərəkətliliyini və sayını artıra bilir. Spermanın aqreqatlaşmasını azaldır.
 
Üzüm çəyirdəyi ekstraktı: güclü antioksidandır. Bədənin təməl antioksidanları E vitamininə görə 50 dəfə, C vitamininə görə 20 dəfə çox təsirlidir. Bununla da spermaları bədənin yaratdığı radikallardan qoruyur.
 
Keçi buynuzu: Mövcud olan hərəkətli spermaların hərəkətliliyin daha çox artırır. Spermanın baş hissəsində olan və yumurtanı deşərək keçən akrozom tərkibli ferentlərin gücünü artırır və yumurta zərinin parçalanmasına imkan yaradır.


Şərhlər: 1
Baxılıb: 799
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
arzum-aysum
Bunlari neinki kişilər, mence ele qadinlar da yeməlidir, orqanizm üçün cox xeyirli qidalardi
7 aprel 2016 07:54
# 1
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz